Goranboy davamlı  inkiçaf və tərəqqi  yolunda

Respublikamızın hər yerində olduğu kimi, Qədim Oğuz yurdu Goranboyda da makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunur, aqrar sahə, sözün əsl mənasında, davamlı inkişafdadır. Eyni zamanda, rayonda tikinti, abadlıq quruculuq işləri davam etdirilir. Rayonda həyata keçirilmiş çoxsahəli tədbirlər sistemi həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret ünvanlı olması ilə diqqəti çəkir. Mövcud sənaye müəssisələrində istehsal gücünün artırılması, yeni müəssisələrin işə salınması şəhərdə iqtisadiyyatın yüksəlməsinə güclü təkan vermişdir. Hər yerdə yüksək dizaynla inşa edilmiş binalar, gözoxşayan park istirahət mərkəzləri, qədim ornament elementləri ilə işlənmış sosial ticarət obyektləri bir-birini tamamlayır şəhərə xüsusi gözəllik verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboy rayonuna daim diqqət qayğı sayəsində, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin apardığı məqsədyönlü, ardıcıl tədbirlər, qədirbilən goranboyluların qurub-yaratmaq əzmini daha gücləndirmiş bu isə öz bəhrəsini vermişdir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son səfəri zamanı görülmüş işlərə yüksək qiymət vermişdir. Bu gün rayonda quruculuq işləri səngimir, vətəndaşların rahatlığının təmin edilməsi üçün bu il 37,75 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun yenidən tikintisi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına yolun 34 km hissəsinə asfalt-beton örtük salınmışdır. Yolun tikintisinin başa çatdırılması üçün 2,2 milyon manat əlavə vəsait ayrılmış yaxın vaxtda başa çatdırılacaqdır.

Möhtərəm ölkə Prezidentinin tapşırığına əsasən bu il yaşayış binalarından 12-sinin təmirinə başlanılmış, artıq şəhərin M.Məhərrəmov küçəsi 15 saylı binanın dam örtüyü dəyişdirilərək müasir görkəmə salınmışdır. Goranboy Dəliməmmədli şəhərlərində, Xan Qərvənd, Tatarlı Səfikürd kəndlərində şəhid ailələri Qarabağ əlilləri üçün fərdi yaşayış evləri tikilir. Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi Dövlət Proqramına salınmış, işə başlanılmışdır. Şəhər ərazisində avtomobil yollarının kənarında 10 minədək müxtəlif növ ağac əkilmişdir.

Əvvəlki illərdə olduğu kimi, yerli icma qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı layihələrin icrası davam etdirilir. AzKİL təşkilatı tərəfindən birləşdirici yolun bərpası layihəsi çərçivəsində uzunluğu 12,3 km olan Ağamalıoğlu-Bağçakürd-Dəyirmanlar avtomobil yolu yenidən qurulmuş, 6,5 km yolkənarı arx açılmış, 2,6 km arx təmizlənmiş, kəndlərin adını bildirən yeni lövhələr yol kənarında üç ədəd dayanacaq quraşdırılmışdır. Həmçinin Qaradağlı kəndində 15,2 km kəndarası yollar yenidən qurulmuşdır.

Möhtərəm Prezidentin tapşırığına əsasən aztəminatlı əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ictimai yerləri açılmışdır. Ümumilikdə, bunun nəticəsində rayon üzrə bu il 329 nəfər, o cümlədən çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı 150, kommunal sahədə 76 nəfər, digər sahələrdə isə 103 nəfər işlə təmin olunmuşdur.

