Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
“Vətəndaşlar
tərəfindən irəli
sürülən təkliflər,
təşəbbüslər yerlərdə mədəniyyət
və turizmin daha da inkişaf
etdirilməsinə, göstərilən
xidmətlərin keyfiyyətinin
yüksəldilməsinə zəmin yaradır”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri
dekabrın 15-də Sabirabad
rayonunda vətəndaşlarla
görüşündən sonra mətbuata açıqlamasında deyib.
Prezident İlham
Əliyevin tapşırığına
əsasən, mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
hər ay şəhər və rayonlarda əhalinin qəbulunu keçirirlər.
Nazir Əbülfəs
Qarayev Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində
Şirvan şəhəri,
Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinlərinin
müraciətlərini dinləyib.
Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Əbülfəs Qarayev
daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Qəbulda vətəndaşların
mədəniyyət müəssisələrinin
fəaliyyəti, tarixi-mədəni
abidələrin təmir-bərpası
və digər məsələlərlə bağlı
müraciətləri səslənib.
Şirvan şəhər sakinlər
şəhərdəki Tarix-diyarşünaslıq
muzeyinin ekspozisiyasının
yenidən qurulması,
Şirvan folklor evinin ikinci kateqoriyalı
mədəniyyət evinə
çevrilməsi, Uşaq
musiqi məktəbində
saz və kanon siniflərinin açılması, Rəsm
qalereyasının fondunun
yenilənməsini xahiş
ediblər.
Sabirabaddan qəbula
yazılan vətəndaşların
müraciətləri "Suqovuşan"
adlanan ərazinin müasir turizm məkanına çevrilməsi,
rayonda Rəsm qalereyasının yaradılması,
Tarix-diyarşünaslıq muzeyinin ikinci kateqoriyalı muzeylərə
aid edilməsi barədə olub. Həmçinin, Şıxsalahlı
kənd Sənətkarlıq
evinin təmir edilməsi ilə bağlı minnətdarlıq
ifadə olunub.
Saatlı sakinləri rayon
ərazisində arxeoloji
qazıntıların aparılması,
keçirilən tədbirləri
canlı izləmək
üçün Bakıda
və regionlarda fəaliyyət göstərən
Heydər Əliyev mərkəzləri arasında
canlı internet şəbəkəsinin yaradılması,
rayon ərazisindəki
qədim qəbirüstü
abidələrin
üzərindəki yazıların
oxunması üçün
mütəxəssislərin ezam olunması, Mərkəzi kitabxananın
fondunun zənginləşdirilməsi
üçün elektron
nəşrlərin alınması
ilə bağlı nazirə müraciət ediblər.
Hacıqabul sakinlərinin xahişləri
mədəniyyət sahəsində
çalışan qeyri-ixtisas
təhsilli əməkdaşlar
üçün öz
hesablarına Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzində kursların
təşkili, Azərbaycan
musiqi ədəbiyyatı
üzrə tədris proqramının hazırlanması,
musiqi məktəblərində
çalışan müəllimlərin
biliklərinin qiymətləndirilməsinin
davam etdirilməsinə
köməklik göstərilməsi
barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir
qismi həllini tapıb, digər məsələlər araşdırılması
üçün nəzarətə
götürülüb və
lazımi tədbirlərin
görülməsi ilə
bağlı tapşırıqlar
verilib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə
başçısının tapşırığı ilə
keçirilən bu cür görüşlərin
əhəmiyyətini bir
daha diqqətə çatdırdı: “Bugünkü
qəbulda da bir sıra maraqlı
təkliflər səsləndirildi.
Bunlardan biri musiqi məktəblərində
çalışan müəllimlərin
attestasiyasının keçirilməsi
ilə bağlıdır.
Bir neçə il əvvəl bunu tətbiq etmişdik. Bəzi müəllimlər zəif
nəticə göstərmişdi.
İndi onların özlərini sınamaq istəyi təqdirəlayiqdir”.
Nazir şəhər
və rayonlardakı Heydər Əliyev mərkəzləri arasında
canlı internet-rabitənin
yaradılması, kitabxana
şəbəkəsində elektron ədəbiyyatdan daha geniş tətbiqi kimi təklifləri də xüsusi qeyd etdi.
Regionlarda turizmin
inkişaf etdirilməsinin
dövlət başçısının
daim diqqət mərkəzində olduğunu
deyən Əbülfəs
Qarayev bütün qəbullarda bununla bağlı səslənən
təkliflərin nəzərdən
keçirildiyini dedi. Qeyd etdi ki,
Sabirabad rayonunda Kürlə Araz çayının qovuşduğu
ərazidə - Suqovuşanda
turizmin inkişafı,
eyni zamanda mədəni tarixi abidlərin bərpa olunması və turizm məqsədləri üçün istifadə
edilməsi barədə
təkliflərə də
baxılacaq.
Respublika.-
2017.- 16 dekabr.- S.8.