Türkdilli dövlətlər arasında
elektron imzanın tanınması ilə bağlı razılıq
əldə olunub
İstanbulda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun
2-ci iclası
keçirilib.
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyindən "APA-Economics"ə
verilən məlumata görə, tədbirdə
“Elektron hökumət”,
“Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi
və fiber-optik infrastrukturunun inkişafı
mövzularında altqrupların
iclasları təşkil
olunub. Qeyd olunan sahələrdə
əməkdaşlıq imkanlarına
dair müzakirələr
aparılıb.
İclaslarda qurumun əməkdaşları
iştirak edib.
Ölkəmizin "Elektron hökumət",
"Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış
edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin
mütəxəssisi Həbib
Abbasov sosial xidmətlərin elektronlaşdırılması,
sənəd mübadiləsinin
avtomatlaşdırılması və elektron imzanın tətbiqi barədə ətraflı
məlumat verib. H. Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində
əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası
tanınmasına imkan
verir.
E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında
mobil tətbiqlər,
“bir pəncərə”
prinsipi üzrə elektron xidmət təminatı, açıq
məlumatlar və s. üzrə təcrübə
mübadiləsinin aparılmasını,
bununla əlaqədar təlimlərin təşkil
olunmasını, ümumi
layihələrin hazırlanması
üçün hər
bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.
Sonda türkdilli
dövlətlər arasında
elektron imzanın tanınması məqsədi
ilə ilkin şəraitin yaradılması
ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan
arasında elektron imzanın tanınması üçün tələb
olunan məlumatların
təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.
Həmçinin, müzakirələr əsasında
şuraya üzv dövlətlər arasında
ortaq elektron xidmətlərin hazırlanması
müzakirə olunub.
Əli Sadlğov
Respublika.-
2017.- 27 may.- S.5