İranın Milli Kitabxanasında
görüş
İranda keçirilən Azərbaycan mədəniyyət
günləri çərçivəsində
Tehranda səfərdə
olan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev iyulun 4-də İranın vitse-prezidenti,
Milli Kitabxana və Arxiv İdarəsinin
baş direktoru xanım Əşrəf Burucerdi ilə görüşüb.
Nazir bildirib
ki, mədəniyyəti
kitabsiz təsəvvür
etmək mümkün
deyil. Kitablar hər bir xalqın
tarixini, milli dəyərlərini və
adət-ənənələrini gələcəyə daşıyan
vasitədir. Bu gün Azərbaycanda 3 mindən çox kitabxana var. Bu kitabxanalardan elm adamları ilə yanaşı, tələbələr və
digər peşə sahibləri də istifadə edir. Azərbaycanda kitabxanalardan
istifadəyə heç
bir məhdudiyyət yoxdur. Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının, nazirliklərin,
ali və orta məktəblərin də kitabxanaları var. Azərbaycan hökuməti kitabxanaların
inkişafı üçün
Dövlət proqramını
həyata keçirir.
Bu proqrama əsasən kitabxanalarda yeni texnologiyaların tətbiqi prosesi başlayıb. Kitabların
elektron variantı hazırlanaraq istifadəyə
verilir.
Nazir qeyd
edib ki, cari il Azərbaycanda
Prezident tərəfindən
“İslam Həmrəyliyi
İli” elan edilib. Bununla əlaqədar olaraq bir sıra kitablar
çapa hazırlanır.
Azərbaycan dövləti
bu nəşrlər vasitəsilə bir daha islamın dünyada sülhpərvər
din olmasını təbliğ edir.
Qeyd olunub
ki, aparılan elmi araşdırmaların
nəticəsində yazılan
dissertasiyaların və
doktorluq işlərinin
nüsxələri Milli
Kitabxanaya verilir.
Sonra Ə.Qarayev
İranda keçirilən
Azərbaycan mədəniyyət
günləri ilə əlaqədar Tehran və İsfahan şəhərlərindəki proqramlar
haqqında məlumat verib.
İranın Milli Kitabxanasının rəhbəri xanim Əşrəf Burucerdi Azərbaycandan gələn
hər bir qonağın əziz olduğunu bildirib.
Qeyd olunub
ki, İranın Milli Kitabxanasında çox qədim və dəyərli əlyazmalar saxlanılır.
Bunların birgə tədqiq edilməsi xalqların tarixinin daha dərindən öyrənilməsinə köməklik
göstərər.
Görüşdə hər iki ölkənin
milli kitabxanalarının
əməkdaşlıq perspektivləri,
birgə kitab sərgilərinin keçirilməsi
məsələləri müzakirə
olunub.
Sonra nazir
kitabxana ilə tanış olaraq qədim əlyazmalara baxıb.
Görüşdə Azərbaycanın İrandakı
səfiri Bünyad Hüseynov da iştirak edib.
Respublika.-
2017.- 5 iyul.- S.3.