Qanlı-qadalı günlər...

 

Naxçıvanda: 99 il əvvəl

 

... 1918-ci ildə İrəvan xanlığı ərazisi erməni daşnak liderlərinə 99 ilə icarəyə verilərkən onlar Anadolu, Naxçıvan, Qarabağ iddialarından əl çəkəcəklərini də öhdəliyə götürmüşdülər. Lakin ermənilik xisləti onları xəyanət yoluna çəkdi.

Azərbaycanlıları silah gücünə ata-baba torpaqlarından çıxarıb “Türksüz Ermənistan” yaratdılar. Qarabağa, Zəngəzura, Naxçıvana hücum çəkdilər.

Hətta Türkiyədə Türk xalqına qarşı soyqırımı təşkil edən soyğunçu, qəddar, “tayqulaq Andranik paşa” 99 il əvvəl Naxçıvanda hakimiyyəti ələ almağa cəhd göstərmişdi. O, Türk ordusunun təqibindən İran ərazisinə keçib Maku, Xoy, Səlmas şəhərlərini, qəsəbə və kəndləri dağıdaraq, dinc əhalinin var-yoxunu taladı, qətliam təşkil etdi. Lakin ona qədim Naxçıvanı işğal etmək nəsib olmadı. Muradı gözündə qaldı.

Oxuculara təqdim etdiyimiz “Qanlı-qadalı günlər...” oçerki hadisələrin canlı şahidi olan qocaman müəllim və tədqiqatçı alim Lətif Hüseynzadənin xatirəsi əsasında qələmə alınmışdır.

1919-cu ilin axırlarında İmperialist dövlətlər ağır şərtlərlə Türkiyə ilə bağladıqları müqaviləyə əsasən Qars, Sarıqamış, Şərqi Anadolu, eləcə də Araz-Türk Cümhuriyyəti tabeliyində olan Zəngibasar, Qəmərli, Vedibasar, Sədərək, Şahtaxtı, Ordubad ərazilərini daşnak Ermənistan hökumətinə vermişdi. Bu torpaqlara müqavimətsiz daxil olan erməni daşnak ordusu dinc əhalini qırır, çapıb talayır, qırğınlar törədir, kəndləri viranə qoyurdu.

Erməni daşnak ordusunun hücumundan vahimə ilə kəndləri tərk edən qaçqınlar Arazın coşqun axınından o taya keçməyə çalışan yüzlərlə insan sularda qərq olurdu.

Naxçıvan üzərində qara buludlar sıxlaşırdı.

Araz-Türk Cümhuriyyət ordusu, könüllü xalq taburları, general Xəlil bəyin türk alayı daşnak hərbi hissələrinə ciddi müqavimət göstərir, onları bölgələrdən sıxışdırıb çıxarmağa çalışırdı.

Azərbaycan Xalq Cümhuriyyəti Tiflis şəhərindəki xarici dövlət nümayəndəliklərinə nota göndərib etirazını bildirir, daşnak ordusu hücumlarının dərhal dayandırılmasını tələb edirdi.

Türkiyə Böyük Millət Məclisində vətən torpağını düşmən işğalından xilas etmək məsələsi müzakirə olundu. Bundan sonra Kazım Qarabəkir paşa döyüşgən ordusu ilə Qars, Şərqi Anadolu və Gümrüdə daşnak ordusunu darmadağın etdi.

Qarsda tərk edilmiş 6000 erməni uşağının “sağlamrahat yaşaması təmin edilmiş”, əsir alınan 500-dən çox erməni, rus zabit və əsgəri qatarla evlərinə göndərilmişdi (səh.69).

Kazım Qarabəkir paşanın humanist, nəcib hərəkətləri xarici dövlət hərbi müşavirlərini heyrətə salmışdı. Rus generalı, Gümrüdə Kazım Qarabəkir paşaya alicənablığına görə “Lüksvaqon hədiyyə vermişdir. (üzərində rusca və türkcə “RSFSR” qızıl ordusu tərəfindən Kazım Qarabəkir paşaya xatirə” sözləri yazılmış vaqon Qars dəmiryolu stansiyasında xatirə muzeyi eksponatı kimi mühafizə olunub saxlanır - L.H.) (səh.69).

