Fərhad Bədəlbəylinin 70 illik yubileyi geniş konsert proqramı ilə qeyd olunub
Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
görkəmli pianoçu,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti,
Dövlət mükafatı
laureatı, “İstiqlal”
ordenli, professor Fərhad Bədəlbəylinin
70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə dövlət
və hökumət nümayəndələri, elm,
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.Solistlər
Xalq artistləri Fərhad Bədəlbəyli,
Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə
olan gecədə Xalq Artisti, dirijor
Yalçın Adıgözəlovun
rəhbərliyi ilə
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
simfonik orkestri çıxış edib.Konsert
proqramında Corc Qerşvin fortepiano və orkestr üçün konsert, Pablo Maskanyinin “Kənd namusu” operasından “Payız gülləri”, Fransis Pulenkin iki fortepiano
və orkestr üçün konserti, Sergey Raxmaninovun iki fortepiano
üçün 2 saylı
süita əsərləri
səsləndirilib.Tamaşaçılar tərəfindən maraqla
qarşılanan konsertdə
ən yaddaqalan məqam yubilyarın həm də dirijor kimi səhnəyə
çıxması olub.Qeyd
edək ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi
Bədəlbəylinin ailəsində
dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında (professor
M.R.Brennerin sinfində),
1969-1971-ci illərdə isə
P.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının aspiranturasında
(dosent B.Davidoviçin
sinfində) oxuyub.
Hələ gənc yaşlarından böyük
uğurlara imza atan pianoçu qısa bir vaxtda
şöhrət qazanıb.
O, dünyanın müxtəlif
- Bolqarıstan, Yunanıstan,
Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə,
Yaponiya və başqa ölkələrində
mədəniyyətimizi layiqincə
təmsil edib. Hazırda Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəyli
gənc ifaçıların
yetişməsində yorulmadan
fəaliyyət göstəri.
Respublika.-
2017.- 26 dekabr.- S.15.