Nazirlər Kabinetinin iclasında cənab Prezident ölkə iqtisadiyyatının gücləndirilməsi, əhalinin məşğulluğunun, o cümlədən aztəminatlı təbəqənin özünüməşğulluğunun təmin edilməsi üçün tədbirlərin davam etdirilməsi tapşırıqlarına müvafiq olaraq, rayonda 5000 hektarda pambıq, 6 hektarda tütün əkilməsi, 4000 kq barama istehsalı nəzərdə tutulmuşdur ki, bu isə ötən illə müqayisədə əhalinin məşğulluğunun 2 dəfədən çox artması deməkdir. Bu gün Goranboy pambıqçıları əlverişli keçən hava şəraitindən maksimum istifadə etməyə çalışırlar. Səhər sübhdən sahələrə çıxan kənd sakinləri gün ərzində ümumilikdə 200 hektardan çox sahəyə çiyid səpmişlər. Qeyd etmək lazımdır ki, rayonda pambıq qəbul edəcək şirkətlərlə-”MTK”, “CTS AQRO” MMC Goran pambıq” MMC ilə bağlanmış üçtərəfli müqavilələrə əsasən, fermerlər həm yüksək kondisiyalı toxum lazım olan texnika ilə təmin ediliblər. Əsasən Türkiyədən alınanBəyaz altun”, “KarizmaLibiyapambıq sortları əkilmişdir. Göründüyü kimi, bu əkinlərin suvarılması, ərsəyə gətirilməsi əsas vəzifələrdəndir. Məhz bu baxımdan, ölkə Prezidentinin tapşırığına əsasən Şəmkir maşın kanalının ikinci hissəsinin tikintisində işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda kanaldan Dəliməmmədli şəhəri ərazisinədək suyun verilməsi təmin ediləcəkdir. Bununla da kanal altında yerləşən 8 yaşayış məntəqəsində əkinlərin suvarma suyu ilə təminatı əsasən həll ediləcək, kanalın növbəti hissəsinin tikintisi davam etdiriləcəkdir. Ümumiyyətlə isə kanalın istifadəyə verilməsi ilə əlavə 17 min hektar əkinəyararlı torpaq sahəsinin su təminatı yaxşılaşacaqdır. Normal su təminatı isə iri fermer təsərrüfatlarının yaradılmasına təkan verəcək, məhsul istehsalını əhəmiyyətli dərəcədə artıracaqdır.

Eyni zamanda, bu kanaldan Aqroparka da su kəməri çəkiləcəkdir. Hazırda respublika üzrə yaradılan 33 aqroparkdan biri olan bu müəssisəyə 4695 hektar torpaq sahəsi ayrılmışdır. Burada taxıl, pambıq, texniki bitkilərin əkilməsi, meyvə bağlarının salınması, logistika mərkəzinin, emal müəssisələrinin soyuducu anbarın tikilməsi nəzərdə tutulmuşdur. Aqroparkın fəaliyyəti rayonda məhsul istehsalına güclü təkan verməklə yanaşı, xeyli sayda yeni yerlərinin yaradılmasına səbəb olacaqdır.

Möhtərəm Prezidentimizin tapşırığına əsasən kəmər boyu yerləşən 18 kənd, habelə Balakürd kəndi düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu Tap kəndləri içməli su ilə təmin edilmiş, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli sərəncamına əsasən isə Veyisli kəndinə Veyisli kəndi yaxınlığındakı məcburi köçkün qəsəbəsinə içməli su xətti çəkiləcəkdir.

Ecazkar təbiəti olan Heydər Əliyev adına Mədəniyyət İstirahət parkında müasir memarlıq üslubunda inşa edilmiş 3 mərtəbəli 4000 kv.metr sahəsi olan möhtəşəm Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi neçə-neçə sakinlərin gündəlik ziyarətgahına çevrilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev Goranboya növbəti səfəri zamanı dediyiMən inanıram ki, Goranboy rayonu bundan sonra da davamlı inkişaf edəcəkkəlamı bu gün reallığa çevrilmişdir. Məhz bu inkişafın bariz nümunəsidir ki, rayonda turist axını yüksəlmişdir. Turizm üçün əlverişli olan əsrarəngiz təbiəti olan Gülüstan ərazisində 2 beynəxalq standartlara cavab verən füsunkar turizm-istirahət mərkəzi fəaliyyət göstərir. İlk öncəAzərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonun zəngin turizm potensialını nümayiş etdirmək məqsədilə Mədəniyyət Turizm Nazirliyi ilə Avropa Birliyi arasında bağlanmış müqaviləyə əsasən rayonda turizm üçün əlverişli olan ərazilərin xəritəsi hazırlanmış, həmin ərazilərin turizm zonası elan olunması üçün aidiyyəti dövlət qurumlarına təqdim olunmuşdur. Artıq turizm-istirahət mərkəzlərindən minlərlə insanlar dincəlir, xoş təəssuratla ayrılırlar.

Eyni zamanda, Mədəniyyət Turizm Nazirliyinin lisenziyası əsasında müasir tələblərə cavab verən 4 müasir, beynəlxalq standartlara cavab verən yaraşıqlı otel fəaliyyət göstərir ki, şəhərə gələn qonaq turistlərin xidmətində layiqincə durur.

Bəli, bu gün qədim Oğuz yurdu olan Goranboy dinamik inkişaf tərəqqi yolundadır. Elə bir davamlı inkişafdadır ki, rayonun təkcə siması deyil, sakinlərin həyat tərzi, sosial-iqtisadi vəziyyəti xeyli yüksəlmişdir. Firavanlıq, sabitlik, əmin-amanlıq hökm sürür. Goranboylular bunu hər gün, hər saat, hər an hiss edirlər.

Zabit XƏLİLOV.

Respublika.- 2017.- 21 may.- S.6