Fransada azərbaycanlı alimin Azərbaycan-İsrail münasibətlərinə dair məqaləsi nəşr edilib

 

Fransada nəşr olunan, dünyanın 30-dan çox ölkəsində yayımlanan 40 min tirajla buraxılan məşhurDiplomatiyanın böyük məsələlərijurnalında Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovunİsrail-Azərbaycan münasibətlərinin iqtisadi strateji maraqlarıadlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni çoxvektorlu xarici siyasət kursu yeritdiyi bu siyasi kursa uyğun olaraq iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, texnologiya, kənd təsərrüfatı, enerji sahələrində daha da möhkəmləndiyi vurğulanıb.

Qədim əlaqələrin dövlətlərarası münasibətlərə töhfəsi

Məqalədə iki ölkə arasında əlaqələrin böyük tarixi olduğu, Azərbaycanda yəhudi icmasının 2600 ildən çox dövrü əhatə etdiyi, əhalisinin əksəriyyətinin müsəlman olan Azərbaycanda dini tolerantlığın bir ənənə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Bakının mərkəzində dövlət hesabına sinaqoq tikilib, uşaqların ivrit dilini öyrənməsi üçün məktəblər fəaliyyət göstərir.

Qeyd olunub ki, yəhudi gəncləri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Gənc əsgər Albert Aqarunov erməni təcavüzünə qarşı Vətənin müdafiəsinə qoşulub öz həyatını qurban verib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya son səfərində ölkəmizdəki tolerantlığı, multikulturalizmi dini harmoniyanı alqışlayıb. Azərbaycanın antisemitizm əlamətləri olmayan yeganə ölkə olduğu bildirilib.

Karbohidrogen ehtiyatları təhlükəsizlik: strateji məqsədlər

Yazıda qədim neft istehsalçısı olan bu gün 30-dan çox ölkəyə neft ixrac edən Azərbaycanın İsrail üçün yeni təchizat mənbəyi olduğu vurğulanıb. Dünyada ölkəmizin enerji sahəsində əvəzolunmaz xüsusiyyətindən, Bakının zəngin qaz ehtiyatlarından söz açılıb.

Prezident İlham Əliyevin Azərbaycan təbii qazının dünya bazarlarına çıxarılması məqsədiləCənub Qaz Dəhliziadlandırılan enerji resursları mənbələrini, eləcə tədarük marşrutlarını şaxələndirmək məqsədilə TANAP TAP kəmərlərinin tikintisinə şəxsən dəstək verdiyi diqqətə çatdırılıb. Bu yeni qaz kəmərinin təkcə Azərbaycan təbii qazını deyil, eyni zamanda, digər mənbələrdən gələn təbii qazın dünya bazarlarına çıxarılması imkanına malik olduğu vurğulanıb. Aralıq dənizində təbii qaz ehtiyatları kəşf edən İsrailin bu qaz kəmərinin tikintisində maraqlı olduğu bildirilib.

Məqalədə iki ölkə arasında təhlükəsizlik müdafiə sahələrində olan sıx əlaqələrə toxunulub. Azərbaycanın sülhün tərəfdarı olmasına baxmayaraq, ölkəmizin erməni təcavüzünə məruz qalması, Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun onun ətrafındakı 7 inzibati rayonun Ermənistan silahlı qüvvələrinin işğalı altında olması bunun nəticəsində bir milyondan çox insanın qaçqın məcburi köçkünə çevrilməsi qeyd olunub. Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməklə müdafiə potensialını möhkəmləndirdiyi, eyni zamanda, İsraildən silah hərbi sursat aldığı bildirilib.

Yazıda Azərbaycanın regionu əməkdaşlıq zonasına çevirmək niyyətindən danışılıb.

Milli təhlükəsizliklə bağlı qanunun xarici hərbi bazanın ərazilərimizdə yerləşdirilməsini qadağan etdiyi, qonşu ölkənin milli təhlükəsizliyimizə təhdidi diqqətə çatdırılıb.

Bildirilib ki, regionda mövcud olan xarici hərbi bazalar qarşılıqlı etimada kölgə salır regional stabilliyə zərər verə bilər.

Qafqaz bütün hərbi bazalardan azad olmalıdır” , - deyə Prezident İlham Əliyevin fikri xüsusi vurğulanıb.

 

İsraillə əlaqələrin Azərbaycanın İran Fələstin ilə olan əlaqələrinə xələl gətirmədiyi, əksinə Azərbaycanın bu ölkələr arasında barışıq etimadın yaradılmasına töhfə verə biləcəyi qeyd olunub.

 

Şəhla Ağalarova

Respublika.- 2017.- 4 iyul.- S.3.