Milli qurtuluşun dəyərlərini qorumaq borcumuzdur

 

Ulu öndər Heydər Əliyevin böyük siyasətə və müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə əlamətdar olan 1993-cü ilin 15 iyun günü ən yeni tariximizə mühüm bir dövrün başlanğıcı - Milli Qurtuluş Günü kimi əbədi həkk olunmuşdur. Sovet İttifaqının süqutundan sonra XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycanın qarşısında müstəqilliyin qorunub saxlanması, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunması, demokratik, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, iqtisadiyyatın dirçəldilməsi, əhalinin rifahının yaxşılaşdırılması kimi mühüm vəzifələr dururdu ki, bütün bunların gerçəkləşməsi üçün də məqsədyönlü daxilixarici siyasətin yürüdülməsi tələb olunurdu.

Təəssüf ki, müstəqilliyin bərpası ərəfəsində və müstəqilliyin bərpasından sonrakı iki ildə respublikada hakimiyyətdə olan naşı siyasətçilərin səriştəsizliyi nəticəsində ölkə saysız-hesabsız daxili problemlərlə, xarici təhlükələrlə üzləşmiş, təcavüzkar Ermənistan tərəfindən ərazilərimizin bir hissəsinin işğalı prosesi başlanmış, hüquq-mühafizə sistemi iflic edilmiş, cəmiyyətdə düşkünlükuğursuzluq əhval-ruhiyyəsi yaranmışdı. O vaxtkı respublika rəhbərləri xalqın mənafeyini düşünmək əvəzinə siyasi intriqalarla məşğul olur, ölkəni dərin böhrandan çıxarmağa çalışmır, xarici qüvvələrin təsirindən xilas olmaq istəmirdilər. Beləliklə, iqtisadi potensialı dağıdılan, sərvətləri talan edilən Azərbaycan tənəzzül bataqlığında boğulur, işıqlı gələcəyə inamını itirən ölkə vətəndaşlarının milli mənlik duyğuları ayaq altında tapdalanırdı. Çoxsaylı faciəli hadisələrlə müşayiət olunan anarxiyaxaos, iqtisadi durğunluqictimai narazılıq, separatçılıq və xarici müdaxilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sual altında qoymuşdu. Ən təhlükəli hal isə siyasi hakimiyyətin əldən-ələ keçməsi nəticəsində respublikanın vətəndaş müharibəsinə, qardaş qırğınına sürüklənməsi idi. Bu təhlükənin real təzahürü 1993-cü ilin iyun ayının əvvəllərində baş vermiş Gəncə hadisələri oldu. Hakimiyyəti zorla ələ almış Müsavat-AXC cütlüyü cəmi bir il ərzində özünün bacarıqsız qaragüruhçu bir dəstə olduğunu göstərdi, “millət qəhrəmanı”na çevirdiyi, heç bir hərbi səriştəsi olmayan “qiyamçı polkovnikin qarşısında aciz qalaraq, Gəncədə ən yaxın tariximizə qara hərflərlə yazılmış qardaş qırğını törətdi. Hesab edirəm ki, indi həmin hadisələrin təfərrüatlarını xatırlatmağa ehtiyac yoxdur, çünki qardaş qırğınının günahkarları sonrakı illərdə ifşa edilərək, həm hüquqi, həm də mənəvi cəzalarını almışlar...

Ancaq tarix heç nəyi unutmur, heç kimin haqqını itirmir. Vətən tarixinin 24 il əvvəlki qaranlıq günlərinə son qoyan dahi lider Heydər Əliyevi xalqımız öz taleyinin parlaq günəşi saymaqda haqlıdır. Məhz bu gur işıqlı əbədi günəşin varlığı müstəqil Azərbaycanın qurtuluş yoluna elə bir nur saçdı ki, onun ziyası əsrlər boyu bu torpağın üzərindən əskik olmayacaqdır. 1993-cü ilin 15 iyunundan - Milli Qurtuluşun zəfər günündən başlanan müstəqil dövlət quruculuğunun memarı ulu öndər Heydər Əliyevin qəbul etdiyi hər bir qərar, atdığı hər bir addım yalnız Azərbaycanın və onun çoxmillətli xalqının maraq və mənafeyinə xidmət etmişdir.

