Kiyev şəhərində 28 may – Respublika Günü ilə bağlı təntənəli
tədbir
Kiyev şəhərindəki
Fairmont mehmanxanasında
Azərbaycanın Ukraynadakı
səfirliyinin təşəbbüsü
ilə 28 may – Respublika Gününə həsr olunmuş təntənəli tədbir
keçirilib. Ukraynanın
hökumət və dövlət rəsmilərinin,
elm və mədəniyyət xadimlərinin,
xarici diplomatik korpus rəhbərlərinin
iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”
kitabı geniş oxucu auditoriyasına təqdim olunub.
Azərbaycanla Ukraynanın dövlət
himnlərinin sədaları
altında başlanan tədbirdə, Azərbaycanın
Ukraynadakı səfiri
Azər Xudiyev çıxış edərək,
1918-ci ildə şərqdə
ilk dəfə yaradılmış Azərbaycan
Demokratik Respublikasının
tarixi nailiyyətlərindən
söz açıb. Ötən əsrin sonlarında 2-ci dəfə dövlət müstəqilliyini əldə
edən ölkəmizin
ulu öndər Heydər Əliyevin dəmir iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini vurğulayıb.
Millət vəkili
Elmira Axundovanın qələmə aldığı
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər
fonunda” kitabının
tarixi faktlarla zəngin olduğunu diqqətə çatdıran
səfir, əsərdə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
və bölgədə
həyata keçirilən
qlobal sosial-iqtisadi islahatlardan, Azərbaycanın
qərblə şərqin
multikulturalizm və tolerantlıq mərkəzinə
çevrilməsindən
,əsasən də, xalqla dövlət başçısı arasındakı
qarşılıqlı etimad
və hörmətin vəhdətindən bəhs
olunduğunu bildirib.
Azərbaycanla Ukrayna arasındakı
tarixi dostluq əlaqələrindən söz
açan Ukrayna-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Maksim Kuryaçiy, Ukrayna iqtisadi inkişaf və ticarət nazirinin müavini Mixaylo Titarçuk və digər şəxslər
tarixin bütün dönəmlərində dövlətçilik
ənənələrinə
sadiq qalan Azərbaycan xalqına Respublika Günü münasibəti ilə xoş və səmimi arzularını çatdırıblar. Bünövrəsi dahi Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil
Azərbaycan dövlətinin
inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən
çox böyük uğurla davam etdirildiyini vurğulayan natiqlər, Prezident İlham Əliyevin xalqı və dövləti qarşısındakı
xidmətlərini özündə əks etdirən kitabın Ukrayna dilinə tərcümə olunmasının
tarixi əhəmiyyətindən
danışıblar. Əsərin
dövlət quruculuğu
və siyasətlə
məşğul olan hər bir kəs
üçün dəyərli
töhfə olduğunu
bildiriblər. Kitaba verdikləri
yüksək dəyərə
görə tədbirə
qatılanlara minnətdarlığını
bildirən Milli Məclisin üzvü Elmira Axundova, qələmə aldığı
əsərdə postsovet
məkanında ən
praqmatik siyasi xadimlərdən biri olan Prezident İlham Əliyev haqda real faktlara
söykənən təhlillərin
verildiyini qeyd edib. Kitabın Ukrayna dilinə tərcümə olunmasına
verdikləri dəstəyə
görə Azərbaycanın
Ukraynadakı səfirliyinə
və kitabın tərcüməçisi Mehman
Salmanova dərin təşəkkürünü bildirib.
Ukraynanın aparıcı televiziya və kütləvi İnformasiya vasitələrinin
işıqlandırdığı bayram şənliyi geniş konsert proqramı ilə başa çatıb.
Qədir ASLAN.
Respublika.- 2017.- 27 may.- S.7.