Nəsimi rayonunda Beynəlxalq
Ailə günü qeyd edildi
15 may Birləşmiş
Millətlər Təşkilatının
qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda
ailə bütün zamanlarda cəmiyyətimizin
ən müqəddəs
təməl daşı
hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini
həmişə diqqətdə
saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham
Əliyev tərəfindən
həssaslıqla davam
etdirilir. Dövlət ailə siyasəti
Prezident İlham Əliyevin imzaladığı
fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün
uğurlu inkişafını
tapmışdır. Ölkəmizin
bütün sahələrdə
əldə etdiyi uğurlar ailə institutunun inkişafında
da öz təsdiqini tapmaqdadır.
Ölkənin Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu
sahədə aktual problemlərə həssas
münasibəti bunu bir daha təsdiq
edir. Mehriban Əliyevann təşəbbüsü
ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün,
sözün əsl mənasında böyük
dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin
problemlərinə diqqəti
həmin genişmiqyaslı,
çoxsaylı tədbirlərdə
özünü göstərir.
"Diabetli uşaqlara
ən yüksək qayğı", "Talassemiyasız
həyat naminə"
layihələri sönmüş
ümidlərə işıq
verir. “Uşaq
evləri və internat məktəblərinin
inkişafı proqramı”
çərçivəsində görülən işlər
də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə
xidmət edir. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyeva bu xoşagəlməz meyllərin
aradan qaldırılması
istiqamətində də
bir sıra təşəbbüs və
ideyaların müəllifi
kimi də diqqəti çəkir.
Nəsimi rayonunda
Beynəlxalq Ailə günü münasibəti
ilə tədbir keçirilmişdir. Tədbirdə
Nəsimi rayonunda yaşayan ailələr, ağsaqqal və ağbirçəklər, qonaqlar
iştirak edirdilər.
Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Gülarə
Verdiyeva çıxış
edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu
aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə
problemlərinin həllinə
yönəltməyə xidmət
edir. Müstəqil Azərbaycanda dövlət
ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının
vacibliyini vurğulayaraq
demişdir: “Azərbaycan
xalqının milli ənənələrindən biri
də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın
əsas vəzifəsi,
mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu öndər
Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə
həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin
qorunmasına böyük
diqqət və qayğı göstərirlər.
Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın
həyatında ailə
dəyərlərinin önəmini
yüksək qiymətləndirərək
demişdir: “Ölkəmizin
inkişafı, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi
üçün və
milli dəyərlərin
tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri
daim yüksək olmalıdır”.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki,
Ölkənin Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən gənclərin toy mərasimlərini təşkil
edir, bu şənliklərə qatılır,
gənclərə xeyir-dua
verir, bununla da onların sabaha inamını gücləndirir. Mehriban Əliyevanın kimsəsiz
uşaqlarla bağlı
unudulmaz tədbirlərindən
biri də onun təşəbbüs
və dəstəyi ilə uşaq evlərində tərbiyə
alan, yaşı 18-dən
yuxarı olan qızlar üçün
yaşayış binalarının
tikilməsidir. Bununla da
ictimai narahatlığa
səbəb olan ciddi bir problemin
həllinə yol açıldı: uşaq
evlərini tərk edən qızlar taleyin acısı ilə baş-başa qalmadılar, öz arxalarında onları müdafiə edən böyük bir qüvvənin olduğunu gördülər. Son
dərəcə ağır
və qlobal əhəmiyyətli bu layihənin reallaşması
məhz Azərbaycanın
Birinci xanımının
diqqəti sayəsində
mümkün oldu. Bütün bunlar bir daha sübut
edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan
cəmiyyəti üçün
həmişə müqəddəsdir.
Dövlətimiz cəmiyyətin
əsas atributu olan ailənin rifah halının gündən-günə daha
da artmasının qayğısına qalmaqla
onun müqəddəsliyini
bir daha təsdiq edir.
Beynəlxalq Ailə gününə həsr edilmiş tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı
Körpələr Uşaq
Evində 2014-cü il
təvəllüdlü imtina
olunmuş fiziki qüsurlu Məmmədov Elmanın kiçik toy mərasimi də keçirilmişdir.Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və
qonaqlar tərəfindən körpələr
evində yaşayan Məmmədov Elman üçün hədiyyələr,
oyuncaqlar alınmışdır.
Tədbirdə həmçinin
Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bir neçə gənc cütlüklərin nigahları
qeydə alınmışdır.
Tədbirdə YAP Qadınlar Şurası
İdarə heyətinin
üzvü, Nəsimi
Ağbirçəklər şurasının
sədri Zərifə
Quliyeva, rayon ağsaqqalı Aydın Heydərov çıxış
edərək gəncləri
təbrik etmiş və onlara ailə dəyərləri
ilə öz məsləhətlərini vermişlər.
Məhəmməd
Vəliyev
Respublika.-
2017.- 16 may.- S.5