İnsan hüquqları aylığına uğurla yekun vurulmuşdur

 

26 illik müstəqillik tariximizə nəzər yetirdikdə qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan dövləti öz müstəqilliyini 18 oktyabr 1991-ci ildə yenidən bərpa etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyərək insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini sahədə yeni-yeni nailiyyətlər əldə etmişdir.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin ictimai-siyasi həyatında, eləcə də hüquqi, sosialiqtisadi sahədə genişmiqyaslı islahatların aparılması, insan hüquqları sahəsində strateji baxımdan mühüm əhəmiyyətə malik sənədlərin təsdiqi insan hüquqlarının müdafiəsi baxımından yeniolduqca səmərəli təcrübənin formalaşdırılması ilə də yadda qalmışdır.

1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə aparılan hüquqi islahatların əsası qoyulmuşdur. Bu baxımdan Konstitusiyanın ən böyük üçüncü fəsilin bütünlüklə əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusion təminatlarına həsr edilməsi də məhz ölkəmizdə insan hüquqlarına dövlət səviyyəsində verilən önəmin bariz təzahürüdür.

Ötən dövr ərzində ölkəmizdə həyata keçirilən hüquqi islahatların inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsinə, ümumbəşəri demokratik prinsiplərə və xalqımızın dövlətçilik ənənələrinə əsaslanması öz müsbət nəticələrini vermişdir. Son illərdə isə hüququn bütün sahələrini tənzimləyən mövcud normativ-hüquqi bazanın, müvafiq dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün zəruri olan yeni qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə geniş imkanlar yaratmışdır.

Sevindirici haldır ki, bu gün ümummilli liderimizin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davamdaha da inkişaf etdirməsi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, o cümlədən insan hüquqları sahəsində uğurlu islahatların, bir sıra yeniliklərin və nailiyyətlərin əldə olunması, Azərbaycanın bir çox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilməsi ilə nəticələnmişdir.

Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ilk Dövlət Proqramının qəbul olunduğu günün, 18 iyun tarixinin - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilməsi və hər il geniş şəkildə qeyd olunması ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il 18 iyun - İnsan Hüquqları Günü ərəfəsində mayın 18-dən respublikamızda “İnsan hüquqları aylığı” keçirilir.

Ötən dövr ərzində əldə olunmuş təcrübə göstərir ki, əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədilə mütərəqqi ideyaların tətbiqi aylıq çərçivəsində praktik yanaşma ilə real icra olunuröz təsdiqini tapır.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları - nazirliklər, komitələr və digər qurumlar tərəfindən bu əlamətdar gün ərəfəsində ölkəmizdə elan olunmuşİnsan hüquqları aylığı” ilə bağlı görülmüş işlər barədə arayış isə aylığın yekununda həmin qurumlar tərəfindən bir qayda olaraq Ombudsmana təqdim edilir.

Azərbaycan Respublikası Prokurorluq orqanlarında stajorluq keçən işçilər üçün Elm-Tədris Mərkəzində təşkil olunmuş hazırlıq kursunun tədris-tematik planına insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra mövzular daxil edilmişdir. Gənc prokurorluq işçilərinin diqqəti “İnsan alveri cinayətlərinin tövsif problemləri”, “Tutulma və həbs qətimkan tədbiri seçilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsi standartları”, “Prosessual sənədlərdə insan hüquq və azadlıqlarının müdafiəsi standartlarının nəzərə alınması məsələləri”, “Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə baxılması”, “İnzibati xəta haqqında üzrə icraat zamanı insan hüquq və azadlıqlarının təmin olunması (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi və milli təcrübə)” və sair bu kimi məsələlərin əhəmiyyətinə yönəldilmişdir.