Kazım Qarabəkir paşa general Veysəl bəyin başçılıq etdiyi IX alayı Şahtaxtı cəbhəsində döyüşən Kalbalı xanın və Xəlil bəyin hərbi birləşmələrinə köməyə göndərməklə Araz-Türk Cümhuriyyətinin himayəsində olan bütün bölgələrin işğaldan azad olunmasını təmin etdi.

General Veysəl bəyin komandası altında olan türk ordusunuAraz-Türk Cümhuriyyətinin hərbi birləşmələrini Naxçıvan camaatı böyük hərarətlə qarşıladı. Qələbə şərəfinə bayram şənlikləri gecə yarıya qədər davam etdi. Sevindiyindən Cəfərqulu xanın yuxusu qaçdı: Naxçıvan ölkəsi təhlükədən xilas olmuşdu. Gənc Araz-Türk Cümhuriyyətinin əmin-amanlıq şəraitində hərtərəfli inkişafına zəmin yaranmışdı.

Cəfərqulu xan səhəri dirigözlü açdı. Səhər namazından sonra salavat çəkdi, əllərini yuxarı qaldırıb: “Şükür sənə Xudaya, kərəminə min şükür!” — dedi. Eyvanda kresloya əyləşib qəlyanını tüstülədə-tüstülədə ötüb keçənləri xatırladı. Sonra Naxçıvanın və ətraf bölgələrin müstəqillik dövründə inkişaf edəcəyini düşündü.

Lakin gözlənildiyi kimi olmadı. Rusiya bolşeviklərinin XI ordusu Bakını işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini dayandırdı. 1920-ci ilin 28 iyulunda Bahadır Vəlibəyov bolşevik rus XI ordusunun bir alayı ilə Naxçıvana gəldi. Burada yerli demokrat ziyalılarının iştirakı ilə izdihamlı mitinq keçirildi. Bahadır Vəlibəyov və yerli sosial-demokratlar Azərbaycanda fəhlə-kəndli hakimiyyəti qurulması, xan, bəy ağalığına son qoyulması, məzlum xalqların qardaşlıq birliyinin yaranması, torpaqların kəndlilərə verilməsi barədə ağızdolusu danışdılar. Acınacaqlı güzəran keçirən yoxsul kəndlilər nağıl kimi şirin sözləri inam və ümidlə qarşıladı.

Bahadır Vəlibəyov Naxçıvanda İctimai Şura Cümhuriyyəti adlı yeni hakimiyyət qurumuonun təsisatlarını yaratmağa başladı.

***

Beləliklə, Naxçıvan ölkəsi 70 il Sovet İmperiyasının əsarətində qaldı. Bu dövrdə də Sovet Ermənistanı hökumətinin bolşevik libaslı daşnak rəhbərləri “naxşı cahan” ölkədən gözlərini çəkmədi. Naxçıvanı öz qədim diyarları kimi bütün dünyaya tanıtdırmaq üçün dəridən-qabıqdan çıxdılar. Lakin onu zor gücünə işğal etməyə cəsarətləri çatmadı. Bunun səbəbini bir təsadüf nəticəsində öyrəndim.

Ötən yüzilliyin 50-ci illərində Sov.İKP MK birinci katibi N.S.Xruşşovun Sovet Ermənistanına rəsmi səfərindən sonra İrəvan Elektrik cihazqayırma zavodunda keçirilən konfransda çıxış edən Ermənistan KP MK birinci katibi Zarobyan öz təəssüratını danışırdı: “Xruşşov gəldi, getdi. Biz ondanqoparda bildik?” Onun söhbəti bu tezis əsasında qurulmuşdu. Zarobyan Arpa çayı suyunun aqreqatlarla Göyçə gölünə çəkilib tökülməsi üçün milyardlarla vəsaitin Ümumittifaq büdcəsi hesabına yerinə yetirilməsinə necə nail olması, taxıl vergisinin respublika üzərindən götürülməsi və s. barədə epizodları danışanda möhtəşəm zaldan minlərlə adam bir ağızdan təkrar-təkrar bağırdı:

—Bəs Naxçıvanın məsələsi?..

Zarobyan əllərini qaldırıb hamını sakitləşdirdi.

