Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub

İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın media sahəsində yeni innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.

Bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək təkmilləşdirəcək.

Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu ƏLİYEVA dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. “Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğuladı.

İnformasiyanın ötürülməsində sosial medianın internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman ƏLİYEV bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini qeyd etdi. O vurğuladı ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb onlar ən müasir avadanlıqlarla təchiz ediliblər.

Sonra Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Bakı Media Mərkəzi birinci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, artıq ənənə şəklini almışTour d'Azerbaidjanturnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkilişlərində yayımında bu sahədə kifayət qədər təcrübəsi olan Avropa şirkətləri ilə çiyin-çiyinə işləməklə öz potensialını nümayiş etdirə bilib.

Bakı Media Mərkəzinin binasının foyesində qoyulanDreaməsərinin müəllifi, rəssam Rəşad Mehdiyev Azərbaycanda mədəniyyət incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışdı, Heydər Əliyev Fondunun mədəni irsimizin dünyada təbliği ilə bağlı gördüyü işlərdən ətraflı bəhs etdi. Rəssam vurğuladı ki, Bakı Media Mərkəzi fəaliyyətə başladığı gündən yaradıcı insanlara dəstək olur onlara geniş imkanlar yaradır. Bu amildən ruhlanaraqDreaməsərini yaratdığını deyən rəssam gələcəkdə belə layihələrin davamlı olacağına əminliyini ifadə etdi bu layihəyə dəstəyə görə Arzu Əliyevaya minnətdarlığını bildirdi.

Sonra “Dream” əsərinin açılışı oldu.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva rəssam Rəşad Mehdiyev əsərin üzərindəki örtüyü götürdülər.

Bu əsər güclü ruhlu qadın obrazını canlandırır. Daş plastikası üsulu ilə yaradılan əsərdə qədim tarix müasirlik vəhdət təşkil edir.

 

Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu saxlanıldığı bazalar, foto videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları arxivi müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları avadanlıqları üçün nəzərdə tutulub.

Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri tamaşaçıların ixtiyarına verib. Bir neçə il əvvəl Fransanın C&C şirkəti ilə birlikdə hazırlananHədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzduadlı sənədli filmi “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edənƏbədi ezamiyyətsənədli-bədii filmi böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis fransız dillərinə tərcümə olunub. AzərbaycandaMultikulturalizm İli”nə həsr olunmuşBir günəş altındafilmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təəssürat yarada bilsin.

Bu filmlərin hamısı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə həyata vəsiqə qazanıb.

 

Respublika.- 2017.- 3 iyun.- S.6.