“Gənclər
daha yaxşı gələcək uğrunda"
kampaniyasına yekun vurulub
Gənclər Təşkilatları Milli
Şurasının (GTMŞ) Gənclər və İdman Nazirliyinin və BMT-nin Əhali Fondunun dəstəyi ilə reallaşdırdığı “Gənclər daha yaxşı gələcək
uğrunda” kampaniyasına
iyunun 6-da yekun vurulub.
AZƏRTAC xəbər
verir ki, bununla əlaqədar ADA Universitetində təşkil
olunan tədbirdə çıxış edən
BMT-nin əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev kampaniyanın gəncləri BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğun
olaraq, təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə
dair məlumatlandırmaq
məqsədi daşıdığını
bildirib.
GTMŞ-nin sədri
Seymur Hüseynov bildirib ki, kampaniya
gənclər üçün
böyük əhəmiyyət
daşıyır. Gənclər
təşkilatları arasında
keçirilən sorğuda
gənclərimiz Dayanıqlı
İnkişaf Məqsədlərinə
töhfə verməyə
hazır olduqlarını
qeyd ediblər. Bundan başqa, kampaniya çərçivəsində
keyfiyyətli təhsil,
gender bərabərliyi,
yaxşı səhiyyə
və rifah məqsədləri üzrə
3 sosial videoçarx hazırlanaraq ictimaiyyətə
təqdim olunub. Eyni zamanda, “Məqsədlərə doğru
birlikdə!” adlı sosial aksiya keçirilib.
Bununla yanaşı, Lənkəran, Şəki,
Quba və Gəncə şəhərlərində
ikigünlük təlimlər
təşkil olunub.
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclərlə bağlı
görülən işlərin
təməlində ulu
öndər Heydər
Əliyevin ideyaları
dayanır. Azərbaycanda
gənclər sahəsində
görülən işlər
bir çox ölkələr üçün
nümunə təşkil
edir. Dayanıqlı İnkişaf Məqsədlərində
və bir çox məqamlarda gənclərin bilavasitə
qərarvermə prosesində
iştirakı üçün
əlverişli şərait
yaradılır.
Milli Məclisin
sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda təhsil və səhiyyə sahələrində keçirilən
islahatların gənclər
üçün daha münbit şərait yaratdığını bildirib.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Təhsil Nazirliyinin Aparat rəhbərlərinin müavini
Fərzəli Qədirov
və Dayanıqlı
İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının
katibliyinin rəhbəri
Hüseyn Hüseynov
BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərinə
uyğun olaraq Azərbaycanda görülən
işlərdən danışıblar.
Tədbirdə musiqili proqram çərçivəsində tanınmış şəxslər
çıxış edərək
Dayanıqlı İnkişaf
Məqsədləri haqqında
gənclərə çağırışlar
edib və onları “Həmrəylik lövhəsinə” imza atmağa səsləyiblər.
Aksiya zamanı, həmçinin mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib və qaliblərə hədiyyələr
təqdim olunub. Ümumilikdə 1035 gənc
lövhəni imzalayaraq
Dayanıqlı İnkişaf
Məqsədlərinə dəstəyini
nümayiş etdirib.
Respublika.-
2017.- 7 iyun.- S.5