İki əsrin
qovuşağında
Cənubi Azərbaycan ədəbiyyatının
tədqiqi son 40 ildə
(əvvəli 27 may tarixli sayımızda)
İnstitutun rəhbərliyi “Cənubi
Azərbaycan ədəbiyyatı” şöbəsinin
bağlanmasını Mirzə İbrahimovdan gizlin saxlayırdı.
Bir neçə aydan sonra bu ağlasığmaz hadisədən
xəbər tutan Mirzə İbrahimov ağır
sarsıntı keçirdi. Şöbənin bərpa
olunmasına onun ciddi-cəhdi nəticəsiz qaldı.
1993-cü ilin dekabrında Mirzə İbrahimov
dünyasını dəyişdi. Onun tələbələri
Nazim Rizvan, Xuraman Quliyeva və Teymur Əhmədov Mirzə
İbrahimovun xatirəsini əziz tutaraq şöbənin bərpası
uğrunda inadla mübarizə apardılar. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin vəziyyətindən
xəbər tutan kimi şöbənin bərpa olunmasına
göstəriş verdi”.
1996-cı ildə AMEA Rəyasət
Heyətinin qərarı və İnstitutun 28 iyun 1996-cı il
tarixli 49 saylı əmri ilə (əmri institutun direktoru,
professor Yaşar Vahid oğlu Qarayev imzalamışdır) “Cənubi
Azərbaycan ədəbiyyatı” şöbəsi yenidən
yaradılmış və Teymur Əhmədov şöbənin
müdiri, Rəhim Əliyev, Sabir Əmirov, Nazim Rizvanov
böyük elmi işçi və Xuraman Quliyeva, Mahmizər
Mehdibəyova kiçik elmi işçi təyin edilmişlər.
Sonrakı illərdə İslam
Qəribov böyük elmi işçi, Pərvanə Məmmədova
, Esmira Şükürova kiçik elmi işçi, Elmira
Bağırova, Solmaz Daşdəmirova, Dilşad Cabbarova, Zəminə
Zeynalova, Kifayət Məmmədova, Xalidə İsmayılova
elmi işçi, Dilbər Rzayeva kiçik elmi işçi,
Vüqar Əhməd böyük elmi
işçi, Lətifə Mirzəyeva elmi işçi, Sədaqət
Məmmədova böyük elmi işçi, Bahar Məmmədova
(Bərdəli), Fikrət Süleymanoğlu elmi işçi vəzifəsində
şöbədə işləmişlər. Cənubi
Azərbaycan ədəbiyyatı şöbəsi 1996-cı
ildə bərpa olunduqdan sonra da elmi tədqiqat işləri əsasən
Mirzə İbrahimovun layihələri və tövsiyələri
istiqamətində yenidən davam etdirilmişdir. Belə ki, yeni monoqrafiyalar iki cildlik Cənubi Azərbaycan
ədəbiyyatı tarixi, bir sıra şair və
yazıçıların transliterasiya və tərtib
edilmiş seçilmiş əsərləri, məqalələr
məcmuələri, dövri mətbuatda dərc edilmiş
yüzlərlə elmi-tədqiqat xarakterli əsərləri ərsəyə
gəlmişdir. Şöbə əməkdaşlarının
Azərbaycanın hüdudlarından kənarda əsərlərinin
çap edilməsi artıq adət halını
almışdır. İranda, Türkiyədə, Almaniyada,
Rusiyada, Qazaxıstanda, Ukraynada, Hindistanda şöbə əməkdaşlarının
kitabları və məqalələri işıq üzü
görmüşdür. “Mir Cəfər Pişəvəri” (V.Əhməd,
1998), “Məhəmmədhüseyn Şəhriyar”
(E.Şükürova, 1998, 1999, 2010), “Bulud Qaraçorlu Səhənd”
(S.Nəbioğlu, F.Süleymanoğlu, 2006, 2016), “Mirzə
İbrahimov” (T.Əhmədov, 2001, 2015), “Balaş Azəroğlu”
