Ağdamda xalçaçılığın inkişafı üçün şərait yaradılır

Əməkdar mədəniyyət işçisi Ceyran Əliyeva rayonda bu sahədə məqsədyönlü aparıldığını bildirir

 

Ağdam xalçaçılıq məktəbi Qarabağda bu qədim el sənətinin zəngin ənənələrinin qorunub saxlanmasında inkişaf etdirilməsində mühüm rol oynayıb.  İşğaldan sonrakı dövrdə yerli xalça istehsalı müəssisəsi uzun müddət öz fəaliyyətini davam etdirib. Hazırda isə Quzanlı qəsəbəsindəAzərxalça” ASC-nin Ağdam filialının binası inşa olunur. Dövlətimizin diqqət qayğısına cavab olaraq biz rayonumuzda xalçaçılığın əvvəlki şöhrətini qaytarmağa çalışacağıq”. Təcrübəli xalça ustası Ceyran Əliyeva ölkəmizdə bu il ilk dəfə qeyd ediləcəkXalçaçı günüpeşə bayramı ərəfəsində belə deyib.

Ömrünün qırx ilini xalçaçılığa həsr etmiş Ceyran xanım peşə bayramını böyük sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətinə görə o, “Əməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb. C.Əliyeva fəxri ada layiq görülməsini təkcə Ağdam deyil, ümumən, Qarabağ xalçaçlıq sənətinə göstərilən ehtiramın təzahürü kimi dəyərləndirərək deyir: “Əməyimə verilən yüksək qiymətə görə möhtərəm Prezidenimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığmı bildirirəm. Dövlətimizin başçısının apardığı mükəmməl siyasət nəticəsində bu gün ölkəmizdə hökm sürən əmin-amanlıq, işgüzarlıq yaradıcılıq əhval-ruhiyyəsi, xalqımızın maddi mənəvi dəyərlərinin qorunub saxlanmasına göstərilən diqqət qayğı biz xalçaçıları da vətənimizin yüksəlişinə daha layiqli töhfələr verməyə ruhlandırır”.

Ceyran Əliyeva yeniyetməlik dövründən könül bağladığı el sənətində adi xalçaçıdan müəssisə rəhbəri vəzifəsinədək yüksəlib. O, Ağdamda xalçaçıların gənc nəslinin yetişməsində fəal iştirak edir. Təcübəli xalçaçı deyir: Uzun illər müəssisəmizin direktoru olmuş, hazırda peşə məktəbinə rəhbərlik edən Aybəniz xanım Cəfərova ilə birlikdə biz işğaldan sonrakı illərdə Ağdamın xalçaçılıq ənənələrini yaşatmaq üçün xeyli əziyyət çəkmişik. Ən çətin şəraitdə belə xalçaçılarımızın öz işlərini davam etdirməsinə çalışmışıq. Vaxtilə iri sənaye müəssisəsi olan Ağdam Xalçaçılıq İstehsalat Birliyinin Qarabağın yeddi rayonunda filialları fəaliyyət göstərirdi. 1993-cü ildən sonra Bərdədəki filialda müvəqqəti məskunlaşdıq. Məcburi köçkünlər üçün Quzanlıda ətraf kəndlərdə yeni yaşayış qəsəbələrinin salınması, əhalinin böyük bir hissəsinin, o cümlədən xalçaçılarımızın bu qəsəbələrə köçməsi rayon ərazisində xalçaçılıq müəssisəsinin yaradılması zərurətini doğururdu. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədov vəzifəyə təyin olunduğu ilk gündən xalçaçıların fəaliyyətinə xüsusi diqqət göstərdi. “Azərxalça” ASC-nin hazırda rayonda inşa edilən filialında 180 yeri olacaq. Həm təcrübəli xalçaçılarımız, həm bu sənətə gəlmək istəyən gənclər onun istifadəyə veriləcəyi günü səbirsiliklə gözləyirlər. Rayon icra hakimiyyəti başçısının Azərxalça” ASC-nin rəhbərliyinin tapşırığı əsasında, xalçaçılıq sənətini öyrənmək istəyən qızlar qadınlar üçün Quzanlıda kurs açmışıq. Onlar qədim Qarabağ xalçalarının ən müxtəlif çeşidlərini toxumağı öyrənirlər. Ağdam xalçaçılıq məktəbi ənənələrinin tezliklə dirçəldiləcəyinə, toxuduğumuz Qarabağ xalçalarının yenidən dünya bazarına çıxarılacağına  böyük ümidlər bəsləyirik”.

Ağdam xalçaçılarına qarşıya qoyulan məqsədə çatmağı arzulayırıq!

Möhtərəm RƏCƏBOVA.

Respublika.- 2017.-5 mqy.- S.-13