Xalq Əmanətidaha bir xatirəyə işıq saldı

Artıq 2010-cu ildənXalq Banktərəfindən həyata keçirilənXalq Əmanətilayihəsi Azərbaycanın tanınmış rəssamları, şairləri, elm adamlarının yaradıcılığına işıq salaraq onların xatirəsini yaddaşlarda təzələyir, xalqımızın sənət incilərini yaşatmaq gələcək nəsillərə ərməğan etmək yolunda xeyirxah addımlar atır. Xalqımızın mədəni irsini, mənəvi dəyərlərini dünyaya tanıtmaq məqsədini daşıyan layihə çərçivəsində bu günə qədər xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kacayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş, bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Mikayıl Müşfiq yaradıcılığına müraciət edənXalq Əmanətihəm görkəmli alim-numizmat, professor Əli RəcəblininAzərbaycan sikkələrikitabını da nəfis şəkildə tərtib etmişdir.

 

Bu günlərdə sənətsevərlərə hədiyyə olunanXalq Əmanəti”nin on beşinci nəşri Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin həyat yaradıcılığına həsr olunmuşdur.

Taleyin ağır sınaqları ilə üzbəüz qalan, valideynlərini vaxtsız itirən Kamal Əhməd 18 yaşınadək Şüvəlandakı uşaq evində böyümüşdür.

Hələ kiçik yaşlarından sənətə tapınan, sanki itirdiklərini orda axtaran Kamal məktəbli ikən rəsm dərnəyinə gedir, poeziyaya, incəsənətə böyük maraq göstərirdi. Rəssamlığa olan həvəsi, fitri istedadı isə günlərin birində onu Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirir...

Elə Xalq Bankın təşkil etdiyi tədbirdə Kamal Əhməd yaradıcılığının işığına toplananlar da vaxtilə bu sənət məbədindən incəsənət aləminə vəsiqə alan rəssamın həyat yaradıcılığından danışdılar. Tədbiri giriş sözü ilə açan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tanınmış rəssamın həyat yoluna qısaca nəzər salaraq dedi: “Kamal Əhmədov 1940-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından rəssamlığa böyük həvəs göstərən rəssamın ilk sənət müəllimi Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova olub. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olan V.Səmədova Kamalın sənətini çox bəyənir,  ona dəstək olurdu. Kamal özünü yalnız kətan üzərindəki obrazları vasitəsilə ifadə edirdi. Kətan üzərindəki dünya onun real dünyası idi. Kamal Əhməd lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmağa çalışmışdı. Səttar Bəhlulzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli mürəkkəbdir. Onun rəng dünyasını hər hansı bir rəssamın koloriti, dəst-xətti ilə səhv salmaq mümkün deyil. Çünki Kamal Əhməd fitri istedadı, rəssamlıq hissi, rəng duyumu ilə hamıdan fərqlənirdi”.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı da Kamal Əhmədin ziyalı, sənətsevər bir insan olduğundan danışdı: “Kamal sənətinin peşəkarı eyni zamanda vurğunu idi. Klassik Azərbaycan ədəbiyyatını yaxşı bilir, Nizami Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirləri daim mütaliə edir, poeziyanı, musiqini çox sevərdi. Lakin öz əsərləri haqqında danışmağı sevməz, rəngkarlığı haqqında müzakirələrə yol verməzdi. Onun fikrincə incəsənəti izah etmək, şərh etmək yox, onu yalnız yalnız duymaq lazımdır. K.Əhmədin ilham mənbəyi Abşeron torpağı bir ailəsi idi. O, əsl yaradıcı insan gözəl ailə başçısı idi”.

Yazıçı Azər Abdulla, şair Çingiz Əlioğlu, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə b. çıxış edərək tanınmış rəssamın həyatı yaradıcılığı ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda rəssamın qızı Kamilla Əhmədova atasına, onun sənətinə göstərilən diqqətə görə ilk öncəXalq Əmanəti”nə bütün tədbir iştirakçılarına təşəkkürünü bildirərək dedi: “Artıq 25 ildir ki, Kamal Əhməd dünyasını dəyişib. Özü həyatda olmasa da onun əsərləri yaşayır, milli incəsənətimizin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, muzey qalereyalarda saxlanılır. Lakin bu gün bir daha əmin oldum ki, Kamal Əhməd hər şeydən əvvəl sənətə qiymət verən insanların ürəyində yaşayır...”.

Mehparə ƏLİYEVA.

Respublika.- 2017.- 23 may.- S.11.