Gəncədə
Milli Mətbuat Günü
Gəncədə 22 İyul - Milli Mətbuat Günü qeyd edilib. Milli mətbuatın
yaranmasının 142-ci ildönümü
münasibətilə keçirilən
tədbirdə şəhər
icra hakimiyyəti başçısının humanitar
məsələlər üzrə
müavini Sevda Qurbanəliyeva, Gəncədə
fəaliyyət göstərən
mətbuat işçiləri
və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Sevda Qurbanəliyeva
çıxış edərək
mətbuat işçilərini
təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb. Bildirib ki, 142 il əvvəl görkəmli
maarifpərvər ziyalı
Həsən bəy Zərdabinin əsasını
qoyduğu Azərbaycan
milli mətbuatı çətin və şərəfli yol keçib, milli-mənəvi
dəyərlərin qorunmasında,
xalqın dünyagörüşünün
formalaşmasında önəmli
rol oynayıb. Milli mətbuatın yaranmasında Həsən
bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin
müstəsna rolu və əhəmiyyəti
var. Mətbuatımızın
inkişafı və çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Gəncə şəhərində də
media işçilərinə
ən yüksək səviyyədə diqqət
və qayğı göstərilir, onların
səmərəli fəaliyyətlərinə
dəstək verilir.
“Gəncənin
səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,
“Íîâîñòè Ãÿíäæè” qəzetinin
baş redaktoru İrina Kalaşnikova, AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu çıxış
edərək, mətbuat
işçilərinə hərtərəfli
diqqət və qayğı göstərdiyinə
görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mətbuat nümayəndələri bundan sonra da
yorulmaz və fədakar fəaliyyətləri
ilə hər zaman dövlətimizin və xalqımızın
mənafeyinə sədaqətlə
xidmət edəcəklərinə,
onlara göstərilən
yüksək etimadı
qoruyub saxlayacaqlarına
söz veriblər.
Sonda bir
qrup mətbuat nümayəndəsinə Gəncə
Şəhər İcra
Hakimiyyətinin fəxri
fərmanları və
hədiyyələr təqdim
olunub.
Xəlilov
Zabit
Respublika.-
2017.- 23 iyul.- S.5.