Əlbəttə, xalqımızın yalnız Heydər Əliyevi yenidən qazanılan müstəqilliyin həqiqi öndəri və sükançısı kimi görməsi, bütün ümidlərini ona bağlaması təbii idi. Hələ sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə, eləcə də İttifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu 1982-85-ci illərdə ulu öndərimiz daim öz xalqının arzu və qayğıları ilə yaşamış, onun gələcək müstəqilliyi üçün möhkəm ideya-mənəvi, sosial-iqtisadi bünövrə yaratmağa nail olmuşdu.

Azərbaycan Respublikası Milli Məclisinin “15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında” qərarında qeyd edildiyi kimi, 1960-1980-ci illərdə Azərbaycanda sözün həqiqi mənasında böyük quruculuq və yaradıcılıq epoxası, həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi dövrü yaşanmışdır. Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında yalnız iki respublika - Rusiya Federasiyası və Azərbaycan keçmiş ittifaq büdcəsindən heç bir dotasiya almadan yaşayırdı. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi. Müstəqil daxili siyasət yeridilməsi nəticəsində Azərbaycanın siyasi, iqtisadi və milli-mədəni inkişafı üçün son dərəcə böyük işlər görülmüş, ən başlıcası isə xalqın milli mənlik şüurunun inkişaf etdirilməsi, tarixi ənənələrinin qorunması, dilinin, mədəniyyətinin, ədəbiyyatının tərəqqisi, milli özünəməxsusluqlarının, adət-ənənələrinin yaşadılması istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdu.

Həmin dövrdə Azərbaycanda bütün sahələrdə xalqına və milli ideallara sədaqətli kadr potensialının yetişdirilməsi də ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Nəinki paytaxtdan, həm də respublikanın ucqar rayonlarından hər il yüzlərlə gəncin gərəkli ixtisaslara yiyələnmək üçün ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda hərbi liseyin yaradılması, elm və təhsilin inkişafına xüsusi qayğı göstərilməsi belə vacib bir məqsəd daşıyırdı. Ulu öndərin xüsusi sərəncamı ilə sadə, zəhmətkeş ailələrin övladlarının ali hüquq təhsili almasına şərait yaradılması o dövrün ən yaddaqalan hadisələrindəndir. Bu imkandan yararlanan yüzlərlə yüksək mənəviyyatlı gənc hüquqşünas ixtisası alaraq respublikamızın hüquq-mühafizə orqanlarının sağlam ruhlu şəxsi heyətinin formalaşmasında mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycanda müasir müstəqil dövlət quruculuğuna başlayarkən xalqın ona necə böyük ümidlər bəslədiyini görərək demişdir: “Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram!” Xalq öz həqiqi və sevimli liderinə bağladığı ümidlərin doğrulmasını o qədər də çox gözləmədi: tarix üçün yetərincə qısa sayıla biləcək üç-dörd il ərzində Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasını təmin etdi. Təbii ki, bütün bunlara, ilk növbədə, düzgün və səriştəli qərarları, müdrik siyasəti və şəxsi nüfuzu sayəsində nail oldu. Onun öz xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməsinə nə müxtəlif vasitələrə əl atan xarici düşmənlərin təxribatları, nə daxili çaxnaşma yaratmaq istəyən səbatsızların fitnə-fəsadları mane ola bildi. Azərbaycanda hakimiyyətin çevrilişlər yolu dəyişilməsi kimi rüsvayçı hala birdəfəlik son qoyuldu, müstəqil dövlət quruculuğunun zəruri qanunvericilik bazasının formalaşdırılmasına, köklü iqtisadi islahatların aparılmasına başlandı, cinayətkarlığa və hüquqazidd əməllərə qarşı kəskin və barışmaz mübarizə elan edildi. Vaxtilə beynəlxalq aləmdən təcrid olunmuş Azərbaycanın xarici siyasət strategiyası əsaslı şəkildə dəyişdi və bütünlüklə milli maraqlara cavab verən yeni konsepsiya müəyyənləşdirildi.

Möhtərəm Prezident cənab İlham Əliyev həmin dövrü səciyyələndirərkən demişdir: “1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı olduxalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu gün də “Əsrin kontraktı”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastrukturinkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi”. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 1993-2003-cü illər sabitlik, inkişaf illəri oldu və Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu vardır. Təkzibedilməz bir faktdır ki, müstəqil dövlətimizə 10 il müddətində cəsarətli və qətiyyətli rəhbərliyi dövründə Heydər Əliyev Azərbaycanı ümumilikdə regional təhlükəsizliyin və inkişafın təminatısı səviyyəsinə çıxardı. Ulu öndərin öz dövründə istər regional müstəvidə, istərsə də dünya miqyasında gedən proseslərə nüfuz və təsir etməyə qadir böyük şəxsiyyət və qüdrətli siyasətçi olduğunu dünyanın bir çox nüfuzlu siyasətçiləri dəfələrlə etiraf etmişlər.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl oldu. Bu Konstitusiya əsasında hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradıldı, qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edildi.