Biz o məsələni Xruşşova demək üçün xarici ölkələrdən dəvət etdiyimiz nümayəndələrin görüşünü təşkil etdik. Onlar Xruşşovun əlindən öpüb dedilər ki, böyük Tanrımız Sizi erməni xalqına xilaskar göndərib. Biz Sizin kölgənizdə vətənimiz Naxçıvanda yaşamaq istəyirik. İcazə versəniz köçüb gələrik...

Xruşşov əllərini açaraq gülər üzlə dedi: Buyurun, buyurun gəlin, Sovet ölkəsinin ərazisi böyükdür. Harada istəsəniz yaşaya bilərsiniz.

Ancaq Naxçıvan... Mümkün deyil, beynəlxalq münaqişəyə səbəb olar...

Zaldan uğultu qopdu: ermənilər narazı qaldılar. Sovet Rusiya imperiyasının ermənipərəst başçısı Xruşşovu ehtiyatlandıran nə idi?

Məlum olduğu kimi, daşnak Ermənistan hökuməti Türk ordusunun İrəvana doğru hücumunu dayandırmaq üçün ağır şərtlərlə Gümrü müqaviləsini bağlamağa məcbur olmuşdu. 1920-ci il dekabr ayının 2-də Türkiyə nümayəndə heyətinin başçısı Kazım Qarabəkir paşa Ermənistan hökumətinin başçısı Xatisovla bağladığı müqavilədə Naxçıvan vilayətinin də təhlükəsizliyini nəzərdən qaçırmamışdı. Mustafa Kamal Atatürkünböyük siyasi zəfər” adlandırdığı bu müqavilədə hər iki tərəfin Naxçıvan vilayəti barədə öhdəçiliyi (“Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında Muxtar ərazi təşkil edir”; “Ermənistan Naxçıvana və onun əhatə etdiyi torpaqlara qarışmayacaq - təcavüz etməyəcəkdir”; “Naxçıvan müsəlmanları bir daha ermənilərin təcavüzünə soyqırımına məruz qalarsa türk ordusu buna biganə qalmayacaqdır”; “Ermənistan bir daha Naxçıvandan və Türkiyədən torpaq iddiası etməyəcəkdir”...) (səh.71).

Mustafa Kamal Atatürkün başçılıq etdiyi hökumətin Azərbaycan xalqına böyük qayğısı, sədaqət və qardaşlıq həmrəyliyinin təzahürü idi. Türkiyə hökumətinin 1921-ci il martın 16-da Moskvada Sovet hökuməti ilə “Dostluq və qardaşlıq” müqaviləsi imzalandı. Bundan sonra bütün rəsmi danışıqlarda “Naxçıvan vilayətinin heç bir təcavüzə məruz qalmaması, sərhədlərinin toxunulmazlığı” diqqət mərkəzində olmuşdur.

Moskvaya yola düşməzdən Türkiyə nümayəndə heyətinin başçısı Yusif Kamal bəy Mustafa Kamal Atatürkə: “Paşam ruslar Naxçıvan üzərində israr edərlərsə nə yapalım?” — deyə soruşanda o, cavabında demişdir: “Naxçıvan Türk qapısıdır... Onun mövcudiyyətini, dövlətçilik hüququnu qorumaq üçün əlinizdən gələni yapınız”.

Ermənipərəst RSFSR xarici işlər naziri G.Çiçerin Naxçıvan haqqında danışıqları qətiyyən yaxına buraxmaq istəməsə də Yusif bəyin inadlı tələbini görən Stalin ona demişdir: ...Yaxşı, qoy sən deyən olsun!...

Yusif bəy Ankarada Mustafa Kamal Atatürkə demişdir: “Möhtərəm paşam, Naxçıvan haqqında əlimizdən gələni yapdıq. Naxçıvan Azərbaycanın təhdidində Muxtar Cümhuriyyətdir. Kapımız mövcudiyyətini mühafizə ediyor, bizim üçün mühüm olan budur” (səh.74).

Türkiyə nümayəndə heyəti Naxçıvan vilayətinin Azərbaycanın himayəsində qalmasını təmin etmişdir. Eyni zamanda, müqavilədə təsbit etdirmişdir ki, Naxçıvan müsəlmanları xarici təhlükəyə məruz qalarsa, türk ordusu buna biganə qalmayacaqdır. Məhz ona görə də sovet hökuməti rəhbərliyi ermənilərin Naxçıvan iddialarına biganəlik göstərirdilər.

