Azərbaycanın innpvativ iqtisadi və sosial inkişaf uğurları Kanada elmi jurnalında
Kanada Elm və
Təhsil Mərkəzinin
nüfuzlu beynəlxalq
"Davamlı inkişaf"
jurnalının bir neçə gün öncə işıq üzü görən iyun nömrəsində ölkəmizin innovativ iqtisadi və sosial-inkişaf sahəsində
uğurlarına həsr
olunmuş "Enerji səmərəliliyi davamlı
inkişaf siyasətinin
göstəricisi kimi:
Azərbaycanın təcrübəsi"
adlı məqalə dərc edilib.
AZƏRTAC
xəbər verir ki, məqalənin müəllifləri Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru, akademik Urxan Ələkbərov və ABŞ-ın nüfuzlu
təhsil ocaqlarından
olan Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Con Lorensdir.
Məqalə beynəlxalq cəmiyyət
tərəfindən XXI əsr
və üçüncü
minillik üçün
prioritet kimi müəyyənləşdirilən davamlı inkişaf proseslərinin planlaşdırılması
və idarə edilməsi sahəsində
siyasətdən bəhs
edir. Davamlı inkişafın prioritet
olması barədə
qərar 2015-ci ilin sentyabrında BMT Baş Məclisinin Nyu-Yorkda keçirilmiş 70-ci yubiley
sessiyasında və eyni zamana təsadüf
edən və tarixə Davamlı İnkişaf Sammiti kimi düşən Dünya liderlərinin toplantısında qəbul
olunub. Sözügedən qlobal forumlarda
xüsusi sənəd
- Davamlı İnkişaf
Məqsədləri qəbul
edilib. Qeyd olunan sənəd
dünya ölkələrinin
indiki və gələcək nəsillərin
uğurlu inkişafını
təmin etmək məqsədilə 2015-2030-cu illərdə
reallaşdırmalı olduqları
vəzifələri müəyyənləşdirib.
Məqalədə vurğulanır ki,
bu vəzifələrin
həlli bəşəriyyətin
indiki inkişaf mərhələsində müəyyənləşdirilən
17 məqsədə nail olunmasına
yol aça bilər.
Müxtəlif ölkələrin davamlı
inkişaf məqsədlərinə
hazırlıq səviyyəsi
fərqlidir. Məqalədə
Dünya Bankı, BMT,
digər beynəlxalq təşkilatların bilgilərinə
əsaslanaraq Azərbaycan
Respublikasının bu
sahədə uğurları
dəyərləndirilib. Azərbaycanın göstəriciləri digər
ölkələrin göstəriciləri
ilə müqayisədə
qiymətləndirilib. Onlar arasında "Böyük yeddilik"
(G7), İqtisadi İnkişaf
və Əməkdaşlıq
Təşkilatı (İİƏT), Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və
s. var. Davamlı inkişaf
sahəsində səmərəliliyin
göstəricisi kimi müəlliflər tərəfindən
alıcılıq qabiliyyəti
pariteti nəzərə
alınmaqla, müxtəlif
ölkələrdə 1000 ABŞ dolları dəyərində
məhsul və xidmətlərin istehsalına
xərclənən enerji
sərfi götürülüb.
Bu göstəricinin seçimi
onunla əsaslandırılıb
ki, eyni məqsədlər üçün
daha az
enerji sərfi iqtisadi səmərəlilikdən
xəbər verir. Müasir şəraitdə
daha az
enerji sərfi, eyni zamanda, gələcək
nəsillər üçün
resursların qorunması
deməkdir. Nəhayət,
daha az
enerji sərfi qlobal iqlim dəyişikliklərinə
yol açan atmosferə istixana qazlarının atılmasının
azalması kimi dəyərləndirilə bilər.
Məqalədə Dünya Bankının
hesabatlarına əsasən
qeyd edilir ki, inkişaf proseslərinin innovativ idarə edilməsinə yönəlik ardıcıl
siyasət nəticəsində
son on ildə Azərbaycanda
məhsul və xidmətlərin istehsalına
enerji sərfi üç dəfədən
artıq azalıb.
Bu, indi, həmçinin
Avropa İttifaqının
üzvü olan bütün postsovet ölkələri arasında
da ən yaxşı göstəricidir. Məqalədə
təqdim edilən göstəricilərdən aydın
olur ki, eyni iqtisadi effektə
nail olmaq üçün
digər keçmiş
sovet respublikaları Azərbaycanla müqayisədə
1,5-3,5 dəfə artıq enerji sərf edir. Bu isə o deməkdir
ki, mövcud halda müvafiq olaraq qlobal iqlim
dəyişikliklərinə yol açan atmosferə tullantılar artır, təbii resurslar daha çox "xərclənir"
və iqtisadi səmərəlilik azalır.
