Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlıq
Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının
50 və UNESCO-nun Dünya
İrsi Siyahısına
daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında
qayaüstü incəsənət”
adlı beynəlxalq elmi konfransın iştirakçıları iyunun
13-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə qonaqlar qoruğun ərazisində
yaradılmış muzeydə
nümayiş etdirilən
eksponatlara baxıblar.
Qonaqlara məlumat verilib ki, Qobustan Dövlət
Tarix-Bədii Qoruğu
açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən
son orta əsrlərə
qədərki həyat
və məişəti
əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini
müasir azərbaycanlıların
ulu əcdadları min
illər ərzində
yaradıblar.
Qobustan qayaüstü rəsmləri
dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər
tərəfindən 6 mindən
çox qayaüstü
təsvir, 20 mağara
və yaşayış
yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Bildirilib ki, sahəsi 3 min 96 hektar olan Qobustan
Milli Tarix-Bədii Qoruq İdarəsi
1966-cı ildə yaradılıb. Hazırda Qobustan
ərazisində 20 mağara
və yaşayış
yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda
tədqiqat işləri
aparılıb və öyrənilib. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox
qayaüstü təsvir
və 105 min ədəd
arxeoloji material qoruğun
fonduna daxil edilib.
Diqqətə çatdırılıb
ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü
rəsmlərin geniş
təbliğinin xüsusi
əhəmiyyətini nəzərə
alan Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
əsasında qoruğun
ərazisində aparılan
genişmiqyaslı yenidənqurma
və abadlıq işləri nəticəsində
yeni inzibati və muzey binası
tikilərək istifadəyə
verilib. Muzey müasir texnologiyalardan
istifadə edilərək
qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi səyi nəticəsində Qobustanın
qayaüstü təsvirləri
mədəni landşaftı
ilə birlikdə
UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan
məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat
işləri və tarixi eksponatlarla maraqlanıblar.
Sonra qoruğun ərazisində
qonaqlar üçün
konsert proqramı təşkil edilib. Qonaqlar Qobustan
Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.
AZƏRTAC
Respublika.- 2017.-14 iyun.-
S.8.