Müqavilələr zaman-zaman öz təsir gücünü saxlamışdır. Ümummilli lider Heydər Əliyev Türkiyə dövlət başçıları ilə rəsmi görüşlərdə xalqımızın həyatında bu sənədlərin tarixi roluna yüksək qiymət vermiş, “beynəlxalq statusa malik Qars müqaviləsinin yenidən pratokollaşdırılması ilə onun bugünkü siyasi mühitə çıxarılmasını təmin etmişdir.

Heydər Əliyev demişdir: “Naxçıvan statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın bütöv torpağından ayrı düşdüyünə görə naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəklə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəzi olmayan bir sənəddir” (“Respublika” qəzeti, 14 oktyabr, 1999-cu il).

Epiloq əvəzi:

Keçmişdə baş vermiş hadisələri real əks etdirən tarixi mənbələrin şahidliyinə görə erməni millətçi partiyaların mürtəce ideologiyasının daşıyıcıları XIX - XX yüzilliklərdə Türkiyə, İran və Azərbaycan ərazilərində beynəlxalq imperialist ölkələrin lakeyi qismində hərbi əməliyyatlar dövründə müsəlman türklərini qəddarcasına məhv edib onların malına - mülkünə, qədim ata-baba torpağına sahib çıxmışlar. Ermənilər harada olursa-olsun qətliam təşkil edib insanları qəddarcasına məhv etdikləri zaman qocalara, qadın-qızlara, kiçik yaşlı uşaqlara, hətta ana bətnindəki körpələrə rəhm etmədən öldürmüşlər.

Bu baxımdan ermənilik bəşər tarixində faşizmdən də dəhşətli olmuşdur. Ermənilik xəstəliyinə yoluxmuş şovinist haylar öz mənəvi eybəcərliklərinə, sadizminə görə, vəhşi heyvanlardan da fərqlənmişdir.

Təəccüblüdür ki, müasir dünya terrorizmə qarşı cihad elan etdiyi halda, ondan daha betəri olan erməniliyə qarşı niyə mübarizə aparmır?

Görünür milli məsələyə ikili standartla yanaşan dünyanın inkişaf etmiş xristian dövlətləri öz simasız lakeylərinin insanlıqdankənar, qeyri-insani siyasətinə göz yumur. Belə halda, bütün müsəlman Şərqi xalqların qədim milli dəyərləri və onların gələcəyi naminə həmrəylik və prinsipiallıq nümayiş etdirib bu bəlaya qarşı bir əncam çəkmir.

Anadoluda, Təbrizdə, Urmiyada, Bakıda, İrəvanda, Naxçıvanda, Şamaxıda, Qubada millətçi ermənilərin törətdikləri dünyada misli görünməmiş vəhşiliklərə siyasi qiymət verilməklə yanaşı, ermənilik ittiham olunmalıdır. Onların dağıtdıqları, talan etdikləri kəndləri, yüz minlərlə, milyonlarla dinc əhalini diri-diri quyulara atıb daş-qalaq etdiklərini, edamla, qılıncdan keçirməklə qülləbaran və top atəşi ilə qəddarcasına öldürdüklərini - bu tarixi həqiqətləri bütün dünya bilməlidir.

İndiyədək ermənilik bütün dünyada ifşa edilmədiyinə, erməni millətçiləri cəzasız qaldıqlarına görə müasir dövrümüzdə ermənilər xristian havadarlarına arxalanaraq türksoylu millətləri fəlakətlərə düçar edirlər. Onların keçən yüzilliyin axırlarında Azərbaycan xalqına qarşı vəhşi hərəkətləri (İrəvan hadisələri, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, torpaqların işğalı) bağışlanılmazdır. Bu bəşəri faciəyə xristian dünyasının ikili standartla yanaşması nəticəsində indiyədək torpaqlarımız işğal altındadır?

Dünya xristian dövlətləri bu taleyüklü problemin acı bağırsaq kimi uzanmasına rəvac verirlər. Azərbaycan xalqı kürreyi-ərzin sağlam, demokratik məfkurəli qüvvələrinə güvənərək torpaqlarımızı ermənilik bəlasından tezliklə xilas edə bilməzmi?.

T.Əhmədov

 

Respublika.- 2017.-14 iyun.- S.10.