Mahmudlu kənd uşaq musiqi məktəbi
Qubadlı rayonunun
Mahmudlu kənd uşaq musiqi məktəbi 1980-ci ildə
yaradılmışdır. Məktəb, rayonun Mahmudlu kəndində fəaliyyətə başamışdır
və bu dövrdə 5 şöbədən
ibarət olmuşdur. Həmin dövrdə burada 40 şagirdə 12 müəllim dərs demişdir. Qeyd etmək lazımdır ki, rayon 31 avqust
1993-cü ildə erməni
faşistləri tərəfindən
işğalla əlaqədar
rayonun 802 kvadratkilometr
ərazisi, 98 yaşayış
məntəqəsi ermənilərin
əlinə keçmişdir.
Rayon əhalisinin 234 nəfəri şəhid,
yüzlərlə insan
isə əlil olmuşdur. 10 nəfər
Milli Qəhrəman adına layiq görülmüşdür.
İşğalla əlaqədar məktəb
Sumqayıt şəhərindəki
Səid Rüstəmov
adına 3 saylı incəsənət məktəbinin
2-ci binasında fəaliyyətə
başlamışdır. 1997-ci ildə rayon icra hakimiyyətinin qərarı ilə bu məktəbə mərhum xanəndə, Əməkdar Mədəniyyət
işçisi, həmyerli
Fəxrəddin Hüseynovun
adı verilmişdir. Sonrakı illərdə məktəb inkişaf etmiş və burada əlavə 2 şöbədə də
açılmışdır. Beləliklə, indi burada 161 şagirdə 48 müəllim fortepiano, skripka, tar, kamança,
qarmon, nağara, xanəndəlik fənlərindən
dərs deyir. Məktəbin bina şəraitini yaxşılaşdırmaq,
maddi-texniki bazasını
möhkəmləndirmək üçün Qubadlı
Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə 28 may mədəniyyət evinin binasına köçürülmüşdür.
Məktəbin fəaliyyətini yüksəltmək üçün
yeni təyin olunmuş direktor Samir İsmayılov bir çox islahatlar edərək nailiyyətlərə imza
atmağa başlamışdır.
İndi məktəbdə
uşaqların estetik
tərbiyəsinin formalaşması
üçün təkcə
dərslərin keyfiyyətli
təşkili deyil, eyni zamanda yeni kollektivlərin yaradılmasına da diqqət artırılmışdır.
Belə ki, Samir İsmayılovla
söhbət edərkən
o, bildirdi ki, indi məktəbdə dərslərin yüksək
səviyyədə keçilməsi
ilə yanaşı, məktəb özfəaliyyət
kollektivlərinin də
yaradılmasına diqqət
artırılmışdır. Belə ki, indi
burada xalq çalğı alətləri
orkestri, uşaqlardan ibarət xor kollektivi, nağaraçalanlar
ansamblı kollektivləri
vardır. Qeyd etmək lazımdır
ki, bu kollektivlər
dəfələrlə dövlət
tədbirlərində, milli
bayramlarda, hərbi hissələrdə uğurla
çıxışlar etmişlər.
2009-cu ildə gənc
pianoçuların respublika
müsabiqəsində, Mingəçevir
şəhərində keçirilən
xalq çalğı
alətlərinin I Respublika
müsabiqəsində, Yevlax şəhərində
keçirilən milli
musiqi alətlərinin
IV Respublika müsabiqəsində,
2010-cu ildə Astara rayonunda keçirilən V
Respublika müsabiqəsində,
2011-ci ildə Ümumrespublika
müsabiqəsində “İstedadlı
uşaqlar” müsabiqəsində,
“Xan Şuşinski adına muğam festivalı”nda, 2013-cü ildə
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivinin
7-ci respublika müsabiqəsində
müvəffəqiyyətli çıxışına görə
məktəbin müəllim
və şagirdləri
diploma, fəxri fərmanlara layiq görülmüşlər.
Gürcüstan və Azərbaycanın birgə keçirdiyi IV Beynəlxalq Dostluq festivalında məktəbin
fortepiano şöbəsinin
şagirdi Əzzət
Məmmədli diploma layiq görülmüşdür.
2017-ci ildə
nazirliyin dəstəyi,
Avropa müsabiqə komitəsi, İtaliyanın
Beynəlxalq Mədəniyyət
Assosiasiyası “Testene
art” və Cövdət Hacıyev adına 3 nömrəli 11
illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilmiş festivalda məktəbin I sinif şagirdi Fatimə Mənsumzadə
“II dərəcəli”
diploma, müəllimə
İradə Abdullayeva
isə təşəkkürnamə
ilə təltif olunmuşlar. Bütün bu və ya
digər göstəricilərin
nəticəsidir ki, məktəbdə bu sahəyə maraq günü-gündən artır.
Məktəbin bir çox məzunlarının,
o cümlədən Nazim
Cəfərquliyevin, Afiq
Bayramovun bu məktəbdə çalışması
buna aydın sübutdur.
Nailiyyətlərin əldə olunmasında məktəbin müəllimlərindən
Firuzə Nağıyeva,
Əli Mənsurov, Səbinə Fərmanova, Ceyhun Yaqubov, Qönçə Kazımova,
Mənzər Həsənova,
İradə Abdullayeva
və başqalarının
əməyi böyükdür.
Zabit CAVADOV.
Respublika.- 2017.- 23 may.- S.11.