Bakıda Türkiyənin mədəniyyət
günlərinin açılışı
olub
Mayın 20-də Bakıda, Sabir bağında Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət və
turizm müşavirliyinin
təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət
və turizm günlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbir
IV İslam Həmrəyliyi
Oyunları ilə əlaqədar Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
keçirilən İslam
ölkələrinin “Mədəniyyət
günləri” çərçivəsində
baş tutub.
Tədbirdə Milli Turizm Təbliğat
Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək
İslam ölkələrinin
mədəniyyət günlərinin
ölkəmizdə keçirilməsini
yüksək qiymətləndirib.
Bildirib ki, səhər saatlarından
başlayaraq şəhərimizin
sakinləri və qonaqları Türkiyə mədəniyyət günləri
çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl
işləri, milli mətbəxi ilə tanış olublar.
İslamiada çərçivəsində
Sabir bağında, həmçinin İndoneziya,
Malayziya, Misir və digər ölkələrin mədəniyyət
günlərinin uğurla
keçirildiyini söyləyən
natiq vurğulayıb ki, hər gün
tanınmış azərbaycanlı
ifaçıların iştirakı
ilə konsert proqramı təqdim olunur.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının
əhəmiyyətindən danışaraq söyləyib
ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq
əlaqələri birlik
və bərabərliyin
göstəricisidir. “Biz
digər sahələrdə
olduğu kimi, idman və mədəniyyət
sahəsində də
həmrəyik. Türkiyənin
uğuru Azərbaycanın,
Azərbaycanın uğuru
isə Türkiyənindir”,-
deyə səfir vurğulayıb.
İki günlük
proqramın hazırlanmasında
əməyi olan hər kəsə təşəkkürünü bildirən diplomat tədbirin işinə uğurlar arzulayıb.
Qeyd edək
ki, səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin
də dəstək verdiyi tədbirə Türkiyədən 100-dək sənət
ustası qatılıb.
Tədbir iki
gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat
15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsert proqramları təqdim olunacaq. Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut
kimi populyar müğənnilər də
var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları
ilə görüşəcək.
Sabir bağında
iki gün ərzində Türkiyənin
çini (dulusçuluk),
ebru, hüs-i hat, naxış-telqırma-telsarıma,
sədəfkarlıq və
digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər.
Bundan başqa, Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat
materialları, Türk
Dünyası Vəqfinin
kitabları və türk yazıçı-şai
Respublika.- 2017.- 21 may.- S.6