Vergilər Nazirliyi tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi mövzularında tədbirlərin keçirilməsi ilə əlaqədar aidiyyəti mövzuda ümumilikdə 1251 vergi ödəyicisinin iştirakı ilə 24 görüş keçirilmiş və 33 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmişdir. Keçirilən görüşlərdə iştirakçılara sahibkarların hüquqlarının qorunması istiqamətində görülən işlər, o cümlədən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə təsbit edilmiş hüquq və vəzifələri, Nazirliyin Apellyasiya Şurası və onun fəaliyyəti, elektron xidmətlər, Çağrı Mərkəzi, rəsmi internet səhifəsi, vergi ödəyicilərinə xidmət mərkəzləri barədə ətraflı məlumat verilmişdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə “Multikulturalizmmüasir kommunikasiyalarmövzusunda keçirilmiş tədbirdə Azərbaycan multikulturalizminin tarixi, mədəni müxtəliflik, tolerantlıq, multikulturalizmin Azərbaycan modelidünya multikulturalizm modelləri barədə məlumat verilmiş, dövlətimizin multikulturalizm siyasəti ilə bağlı müzakirələr aparılmışdır. Həmçinin mədəniyyətlərarası kommunikasiya, multikultural ənənələrin qorunub saxlanılması və təbliği ilə bağlı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrində “Demokratikhüquqi dövlətdə insan hüquqlarının təminatı” mövzusunda mühazirələr oxunaraq bu istiqamətdə əməkdaşlara geniş məlumatlar verilmiş, insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq sənədlərin öyrənilməsi təşkil edilmişdir.

Bir çox qurumlarda, o cümlədən AMEA-nın Hüquqİnsan Haqları İnstitutu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalarmövzusunda Respublika elmi-nəzəri konfransı keçirilmişdir.

Aylıq çərçivəsində dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyətlərinin insan hüquqlarına dair təşkil etdiyi tədbirlər əsasən “Heydər Əliyev və insan hüquqları”, “Azərbaycan cəmiyyətində insan hüquqları”, “İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas proritetidir”, “Vətəndaşların sağlamlığının səhiyyə işçilərinin peşə borcudur”, “Azərbaycan - multikulturalizmin mərkəzi”, “Vətəndaşların hüquqlarının müdafiəsi hüquq mühafizə orqanlarının əsas fəaliyyət prinsipidir”, “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti insan hüquq və azadlıqlarının təminatına istiqamətləndirilir”, “Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir”, “Multikulturalizm dəyərləri”, “Uşaq hüquqlarının qorunması”, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”, “İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”, “Miltikulturalizminsan hüquqlarının müdafiəsi”, “Cəmiyyətdə ailənin rolu və gənclərin asudə vaxtının səmərəli təşkili”, “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı”, “Multikultural dəyərlər və tolerantlıq”, “Sağlam ətraf mühitsağlam həyat tərzi”, “Əmək hüququ”, “Multikulturaltolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik”, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”, “Sən öz hüquqlarını bilirsənmi?”, “Sənin hüquq və vəzifələrin”, “İnsan alverindən özünü qoru!”, Narkomaniya yox deyək”, “Erkən nikah və qadınlara qarşı zorakılığa yox deyək”, “Tolerantlıq və multukulturalizm Azərbaycan dövlət siyasətinin əsasını təşkil edən dəyərlərdəndir” mövzularda olmaqla hüquqi maarifləndirmə məqsədini daşımışdır.

Aylıq çərçivəsində insanlara yüksək xidmət göstərilməsi üçün qaynar xətt və çağrı mərkəzləri fəaliyyətlərini daha da təkmilləşdirmiş, müxtəlif mövzularda inşa və rəsm müsabiqələri təşkil edilmişdir.

Müvəkkil müxtəlif vaxtlarda əfvlə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciətlər etmişdir. Bu günədək ölkə Prezidenti tərəfindən 62 əfv sərəncamı imzalanmış, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən isə 11 amnistiya aktı qəbul edilmişdir ki, bu da minlərlə islah olunmuş şəxsin vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azaldılması, məhkumluğunun götürülməsi ilə müşayiət olunaraq insan hüquqları sahəsində islahatlara mühüm töhfə vermişdir.