Azadlıq və demokratiya şəraitində müstəqil dövlət quruculuğu prinsiplərinə cavab verən hüquq-mühafizə sisteminin yaradılmasına xüsusi önəm verən ulu öndər Heydər Əliyev bu sahədə də məqsədyönlü islahatlar həyata keçirmişdir.

Müstəqil dövlətimizin hüquq-mühafizə sisteminin tərkib hissəsi olan Azərbaycan prokurorluğunun demokratik məzmunda yenidən formalaşdırılması, prokurorluğun statusunu, cəmiyyətdə yerinirolunu müəyyənləşdirən, onun fəaliyyətini beynəlxalq standartlar səviyyəsinə qaldıran qanunvericilik bazasının yaradılması da ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə aparılan islahatların nəticəsidir. Məhz onun imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamla hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycanın milli-mənəvi dəyərlərinə və tarixi keçmişinə dərin hörmət və ehtiramın ifadəsi olan bu sərəncamda respublika prokurorluq orqanlarının 80 illik yubileyinin qeyd edilməsi, həmçinin prokurorluğa dövlət qayğısı öz əksini tapmışdır. Həmin ilin noyabrında Azərbaycan prokurorluq orqanlarının 80 illik yubileyibu orqanlarda çalışanların peşə bayramı münasibətilə keçirilən tədbirdə möhtərəm Heydər Əliyev şəxsən iştirak edərək, proqram xarakterli nitq söylədi, bizə öz dəyərli tövsiyə və məsləhətlərini verdi. Bu dərin məzmunlu çıxışın hər bir sözü, hər bir cümləsi yaddaşımızdadır. Ulu öndərin bəzi fikirlərini bu gün bir daha xatırlatmaq istərdim. O deyirdi: “Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələrə nisbətən öz üzərinə ağır bir götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli bir peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu, çox şərəfli vəzifədir”. Prokuror peşəsinin mahiyyəti haqqında ulu öndərin dediklərini isə taleyini bu peşəyə bağlayan hər bir şəxs əzbər bilməlidir: “Prokuror olmaq, şübhəsiz ki, böyük intellekt tələb edir. Hüquq-mühafizə orqanlarının cürbəcür təşkilatları vardır, hər təşkilatın özünəməxsus xüsusiyyəti vardır. Ancaq prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir”.

Respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüşdə ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətinin milli dövlətçiliyimizin və zamanın tələbinə uyğun tamamilə yeni istiqamətlərini müəyyən etmiş, qarşıya struktur islahatlarının dərinləşdirilməsi vəzifəsini qoymuşdur. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddisosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Prezident sərəncamı isə prokurorluq işçilərinin şərəfli xidmətinə göstərilən dövlət qayğısının növbəti təzahürü idi.

Heydər Əliyev dühasının unikallığı Azərbaycanın bugünkü həyatının bütün sahələrində özünü bariz şəkildə göstərməkdədir: müstəqil dövlətimizin və xalqımızın əldə etdiyi, bütün dünyanın diqqətini cəlb edən bütün nailiyyətlərin mənbəyi məhz Heydər Əliyev ideyalarının daim canlı, daim dinamik olmasındadır. O, görə bilmədiyi, başa çatdırmadığı işlərin davamçıları tərəfindən yerinə yetiriləcəyinə böyük ümid bəsləyirdi və Azərbaycanın son on dörd illik tarixi bu ümidlərin doğrulduğunu parlaq bir şəkildə təsdiqləyir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inam və qətiyyətlə qeyd etdiyi kimi, “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Keçən il keçirilmiş referendum da Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan bax, bu amillərdir”.

Azərbaycanın bütün sahələrdə - istər demokratikləşmə və dövlət quruculuğu prosesində, istərsə də sosial-iqtisadi inkişafda əldə etdiyi möhtəşəm nailiyyətlər göz önündədir. Dünyada qlobal iqtisadi-maliyyə böhranının davam etdiyi bir vaxtda da dövlətimizin başçısının apardığı düşünülmüş siyasət nəticəsində respublikamız öz inkişaf tempini qoruyub saxlayır. 2004-cü ildən bəri ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artmış, 1 milyon 700 min yeni yeri yaradılmış, bütün infrastruktur demək olar ki, yeniləşmişdir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur.

