Bakı Media
Mərkəzində “Musiqinin
rəngləri” adlı
unikal layihənin təqdimatı olub
Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri
Arzu xanım Əliyevanın dəstəyi
ilə pianoçu Səidə Tağızadə
və Əməkdar Rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı
keçirilib.
AZƏRTAC xəbər
verir ki, layihə çərçivəsində
rəssam Rəşad
Mehdiyevin tanınmış
bəstəkar, Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadənin bəstələdiyi
bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş
olunub.
Təqdimat mərasimində
çıxış edən
Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.
Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə göstərdikləri marağa
görə təşəkkürlərini
bildiriblər.
Daha sonra
Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı
olub. Hər bir əsərin
həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı
Əminə Zülfüqarova
və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel)
ibarət Azərbaycan
Dövlət Kvarteti tərəfindən ifa edilib. Rəsm əsərlərinin və
bütövlükdə Bakı
Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması
musiqi və rəsm dünyalarının
harmoniyası atmosferini
daha da gücləndirib.
Bakı Media
Mərkəzi incəsənət
sahəsində xüsusi
iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də
maraqlı yaradıcı
təşəbbüslərə dəstək verməyə
hazırdır.
Respublika.-
2017.- 24 dekabr.- S.5.