Vaşinqtonda "Əli Nino" filminin premyerası keçirilib

 

Azərbaycan Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtondakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə İrsi Mərkəzində (Navy Memorial and Navy Heritage Center) "Əli Nino" filminin premyerası keçirilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən filmin təqdimata ABŞ Administrasiyası Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş  səfirlər yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimləri olmaqla 300 nəfərə yaxış şəxs qatılıb.

 

Tədbirdə ziyafət verilib, səfirlər Elin Süleymanov David Bakradze giriş nitqi deyiblər.

 

Gürcüstan səfiri Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq qardaşlıq münasibətlərindən danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqillik suverenliyinə davamlı dəstəyinin vacibliyinə toxunub.

 

Azərbaycan səfiri nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E. Süleymanov əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə  təşəkkürünü bildirib bu xüsusda icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini qeyd

Respublika.- 2017.- 18 may.- S.6