Ulu öndərimizin yeni neft strategiyasının uğurla həyata keçirilməsi həm dövlətimizin qüdrətlənməsində, həm də xalqımızın rifahının yüksəlməsində mühüm rol oynamışdır. Bu strategiya uğurla davam etdirilir. Hazırda Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat və qaz dəhlizləri ölkəmizin regional lider kimi mövqelərini daha da gücləndirəcəkdir.

Ölkə rəhbərliyi xalqımızın yeganə həll olunmamış problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Heydər Əliyev xəttinə sadiqdir: möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan dəfələrlə bəyan etdiyi kimi, sülh danışıqları bir nəticə verməsə, Azərbaycan öz ərazilərini işğaldan, hansı yolla olursa-olsun, azad etmək hüququnu gerçəkləşdirəcəkdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş ordu quruculuğu ölkəmizin qüdrətli və mütəşəkkil Silahlı Qüvvələrinin formalaşması ilə nəticələnmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasına çıxmışdır. Həm maddi-texniki təminat, həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu baxımından bu gün ordumuz düşməndən qat-qat üstündürbu üstünlüyünü ötən ilin Aprel döyüşlərində sübuta yetirmişdir. Həmin döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz Ağdərədə, Cəbrayılda və Füzulidə torpaqlarımızın bir hissəsini işğaldan azad etmiş, orada Azərbaycan bayrağı qaldırmışlar. İşğaldan azad edilmişQarabağa qayıdışın müjdəçisi olan Cocuq Mərcanlıda həyat yenidən canlanmağa başlamışdır.

Yeri gəlmişkən, qeyd edim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvasını itirmiş insanların - məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ulu öndərin arzusu idi və cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başlayarkən çadır şəhərciklərinin tezliklə ləğv ediləcəyini, qaçqınlar və məcburi köçkünlər üçün hər cür infrastrukturu olan abad şəhərciklərin salınacağını bəyan etmiş və qısa vaxtda bu vədini yerinə yetirmişdir. Hazırda isə bu sahədə zəruri tədbirlər yeni təyin edilmiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti altında davam etdirilir, yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi üçün məqsədyönlü iş aparılır.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizin dünyada multikulturalizm dəyərlərinin yüksək önəm verildiyi dincliksabitlik məkanı kimi tanınması, qlobalregional miqyasda siyasi, iqtisadi, humanitaridman yönümlü çoxsaylı tədbirlərə ev sahibliyi etməsi də Heydər Əliyev ideyalarının təntənəsidir. Bu yaxınlarda uğurla başa çatan IV İslam Həmrəyliyi Oyunları və bu möhtəşəm yarışda idmançılarımızın parlaq qələbəsi Azərbaycanın həm fiziki, həm də mənəvi və iqtisadi yüksəlişinin təcəssümü oldu.

Ulu öndərin hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilməkdədir. Dövlətimizin başçısının təşəbbüsü ilə digər hüquq-mühafizə təsisatları kimi, prokurorluq orqanlarının da cəmiyyətdə rolunun artırılması və bu orqanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə keyfiyyətcə yeni səviyyədə qurulması istiqamətində addımlar atılır. Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Zakir Qaralovun rəhbərliyi ilə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahatların eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Prokurorluq işçiləri xalqımızın tərəqqisi naminə milli dövlətçiliyimizə, onun başçısının həyata keçirdiyi siyasətə həmişə dəstək verir, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının real təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər görürlər.

...Ulu öndərin adı ilə bağlı olan Milli Qurtuluş Gününün dərin tarixi mənası bizi hər zaman müstəqil dövlətçiliyimizin qədrini bilməyə, onu qorumağa, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakarlıqla çalışmağa, xalqımızın təhlükəsizlik şəraitində, yüksək rifah içərisində yaşamasını təmin etmək üçün daim ayıq-sayıq olmağa səsləyir. Əminliklə deyə bilərəm ki, prokurorluq işçiləri ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bundan sonra da bütün bilik və bacarıqlarını möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasına, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

 

Akşin ZİYADOV,

Bakı şəhəri Nizami rayon

prokuroru, baş ədliyyə müşaviri

 

Respublika.- 2017.-14 iyun.- S.5.