Milli ideologiyamızın və müstəqilliyimizin baş memarı

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev bəşər tarixində siyasət Olimpinə yüksələn nəhəng xadimlərdən biridironun həyat yolu doğma Vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini yüksək qiymətləndirmişlər.

Heydər Əliyev dühası Azərbaycanın davamlı inkişafının təməlində dayanan ən mühüm amildir. Ümummilli liderimiz Heydər Əliyev bütün mənalı ömrünü xalqına, Vətəninə xidmət etməyə sərf etmişdir. 1993-cü ilin 15 iyunu müasir tariximizə Milli Qurtuluş Günü kimi yazılıb.

1993-cü ilin yayında Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. Belə bir çətin məqamda xalqımız son ümid yeri kimi öz dahi oğlu Heydər Əliyevə üz tutdu. Heydər Əliyev ölkəmizi parçalanıb məhv olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi. Qurtuluş tariximizin başlanğıcını qoyan ulu öndərimiz Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Xalqın istək və arzuları onun dövlətçilik ənənələrini, milli maraq və mənafelərini müstəqillik ideyası ətrafında birləşdirdi, hadisələrin axarını dəyişdi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilən milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Xalqımızın yaddaşında bütövmilli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Dövlətçilik taleyi baxımından ən ağrılı və çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətlərdən xilas olacağına böyük ümid bəsləmişdi.

Ümummilli liderin qısa müddətdə vətəndaş sülhü və həmrəyliyinə nail olması, paralel olaraq respublikada tənəzzül prosesini dayandıraraq iqtisadi dirçəliş yönümündə praktik addımlar atması da xalqın öz rəhbərinə olan dəstəyindən irəli gəlmişdir.

Xalqına, dövlətinə güvənən Heydər Əliyev dühası 1994-1995-ci illərdə bəzi daxili qüvvələrin dövlət çevrilişi, qiyam cəhdlərinin qarşısını qətiyyətlə almış, beləliklə, Azərbaycanda silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə son qoyulmuşdur. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı ümummilli liderin bir çağırışı ilə milyonlarla həmvətənlərimizin Prezident Aparatının qarşısına toplanması, ona dəstək verməsi çağdaş tariximizə milli birlik və həmrəyliyimizin ən ali təcəssümü kimi iz salmışdır.

Heydər Əliyev qədər Azərbaycanın neft sənayesini dərindən bilən ikinci bir rəhbər tapmaq çətindir. 1994-cü ildə respublikamız yeni bir erayaneftimizin dünya bazarına nəqli erasına qədəm qoydu. Heydər Əliyev xarici adamları, xarici şirkətlərlə qurmaqla milli neft strategiyasının əsasını qoydu. Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən Xəzərin neft-qazla zəngin strukturlarının işlənilməsinə dair möhtəşəm bir müqavilə imzalandı.

Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” və “İpək yolukimi nəhəng layihələrin reallaşdırılması bütün dünyada maraqla izləndi. Azərbaycan xarici investisiyaya qoyuluşuna görə MDB məkanında birinci yeri tutdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi dünya miqyasında mühüm hadisə kimi qiymətləndirildi.

Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir.

Qanunun aliliyi Heydər Əliyevin dövlətçilik ideyalarının təməl prinsipləri idi. Vurğulamaq lazımdır ki, Azərbaycanda haqq-ədalət prinsiplərinin cəmiyyət həyatının aparıcı amilinə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, özünün siyasi fəaliyyətində və dövlət idarəçiliyi təcrübəsində bu prinsipləri həmişə üstün tutaraq, qanunçuluğa hamı tərəfindən eyni cür, dürüst əməl edilməsini sağlam cəmiyyətin təşəkkül tapması üçün başlıca təməli kimi müəyyənləşdirmişdir.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi, vahid ideya ətrafında birləşdirilməsi üçün möhkəm ideoloji zəmin yaratmışdır. Diasporlobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş, dünya azərbaycanlılarının bir bayraq altında birləşərək monolit qüvvəyə çevrilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Milli tariximizin Heydər Əliyev dövrü şərəfli mərhələdir. Ümummilli liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin şərəfli xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtaran Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi.

Tale ona fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli lider Heydər Əliyevin həyatı boyu reallaşdırdığı layihə proqramlar xalqın xoş gələcəyinə hesablanmışdı zaman göstərdi ki, bunlar əfsanə yox, bir həqiqətdir.

Rəcəb Tayyib Ərdoğanın ulu öndərimiz Heydər Əliyev haqqında dediyi bu sözlər yerinə düşərdi: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edənBir millət, iki dövlətifadəsi ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin...”.

Bu gün ulu öndərimiz, milli ideologiyamızın müstəqilliyimizin baş memarı Heydər Əliyevin ölməz ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında nümayiş etdirdiyi qəti prinsipial mövqe, insanlara qayğı göstərilməsinin bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulması Heydər Əliyev siyasi kursunun bu gün layiqincə davam etdirildiyinə əsaslı sübutdur. Bir sözlə, müstəqil Azərbaycanda bu gün iqtisadi, siyasit hüquqi islahatlar uğurla həyata keçirilir.

 

Fərid ŞÜKÜROV,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Təşkilat-analitik şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenant

 

Respublika.- 2017.-10 iyun.- S.4.