Məqalədə Dünya Bankının
2017-ci ilin martına
olan məlumatları işıqlandırılıb. Həmin məlumatlarda göstərilir
ki, Azərbaycanda enerji istifadəsi səmərəliliyi "Böyük
yeddilik" (G 7) ölkələrinin
orta göstəricisindən
22 faiz, həmçinin
Kanada, ABŞ, Fransa və Yaponiya kimi dövlətlərdəkindən
yüksəkdir.
Qeyd edilir
ki, bəhs olunan effekt neft
amilinin təsiri ilə də əlaqələndirilə bilər.
Belə olan halda, analoji göstəricilər digər
neft və qaz ixrac edən
ölkələrdə də
müşahidə edilməli
idi. Bu cür təsirin
olması imkanını
dəyərləndirmək üçün məqalədə
enerji istifadəsi səmərəliliyi üzrə
Neft İxrac edən Ölkələr Təşkilatının üzvlərinin,
həmçinin bu fəaliyyəti həmin təşkilatdan kənar gerçəkləşdirən dövlətlərin göstəriciləri təhlil
edilib. Təhlil nəticəsində bəlli olub ki, Azərbaycan neft ölkələri arasında da enerji istifadəsi səmərəliliyinə görə
son on beş
ildə olduqca yüksək inkişaf tempinə malikdir.
2003-cü ildə ölkəmiz
bu göstəriciyə
görə Norveç,
Küveyt, Meksika, Venesuela, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, Bəhreyn, Qazaxıstan və başqalarından xeyli geridə idi. Dünya Bankının
2017-ci ilin martında dərc olunan bilgilərinə görə,
Azərbaycan bütün
sadalanan dövlətləri
qabaqlayaraq ilk yerləri Norveç və Venesuela ilə bölüşür.
Bu bilgilər enerji istifadəsi səmərəliliyi ilə
neft ölkələri
iqtisadiyyatlarının xüsusiyyətləri
arasında əlaqənin
olmamasını sübut
edir.
Məqalədə göstərilir ki, davamlı inkişaf proseslərinin planlaşdırılması
və idarə edilməsi sahəsində
qazanılan yüksək
uğurlar dövlət
idarəçiliyində innovativ
texnologiyaların geniş
istifadəsinin nəticəsidir.
Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2003-cü ildə Dünya
Sammitindəki və
2016-cı ildə Bakı
Beynəlxalq Humanitar Forumundakı çıxışlarında
innovativ inkişaf strategiyasının əsas
məqamları işıqlandırılıb.
Ölkədə davamlı inkişaf sahəsində reallaşdırılan
siyasətin uğuru kimi məqalədə sosial inkişaf indekslərinin müqayisəli
təhlili də aparılıb. BMT-nin məlumatlarına əsasən məqalədə
vurğulanır ki, Cini İndeksi - gəlirlərin əhali arasında ədalətli paylanması göstəricisi
Azərbaycan Respublikasında
"Böyük yeddilik"
ölkələrinin orta
göstəricisindən yüksəkdir
və onlar arasında yalnız Almaniyadan geri qalır.
Məqalədə, həmçinin digər sosial göstərici - Kvintil nisbətini xarakterizə edən bilgilər də əksini tapıb. Azərbaycanın göstəriciləri
İİƏT-ə üzv ölkələrin göstəriciləri
ilə müqayisə
edilir. Qeyd edək ki, bu
qrupa dünyanın 35
aparıcı iqtisadiyyata
malik ölkəsi daxildir. Məqalədə əks olunan
təhlilə əsasən,
bu göstəriciyə
görə, Azərbaycan
yalnız Şimali Avropa və bəzi digər ölkələrdən geridədir.
Əhali gəlirlərinin
bölgüsünün Kvintil
təhlili göstərir
ki, Azərbaycanda bu göstərici İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı
ölkələrinin orta
göstəricilərindən, həmçinin qrupdakı
bir çox dövlətlərdəkindən daha yüksəkdir. Sosial komponent davamlı inkişaf sahəsində ümumi siyasətin vacib elementidir.
Kanadada nəşr olunan
beynəlxalq elmi jurnalda Azərbaycanda davamlı inkişaf proseslərinin uğurlu idarə edilməsi təcrübəsinə dair
məqalə ölkədə
bu istiqamətdə baş verənlərlə
bağlı məlumatlandırma
səviyyəsinin yüksəlməsinə,
həmçinin bu təcrübənin qlobal inkişaf məqsədilə yayılmasına
yol açır.
Respublika.-
2017.- 6 iyun.- S.5.