Tbilisidə “İki
yad adam”
filmi nümayiş olunub
İyunun 23-də “SOCAR Energy Georgia”
MMC-nin Tbilisidəki baş ofisində görkəmli yazıçı
Mir Cəlal Paşayevin
“Kəmtərovlar ailəsi”
hekayəsinin motivləri
əsasında ekranlaşdırılmış
“İki yad adam” filminin
nümayişi olub.
Tədbirdə Azərbaycan səfirliyinin
əməkdaşları, Batumidəki
baş konsul Rəşad İsmayılov,
gürcü və Azərbaycan ziyalıları,
teatr, kino xadimləri iştirak ediblər.
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru
Mahir Məmmədov tədbirdə çıxış
edərək Mir Cəlal
Paşayevin yaradıcılığından
danışıb, görkəmli
yazıçının əsərlərinin
bugünkü və gələcək nəsillər
üçün tərbiyəvi
əhəmiyyət daşıdığını
qeyd edib. Bildirib ki,
1930-cu illərdə qələmə
alınan əsər
“ADDIM” Gənclər Təşkilatının
sifarişi ilə
“Caspian Media Group” şirkəti tərəfindən ekranlaşdırılıb.
Qeyd olunub ki, film ilk dəfə mart ayında Çinin paytaxtı Pekində “World
Cultural Open Organization”un dəstəyi
ilə keçirilən
“Grand Asian Film” beynəlxalq festivalının final gecəsində
nümayiş olunub, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə
film Astanada nümayiş
etdirilib. Sentyabr ayında
filmin Bakıda nümayişi olacaq.
Filmdə gənc Azərbaycan ailəsinin həyatından
bəhs olunur. Bir neçə fərqli iş yerlərində, fərqli iş
saatlarında çalışan
və aylarla görüşə bilməyən
ərlə arvadın
maraqlı ünsiyyətindən
bəhs edən film tamaşaçılarda böyük
maraq doğurub.
Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı
Murad Muradlı, musiqi tərtibatçısı
Elvin Musayev, prodüseri
Azər Həsənovdur.
Filmdə rolları
Əməkdar Artist Gülşad
Baxşıyeva, aktyorlar
Duyğu Dəvəli,
Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və
başqaları canlandırıblar.
AZƏRTAC
Respublika.-
2017.- 24 iyun.- S.11.