Suraxanı rayonunda Respublika Günü geniş qeyd edildi
Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın
müstəqillik tarixinə
həsr olunmuş dərslər, inşa yazı müsabiqələri
keçirilmiş, sənaye,
səhiyyə, təhsil
müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
Dünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası Suraxanı
rayon Təşkilatının birgə təşkilatçılığı
ilə Mərkəzdə
“Azərbaycanın dövlət
müstəqilliyi əbədidir,
dönməzdir” mövzusunda
konfrans keçirilmişdir.
Konfrans iştirakçıları
əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişlər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən
tədbir dövlət
himninin səsləndirilməsi
ilə başlandı. Konfrans iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi
münasibəti ilə
təbrik edən İlqar Abbasov dedi:”
Ölkəmizdə Şərqin
ilk demokratik respublikası
yaranmışdır.Təkcə bu faktı dilə
gətirməyin özü
bizi nə qədər qürurlandırır.
Bu, Azərbaycanın tarixidir. Vətənimizin qızıl hərflərlə
yazılmış tarixidir.
Bugünkü konfransın
keçirilməsində də
məqsəd bir daha tarixə nəzər salmaq, 23 ay Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə və 71 il sovetlər birliyinin tərkibində yaşadıqdan
sonra 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik əldə
edən ölkəmizin uğurlarını
bir daha diqqətə çatdırmaqdır.
1990-cı
ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması Azərbaycanın nicatının başlanğıcı
oldu.Ölkəmizin müstəqilliyi
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri olanda dövlətçiliyimizin atributu
olan himn, üçrəngli bayraq və gerbimizi bərpa etməsi ilə başladı. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın
dövlətçilik tarixində
müstəsna yeri vardır. 1991-ci ildə yenidən müstəqillik əldə
edən Azərbaycan bitib-tükənməyən hakimiyyət
çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Belə ağır vəziyyətdə
ölkənin xilasının
yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə
gəlməsində görən
Azərbaycan xalqı Ulu Öndəri təkidlə Bakıya dəvət etdi. Milyonlarla insanın təkidinə və xahişinə hörmətlə
yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunmasını,
ölkədə sabitliyin,
əmin-amanlığın yaranmasını, iqtisadiyyatın
inkişafını təmin
etdi.”
İlqar
Abbasov onu da qeyd etdi ki,xalqımız
28 May Respublika gününü
hər il təntənə ilə qeyd edir. Təsadüfi
deyil ki, ölkə başçısı,
möhtərəm Prezidentimiz
cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 illik yubileyinin dövlət səviyyəsində
geniş qeyd edilməsini qərara almışdır.
Konfransda “Azərbaycanın
dövlət müstəqilliyi
əbədidir, dönməzdir”
mövzusunda məruzə
ilə şıxış
edın Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu
Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov qeyd etdi ki Azərbaycan Xalq Cümhuriyyəti 99 il bundan öncə
yarandığı gündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı
bacardı.
71 il sonra
1991-ci il oktyabrın
18-də dövlət müstəqilliyini
bərpa edən Azərbaycanın müstəqilliyi
yenə təhlükə
qarşısında idi.
Yalnız ümummilli Liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək hakimiyyətə
qayıdışı Azərbaycanın
müstəqilliyini əbədi,
dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə separatçıların
ölkəni parçalamaq
kimi məkrli niyyətlərinə son qoyuldu.
Dövlət çevrilişi
cəhdlərinin və
terror aktlarının
qarşısı alındı.
Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə
prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.
Ölkədə demokratik dəyişikliklər
aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu.
Bu gün cənab
İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin dinamik
inkişafı, sürətli
tərəqqisi, həyata
keçirilən əzəmətli
layihələr, Azərbaycanın
hərtərəfli yeniləşməsi,
modernləşməsi, vətənimizi
dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər
birimizi sevindirir və qürurlandırır.
Məruzə ətrfında Azərbaycan
Milli Elmlər Akademiyasının Abbasqulu
Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə
müdiri Natiq Məmmədzadə, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının
sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abiyev çıxış etdilər.
Konfransın işini yekunlaşdıran
rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov qeyd etdi ki,
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün
möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin qətiyyətlə
davam etdirdiyi müstəqil Azərbaycanın
siyasəti ölkəmizin
yüksəlişi ilə
yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib,
imicini yüksəldib.
Məhz bunun sayəsində
regional gücə çevrilən
və tam müstəqil
siyasət həyata keçirən Azərbaycan,
bir çox dövlətlərin strateji
tərəfdaşı, beynəlxalq
məsələlərdə söz sahibi olan ölkələrdən
biridir.
Natiq qeyd etdi ki,
artıq 26 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük.
28 May Azərbaycan respublikasının
müstəqillik arzularının
gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanacaqdır.
Konfrans
Azərbaycan xalqının xilaskarı,ümummilli Lider,
Ulu Öndər Heydər Əliyevin müdrik sözləri ilə yekunlaşdı:
“Azərbaycanın dövlət
müstəqilliyi əbədidir,
dönməzdir və
bizim qarşımızda
duran vəzifə dövlət müstəqilliyini
qorumaqdan, əbədi
etməkdən ibarətdir.”
Mehparə Əliyeva
Respublika.-
2017.- 26 may.- S.5.