Riqada Azərbaycan İnformasiya Mərkəzi açılıb

 

Riqada, Latviyanın ən iri kitabxanalarından biri olan Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan İnformasiya Mərkəzinin açılışı olub.

Azərbaycanın Latviyadakı səfirliyi Akademik Kitabxanaya Azərbaycanın zəngin mədəni irsini əhatə edən 500 addan çox dəyərli kitab hədiyyə edib.

Təqdimatı olan nəşrlər arasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin həyatı siyasi fəaliyyətləri haqqında, habelə tarix, fəlsəfə, ədəbiyyat, musiqi mövzusunda kitablar, Azərbaycan yazıçı şairlərinin əsərlərinin külliyyatı var.

Kolleksiyada Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - tariximizin qanlı şərəfli səhifəsikitab-albomu da yer alıb.

Kitablar arasında latış şairi Uldis Berzinş tərəfindən tərcümə olunmuşKitabi Dədə-Qorquddastanı, habeləOcaqAzərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev tərəfindən latış dilində yazılmışAzərbaycan tarixikitabı var.

Azərbaycan səfiri Cavanşir Axundov qonaqları salamlayaraq vurğulayıb ki, Azərbaycan İnformasiya Mərkəzi Azərbaycan-Latviya əlaqələrinin dərinləşməsində inkişafında, Latviya azərbaycanlılarının milli mədəni identikliyinin qorunub saxlanılmasında mühüm rol oynayacaq. Səfir deyib: “Ümidvaram ki, Mərkəz Azərbaycanın təbliğat ocağına çevriləcək Azərbaycan mədəniyyətinə məhəbbət aşılayacaq”.

C.Axundov diqqətə çatdırıb ki, Akademik Kitabxanaya bağışlanan kitablar Azərbaycan xalqının qürur mənbəyi olan tarixinə, maddi mədəniyyət abidələrinə, zəngin ədəbiyyatına, incəsənətinə musiqisinə dair materialları əhatə edir.

İnformasiya Mərkəzinin açılışının Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən aktuallığını qeyd edən C.Axundov Ermənistanın Azərbaycana təcavüzündən, əzəli torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən danışıb. O deyib: Biz ümidvarıq ki, bu mərkəz Latviya cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqının tarixinin zəngin mədəni irsinin erməni təbliğatı tərəfindən saxtalaşdırılması barədə düzgün ədalətli məlumatlandırılmasına kömək edəcək”.

Latviya Universitetinin prorektoru Valdis Seqlinş çıxışında Mərkəzə iki xalqın rifahı naminə fəaliyyətində müvəffəqiyyət arzu edib.

Akademik Kitabxananın direktoru Venta Kotsere deyib ki, başqa dövlətin tarixi mədəni irsi ilə tanışlıq dünyagörüşünü həmişə genişləndirir. O, Latviya Azərbaycan kitabxanaları mədəniyyət ocaqları arasında əlaqələri daha da inkişaf etdirmək onları dəstəkləmək arzusunu ifadə edib. Latviyanın ən iri kitabxanalarının birində belə bir Mərkəzin açılmasına görə Azərbaycan səfirinə təşəkkür edən V.Kotsere Latviyanın yubileyi münasibətilə Bakı Dövlət Universitetində Latviya İnformasiya Mərkəzinin açılması təklifini irəli sürüb.

OcaqAzərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev Mərkəzin açılışını həm Latviya, həm Azərbaycan üçün əhəmiyyətli hadisə adlandıraraq vurğulayıb ki, informasiya mədəni müxtəlifliyi ilə seçilən bu informasiya resursunun yaradılması təkcə latviyalı tədqiqatçıların deyil, həm həmvətənlərimizin lazımlı informasiya əldə etmələrinə imkan verəcək.

Tbilisi Universitetinin professoru Nikolay Cavaxişvili vurğulayıb ki, Azərbaycan Gürcüstan qardaş xalqlar mehriban tərəfdaşlardır.

C.Axundov Azərbaycan İnformasiya Mərkəzinin açılışının təşkilinə töhfəsinə görə Akademik Kitabxananın direktoru V.Kotsereyə fəxri fərman təqdim edib. Mərkəzin açılışına maliyyə dəstəyi göstərən azərbaycanlı sahibkarlar Rafiq Seyfullayevə Ziyafət İbrahimova da fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, Akademik Kitabxananın fondlarında 1,3 milyon kitab, 1,8 milyon dövri nəşr, təqribən 1 milyon əlyazma, 32 700 nadir kitab qədim mətbu nəşr saxlanılır.

 

 

Nigar Cəfərli

Respublika.- 2017.- 4 iyul.- S.2.