(B.Məmmədova (Bərdəli) 2007), “Səməd Behrəngi” (S.Nəbioğlu, 2009), “Şeyx Məhəmməd
Xiyabani” (V.Əhməd, 2010), “Kərim Məşrutəçi
Sönməz” (L.Mirzəyeva, 2016) adlı, “”Varlıq”
jurnalında ədəbiyyat məsələləri” (P.Məmmədli,
2000), “Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı
(1941-1990-cı illər)” (S.Əmirov (Nəbioğlu), 2000), “Zeynalabdin Marağali. “İbrahim bəyin
səyahətnaməsi” romanı (M.Mehdibəyova, 2001), “Cənubi
Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi
(1850-1920)” (M.Rizvan, 2005), “Cənubi Azərbaycan mühacirət
nəsri (1947-1990-cı illər)” (M.Mehdibəyova, 2007), “XX əsrin
birinci yarısında Cənubda anadilli ədəbiyyatın
inkişafı” (R.Əliyev, 2008), “Cənubi Azərbaycan
mühacir poeziyası (1947-1990)” (B.Məmmədova (Bərdəli),
2012), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu” (T.Əhmədov, 2013), “XX əsr Güney Azərbaycan
epik şeiri” (E.Fuad (Şükürova), 2016) sərlövhəli
monoqrafiyalar qələmə alınmışdır.
Sabir Əmirov “Cənubi Azərbaycan
milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər)”
ünvanlı monoqrafiyasında çox doğru yol seçərək
50 ildən bəri Güney ədəbiyyatı ilə əlaqədar
yazıb-yaratdıqlarının, axtarış və tədqiqatlarının,
tapıntılarının nəticəsini bu əsərində
elmi və nəzəri baxımdan
ümumiləşdirməyə nail olmuşdur).
Ədəbiyyatşünas alim Ş.Salmanov T.Əhmədovun
“Böyük ictimai xadim və yazıçı Mirzə
İbrahimov” (2001) əsəri haqqında məqaləsində
yazır:
“Mirzə İbrahimov
yaradıcılığının hansı sahəsindən
baxılsa, yazıçı və ictimai xadim, sənətkar
və mütəfəkkir, ədib və şəxsiyyət
olaraq qalır. Bu isə bizcə, yazıçı şəxsiyyətinin
çox qiymətli bir məziyyətidir. Nəhayət,
kitabdan belə bir təəssüratla
ayrıldığımızı demək istəyir və
buna görə də onun müəllifinə minnətdarlığımızı
bildirməyi özümüzə borc bilirik”.
1996-cı ildən bu günə kimi şöbə
əməkdaşları tərəfindən Məhəmmədhüseyn
Şəhriyarın (N.Rizvan, X.Quliyeva, İ.Qəribov (Qəribli),
T.Əhmədov, V.Əhməd, E.Bağırova, Z.Zeynalova,
(2000, 2005, 2011, 2016); Həmid Nitqinin (S.Nəbioğlu,
2005), Seyid Əbülqasim Nəbati və Heyran xanımın
(İ.Qəribov, 2005), Əlirza Nabdil Oxtayın (İ.Qəribli,
2009), Məhəmməd Biriyanın (İ.Qəribli, 2010), Kərim
Məşrutəçi Sönməzin “Şeh muncuğu”
(M.Mehdibəyova, 2003), Ərdəbili Şeyx Səfiyəddinin
“Qara məcmuə” (İ.Qəribov, 2004),
Saidi Qulamhüseynin “Sonsuz səfər” (P.Məmmədli, 2015),
Bulud Qaraçorlu Səhəndin “Dədəmin kitabı”
(F.Süleymanoğlu, 2015) fars dilindən Azərbaycan dilinə
tərcümə, ərəb əlifbasından Azərbaycan əlifbasına
transliterasiya, tərtib edilərək, şərh, lüğət
və ön sözlə nəşr edilmişdir.
“Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun
tərtib etdiyi bu (“Seyid Məhəmmədhüseyn Şəhriyar”
kitabı -L.M.) unikal nəşr, bənzərsiz abidə, and
yerimiz olan kitaba ən böyük sevgi, sayğı, hörmət
əlamətidir”.
XIX-XX əsrləri əhatə edən iki
cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nin
birinci cildi 2009, ikinci cildi (XX əsr) isə 2013-cü ildə
nəşr edilmişdir. Kitabın redaksiya heyəti
M.İbrahimov, T.Əhmədov, R.Əliyevdən ibarətdir.
“Bütövlükdə Cənubi Azərbaycan ədəbiyyatı
tarixi kitablarının nəşri ölkənin ədəbi-ictimai
həyatında unikal hadisədir. Bu hadisənin elmi və
siyasi əhəmiyyəti böyükdür; ilk
dəfə olaraq dünya görür ki, Cənubi Azərbaycan
xalqının - İran türklərinin də
yaratdığı söz sənətinin yaşı 200 ilə
çatan zəngin bir tarixi var və bu tarix dünyanın
müxtəlif yerlərində və müxtəlif dillərdə
yaranan ümumazərbaycan ədəbiyyatının
ayrılmaz hissəsidir”.
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin fəaliyyətinin ikinci mərhələsində
“Antoloqiə pogzii Öjnoqo Azerbaydjana” (E.Axundova, X.Quliyeva,
2005), “Antoloqiə prozı Öjnoqo Azerbaydjana” (E.Axundova,
X.Quliyeva, 2008), “Cənubi Azərbaycan ədəbiyyatı: Poeziya (XIX-XX əsrlər T.Əhmədov, 2007),” Cənubi
Azərbaycan şair və yazıçılarının da həyat
və yaradıcılığını, əsərlərini
əhatə edən üç cildlik “XIX əsr Azərbaycan ədəbiyyatı”
- birinci cild (poeziya) -(T.Əhmədov, S.Əhmədova, 2009),
ikinci cild (nəsr) (T.Əhmədov, S.Əhmədova, 2013),
üçüncü cild (dramaturgiya) (T.Əhmədov,
S.Əhmədova, 2014), Güney Azərbaycan ədəbiyyatı
antologiyası (Çağdaş dövr) (P.Məmmədli,
2015), “Türkün ilk beşiyi sevgi ocağı Urmu” (poeziya)
(E.Fuad (Şükürova), 2016) olmaqla 7 antologiya ərsəyə
gətirilmişdir.
“Fəxr duyulmalı haldır ki, cənublu
şairlərin oxucu dairəsi genişlənməkdədir. Bu
kitab (Antoloqiə pogzii Öjnoqo Azerbaydjana-L.M.) ona görə
diqqət çəkir ki, poeziyamızın gözəl
nümunələri ədavət divarlarını aşaraq
üzünü dünya ədəbiyyatına tutur. Təbii
ki, rus dili bu şairlərin əsərlərinin digər dillərə
də tərcüməsinə yol açacaq”.
1987, 1995, 2004, 2011-ci illərdə Cənubi Azərbaycan
şair və yazıçılarının da yer
aldığı “Azərbaycan yazçıları: ensiklopedik
məlumat kitabı” hər dəfə də bir daha təkmilləşdirilməklə
nəşr edilmişdir.
Şöbədə ilk dəfə olaraq Kərim
Məşrutəçi Sönməzin (L.Mirzəyeva, 2015),
Bulud Qaraçorlu Səhəndin (D.Rzayeva, 2016) biblioqrafik
göstəriciləri tərtib edilib nəşr
etdirilmişdir.
