Səbail rayonunda Heydər
Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib -
Səbail
rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib
DİA.AZ: - Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə
və təşkilatlarında,
təhsil və səhiyyə müəssisələrindəki
tədbirlərdə Ulu
öndərimiz əziz
xatirəsi dərin hörmət və ehtiramla anılır.
Səbail rayon İcra
Hakimiyyətinin başçısı
Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta
təhsil müəssisələrinin,
veteran və gənclər təşkilatının,
din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli
Məclis üzvlərinin,
elm və mədəniyyət xadimlərinin,
həmçinin Səbail rayonu
ilə qardaşlaşmış
Amerika Birləşmiş
Ştatları Nyu York şəhərinin Bruklin inzibati rayonunun nümayəndələrinin,
KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı
ilə M.Maqomayev adına Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə
həsr olunmuş
klassik musiqi gecəsi keçirilmişdir.
DİA.AZ xəbər
verir ki, Rayon İcra Hakimiyyətinin Dövlət
Filarmoniyası ilə
birgə təşkil
etdikləri bu gecədə qeyd olunmuşdur ki, Ulu öndərin Azərbaycanda hakimiyyətə
gəldiyi ilk illərdə onun təşəbbüsü ilə
mədəniyətin bir
çox sahələrinə,
o cumlədən klassik
və simfonik musiqiyə insanların marağının
və bu sahədə biliklərinin
artırılması, bu
musiqini geniş tamaşaçı kütləsinə
sevdirmək məqsədi
ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında
respublikanın dövlət
xadimləri, xalq təsərrüfatının bütün
sahələrinin
rəhbər işçilərinin,
elm və mədəniyyət xadimlərinin,
partiya, həmkarlar ittifaqları və komsomol sahələrində
çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının
simfonik və klassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.
Ulu öndərin doğum
günü ərəfəsində
onun əziz xatirəsinə bir ehtiram olaraq həm də ötən əsrin 70-ci illərinindəki klassik musiqi gecələrini xatirələrdə əks
etdirən və ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur.
Səhnədəki monitorlarda Ulu
öndər Heydər
Əliyevin portreti canlandırılmışdı. İlk olaraq Azərbaycan Respublikasının
Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında maestro Niyazinin «Rast» simfonik muğamı səsləndi.
Sonra Azərbaycan Dövlət
Simfonik Orkestrinin müşayəti ilə dünya şöhrətli
Azərbaycan bəstəkarları
Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Soltan Hacıbəyov, Asəf Zeynallının ölməz
əsərləri respublikanın
xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərovun ifalarında səslənmişdir.
Mərasim çox
təsirlı və yaddaqalan keçdi və tamaşaçılar
zalı göz yaşları ilə tərk etdilər.
Vəli Məmmədov
Respublika.—2017.- 3
may.- S.9