IV İslam
Həmrəyliyi Oyunlarında
uqurla iştirak etmiş sərhədçı
idmançılar mükafatlandırıldılar
“Sərhədçi”
İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi
Oyunlarında iştirak etmiş sərhədçi
idmançılarla görüş keçirilib.
Dövlət Sərhəd Xidmətinin
mətbuat mərkəzindən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə çıxış
edənlər artıq
tarixin yaddaşına
qızıl hərflərlə
həkk olunan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə
başa çatması
və ən çox qızıl medal əldə
etməklə Oyunlarda
komanda hesabında birinci yerə layiq görülmüş
Azərbaycan yığmasının
uğurlu çıxışı
münasibətilə iştirakçıları
təbrik ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti, qayğısı və dəstəyi, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti xanım
Mehriban Əliyevanın
sədrlik etdiyi Təşkilat Komitəsinin
rəhbərliyi ilə
ölkəmiz IV İslam
Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə Oyunların
Azərbaycan modelini yaratdı. Oyunların davam etdiyi 11 gün, həm açılış, həm
də bağlanış
mərasimləri Azərbaycan
dövlətinin gücünü,
iqtisadi qüdrətini,
düşünülmüş siyasi strategiyasını və möhtəşəm
tədbirləri keçirməyə qadir olduğunu nümayiş etdirdi.
Qalib idmançıların və onların məşqçilərinin Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən mükafatlandırılması
böyük minnətdarlıq
hissi ilə qeyd edilən tədbirdə IV İslam Həmrəyliyi Oyunlarında
qazanılan qələbələrin
ölkəmizdə idmana
və idmançılara
göstərilən yüksək
dövlət qayğısının
nəticəsində mümkün
olduğu vurğulanıb.
Ölkə idmanına daim
öz layiqli töhfələrini verən
“Sərhədçi” İdman
Klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində
IV İslam Həmrəyliyi
Oyunlarına qatılıb,
3 qızıl, 2 gümüş
və 2 bürünc medal qazanıblar. Belə ki, cüdo
yarışlarında baş
leytenant Nicat Şıxəlizadə, karate
üzrə leytenant Fəridə Abıyeva, paracüdo üzrə gizir Ramilə Kaştayeva bütün rəqibləri üzərində
qələbə qazanaraq
IV İslam Həmrəyliyi
Oyunlarının qalibləri
olublar. Voleybol üzrə leytenant Emil Abdullayev, cüdo üzrə gizir Rüstəm Orucov gümüş, yunan-Roma güləşi üzrə leytenant Rəsul Çunayev və üzgüçülük
üzrə Fatimə Alkərəmova bürünc
medal qazanıblar. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, sərbəst güləş üzrə
ölkəmizin yığma
komandasının baş
məşqçisi polkovnik-leytenant
Firdovsi Umudovun yetirmələri 4 qızıl,
2 gümüş və
1 bürünc, “Sərhədçi”
İdman Olimpiya Mərkəzinin təlimatçısı, üzgüçülük
üzrə Azərbaycan
yığma komandasının
baş məşqçisi
Rəşad Əbdürəhmanovun
yetirmələri isə
4 qızıl və 2
bürünc medal qazanıblar. “Sərhədçi”
İdman Olimpiya Mərkəzinin üzgüçülük
və su polosu üzrə təlimatçıları Rəşad
Əliyev və Namiq Qasımov Oyunlara hakim qismində qatılaraq yarışların ədalətli
keçməsi üçün
bilik və bacarıqlarını əsirgəməyiblər.
Öz qələbə sevinclərini bölüşən
qalib idmançılar
idmanın inkişafına
göstərdiyi ali diqqət və qayğıya, idmançılar
üçün yaradılmış
ideal şəraitə
görə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
minnətdarlıqlarını bildirib, bundan sonra da ölkəmizi
layiqincə təmsil edəcəklərinə,
xalqımıza yeni idman qələbələri
bəxş edəcəklərinə
söz veriblər.
Görüşün sonunda IV İslam Həmrəyliyi Oyunlarında
uğurla iştirak etmiş sərhədçi
idmançılar mükafatlandırılıblar.
Respublika.-
2017.- 7 iyun.- S.5.