“Səməd Vurğun və türk dünyası” məqalələr
toplusu çapdan çıxıb
Mədəniyyət və Turizm
Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
birgə təşkilatçılığı
ilə keçirilən
“Səməd Vurğun
və ədəbi türk dünyası” mövzusunda respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb.
İnstitutun elmi şurasının qərarı
ilə nəşr olunan toplunun elmi redaktoru akademik İsa Həbibəyli, rəyçilər
filologiya elmləri doktorları Almaz Ülvi və Yaşar Qasımbəyli, redaktoru Aslan Salmansoydur.
AZƏRTAC xəbər
verir ki, nəşrdə Ədəbiyyat
İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Ülvinin
“Özbək poeziyasında
Səməd Vurğun
mövzusu”, ədəbiyyat
nəzəriyyəsi şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına
türk ədəbiyyatının
təsiri”, institutun doktorantı Ağahüseyn
Şükürovun “Səməd
Vurğun və qazax ədəbiyyatı”,
elmi nəşrlər
və proqnozlaşdırma
şöbəsinin müdiri
Töhfə Talıbovanın
“Səməd Vurğun
və tatar şairi Musa Cəlil”, türk xalqları ədəbiyyatı
şöbəsinin elmi
işçisi Mehman Həsənin “Səməd
Vurğun və qırğız ədəbiyyatı”,
Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbəsinin dissertantı
Sənubər Səmədovanın
“Səməd Vurğun
- müstəqillik illərində özbək mətbuatında”,
Leyla Kərimovanın
“Səməd Vurğun
və Mehmet Akif Ərsoy”, M.Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn
Şəhriyar” mövzularında
məqalələri
yer alıb.
Respublika.-
2017.- 1 iyul.- S.7.