Mədəniyyət
və Turizm Nazirliyi ilə Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsi arasında növbəti kollektiv sahə sazişi
imzalanıb
İyunun 14-də Mədəniyyət
və Turizm Nazirliyi ilə Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsi arasında növbəti 2 il (2017-2019) müddətinə
kollektiv sahə sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki,
sazişi mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev və Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova
imzalayıblar.
Mərasimdə
çıxış edən Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının
Respublika Komitəsinin sədri Cəmilə Səttarova bildirib
ki, saziş iki ildən bir təkrarlanır. Ötən iki il ərzində
əməkdaşlıq daha da inkişaf edib. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və
qayğısı ilə mədəniyyət sahəsi
özünün inkişaf dövrünü yaşayır: “Mədəniyyət
sahəsində çalışan insanlara işlərində
uğurlar arzulayaraq qeyd etmək istərdim ki, məhz son
dövrdə bu sahədə aparılan islahatlar yeniliyə,
yeni axtarış və nailiyyətlərə yol
açıb. Bu yeniliklərdə Mədəniyyət və
Turizm Nazirliyi rəhbərliyinin rolu danılmazdır. Bu
gün nazirliyin rəhbərliyi tərəfindən atılan
hər bir addım bu sahədə çalışan
sıravi işçilərə də nümunədir. Hər
bir mədəniyyət işçisi vətəninə
layiqli xidmət etməyə səy göstərməlidir”.
Cəmilə Səttarova səmərəli
fəaliyyətinə görə təşkilatın
xüsusi ordenini nazir Əbülfəs Qarayevə təqdim
edib.
Mərasimdə
çıxış edən nazir Əbülfəs Qarayev Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqının
nazirliklə əlaqələrini yüksək dəyərləndirib.
Bildirib ki, Həmkarlar İttifaqı çox lazımlı və
hər bir kollektivdə müəyyən bir atmosferin
yaradılmasına xidmət edən təşkilatdır. On
görə də daim inkişaf edərək, müasirləşərək
öz istiqamətlərini daha da genişləndirməlidir:
“Bizim nazirlikdə Həmkarlar İttifaqının əlaqələri
qənaətbəxşdir”.
Əbülfəs Qarayev
çıxışının sonunda Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinə fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin bir
qrup əməkdaşı 2014-2016-cı illərdə iki qurum
arasında bağlanmış kollektiv sahə sazişinin
icrasında xidmətlərinə görə fəxri fərmanlarla
təltif olunublar.
AZƏRTAC
Respublika. - 2017.-15 iyun.- S.10.