Qeyd edilməlidir ki, ölkə Prezidentinin 16 mart 2017-ci il tarixdə imzaladığı, sayca 62-ci olan əfv sərəncamı ilə vəsatətlərimizə əsasən 48 məhkum əfv olunmuşdur. Ümumilikdə isə fəaliyyətimiz dövründə vəsatətlərimiz üzrə ümumilikdə 566 məhkum, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanının təşəbbüsü ilə ötən ilin 28 May - Respublika Günü münasibətilə elan olunmuş sayca 4-cü amnistiya aktı da çox mühüm bir tarixi hadisə kimi yadda qalmışdır.

Hüquqi maarifləndirilmə işinin səmərəliliyinin artırılması məqsədi ilə Ombudsman təsisatı tərəfindən hüquqi nəşrlər, hüquq lüğətləri, tematik lifletlər, müxtəlif məcmuələr, broşürlər, kitabçalaryaddaş vərəqələri hazırlanır, çap olunur və əhali arasında yayılır.

İnsan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, habelə Asiya Ombudsmanlar Assosiasiyasına üzv qəbul olunmuş, 2015-ci ilin noyabr ayında isə həmin Assosiasiyasının Direktorlar Şurasının iclasında Azərbaycan Ombudsmanı növbəti dörd il üçün həmin Assosiasiyanın vitse-prezidenti vəzifəsinə seçilmişdir.

Ombudsmanın təşəbbüsü ilə, UNİCEF-lə əməkdaşlıqda Milli Preventiv Qrupun üzvlərinin və Müvəkkilin regional mərkəzləri əməkdaşları tərəfindən respublikanın regionlarında uşaq hüquqları sahəsində fəaliyyət göstərən məhkəmə, polis, təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçünUşaq hüquqları sahəsində monitorinq bacarıqlarının artırılması” mövzusunda treninqlər davam etdirilmişdir.

Ombudsmanın cəmiyyətə gətirdiyi ən mühüm yenilik ondan ibarətdir ki, cəmiyyətdə “insan hüquqları” anlayışına münasibət müsbət baxımdan tamamilə yeniləşmiş, hüquqi tərbiyə və hüquq mədəniyyəti yeni məzmunda formalaşmış, insan hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələndirilmiş üsulu yaranmış, vətəndaş fəallığı və təəssübkeşliyi xeyli artmışdır.

Beləliklə, insan hüquqları sahəsində üç strateji əhəmiyyət kəsb edən dövlət sənədinin təsdiq edilməsi və icrası ölkədə insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılmasına və yeni qanunların qəbul edilməsinə, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə, insanlara xidmət səviyyəsinin yüksəlməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının beynəlxalq müstəvidə müdafiə olunmasına, ümumilikdə isə ölkəmizdə hüquqi, sosialiqtisadi inkişafa imkan yaratmışdır.

Azərbaycanın əldə etdiyi yeni-yeni naliyyətlər, həyata keçirdiyi mütərəqqi islahatlar, onun beynəlxalq nüfuzunun davamlı inkişafainsan hüquqlarının etibarlı təmininə xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Ötən dövr ərzində formalaşmış zəngin təcrübəyə əsasən inamla deyə bilərik ki, milli səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi məqsədilə yaradılaraq məhkəmədənkənar hüquq müdafiə mexanizmimilli insan hüquqları intsititutu kimi uğurla fəaliyyət göstərən Ombudsman təsisatı bundan sonra da ölkəmizdə hər bir kəsin insan hüquqlarının səmərəli müdafiəsinə xidmət etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni nailiyyətlərin əldə olunmasına bundan sonra da öz töhfəsini verəcəkdir.

Beləliklə, paytaxtregionlarda insanların kütləvi iştirakı ilə çoxsaylı tədbirlər keçirilməklə Ombudsmanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı uğurla yekunlaşmışdır.

 

Faiq Ağayev,

Ombudsman Aparatının Hüquqi maarifləndirmə,

elmi-analitik, informasiya və beynəlxalq əlaqələr

şöbəsinin müdiri.

 

Respublika.- 2017.-18 iyun.- S.4.