“Bu karvanın yolu Güneyədir”
(S.Nəbioğlu, 2007), “Taleyin sözü” (R.Əliyev, 2008),
“İntizar günlərinin nəğmələri” (S.Nəbioğlu,
2013), “Vüsalın qanadlarında” (S.Nəbioğlu, 2013),
“Ədəbiyyat sərhəd tanımır” (İ.Qəribli,
2014), “Ədəbi şəxsiyyətlər, portretlər (P.Məmmədli,
2015) şəxsi, “Mirzə İbrahimov müasirlərinin xatirələrində”
(Tərtib edəni: T.Əhmədov, 2008), “Cənubi
Azərbaycan ədəbiyyatı: Tədqiqlər”
(Tərtib edəni. İ.Qəribli, I kitab
2015, II kitab, III kitab 2016) ümumi məqalələr
topluları tədqiqatçılar və oxucular tərəfindən
yüksək qarşılanmışdır.
“Tanınmış ədəbiyyatşünas
alim İslam Qəribli zəngin mənbələr, əzablı
axtarışlar nəticəsində ərsəyə gətirdiyi
“Ədəbiyyat sərhəd tanımır” kitabında XIX-XX
yüzillik ərzində yaranan Cənubi Azərbaycan ədəbiyyatının
dumanlı məqamlarına, açılmamış səhifələrinə
aydınlıq gətirməklə, yeni tədqiqatlara yol
açmışdır”.
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsində işlədikləri dövrdə
M.İbrahimovun “Əsərləri” on cilddə (1978-1983), B.Azəroğlunun
“Seçilmiş əsərləri” iki cilddə (1982-1983),
T.Əhmədovun “Seçilmiş əsərləri” beş
cilddə (2015) işıq üzü görmüşdür.
“Professor Teymur Əhmədovun elmi, publisistik və ədəbi-bədii
yaradıcılığı çoxşaxəli və rəngarəngdir.
Onun zəngin elmi və publisistik araşdırmalarının
bəhrəsi olan əsərləri son iki əsr Azərbaycan
ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai
fikrinin inkişafı və zənginləşməsində
mühüm rol oynayıb”.
Bu əsərlər haqqında söylənilən
fikirlərdən bəzilərini yada salsaq yerinə
düşər:
“Mirzə İbrahimovun
başlıca əsərlərinin mövzusu Azərbaycan
xalqının tarixi və onun müasir həyatı ilə, Vətənimizin
daha xoşbəxt gələcəyi uğrunda aparılan
böyük mübarizə ilə üzvi surətdə
bağlıdır”.
Mirzə İbrahimovun 100 yaşının tamam
olması ilə əlaqədar Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin imzaladığı tarixi sərəncamda
isə göstərilir: “XX əsr ədəbiyyatımızın
tanınmış simalarından biri kimi meydana gətirdiyi əsərlərdə
dövrün və zamanın dolğun mənzərəsi
yaradılmışdır”.
Cənubi Azərbaycanın, demək
olar ki, bütün qələm sahiblərinin həyat və
yaradıcılığı, əsərləri şöbə
əməkdaşlarının əsərlərində
geniş işıqlandırılmışdır. Ölkəmizdə
və eləcə də xarici ölkələrdə
keçirilən elmi-praktik konfranslarda Cənubi Azərbaycan,
onun qələm sahibləri ilə bağlı müxtəlif
səpkili məruzələrlə çıxış etmək
şöbə əməkdaşlarının əsas vəzifələrindən
birinə çevrilmişdir. “Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsi - 40 ildə” kitabında şöbə əməkdaşlarının
yalnız Cənubi Azərbaycan ədəbiyyatı haqqında
əsərləri yer almışdır. Onların
bir sıra başqa mövzularda onlarca kitabları, yüzlərlə
məqalələri çap olunmuşdur ki, bu da şöbə
əməkdaşlarının bir vətəndaş alim kimi
milli ədəbiyyatımızın inkişafına xidmət
etdiklərinin bariz göstəricisidir.
Lətifə MİRZƏYEVA, ədəbiyyatşünas
alim.
Respublika.-
2017.- 28 may.- S.8