Meksikanın “Radio Capital” kanalında Azərbaycan barədə ətraflı məlumat verilib

 

Meksikada yayımlanan məşhur “Radio Capital” kanalının “Capital del Turismoproqramının cümə günü buraxılışı Azərbaycana həsr olunub.

 

AZƏRTAC xəbər verir ki, bu proqramın geniş auditoriyasına çoxsaylı yerli turizm şirkətləri daxildir. Proqramın aparıcısı Xuan Antonio Qaska Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

 

Zəngin tariximiz mədəniyyətimiz barədə geniş məlumat verən müvəqqəti işlər vəkili Azərbaycanın Asiya ilə Avropanın qovuşuğunda, qədim İpək Yolunun üzərində yerləşdiyini, tarixən müxtəlif mədəniyyətlərin ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmayaraq sülh əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib. Ölkəmizin Şərqdə ilk demokratik respublika olduğu 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi bildirilib.

 

Diplomat, həmçinin Azərbaycandakı Atəşgah, Qobustan s. qədim abidələr, həmçininYanar dağ palçıq vulkanları kimi təbiət möcüzələri barədə danışıb. M.Talıbov ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, Formula-1 yarışları, ilk Avropa Oyunları İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların keçirildiyini, ölkəmizin turistlər üçün daha cəlbedici olduğunu deyib. Vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycanın müxtəlif mədəniyyətləri bir araya cəmləyən məkan olduğunu sübut edir.

 

Azərbaycandakı turizm infrastrukturdan danışan M.Talıbov ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl səmərəli addımlar nəticəsində ölkəmizə turist axınının hər il artdığını qeyd edib. Həmçinin Xəzər dənizində ən böyük dəniz limanının tikilməsi, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalının istifadəyə verilməsi, ölkədə həm dəmir, həm avtomobil yollarının yüksək standartlara cavab verməsi, yüksək səviyyəli tanınmış beş ulduzlu otellərdən başlayaraq bütün turist təbəqələrinin tələblərinə cavab verə biləcək mehmanxanaların açılması s. barədə məlumat verilib. Qeyd olunub ki, cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin təşəbbüsü ilə “ASAN vizasistemi fəaliyyətə başlayıb. Bu sistem Azərbaycana gəlmək istəyən turistlərə asanlıqla viza almağa imkan verib. Bildirib ki, hər bir Meksika vətəndaşı “ASAN viza” internet səhifəsinə daxil olaraq üç sadə addım yerinə yetirməklə cəmi üç saat ərzində elektron viza ala bilərlər.

 

Aparıcı Xuan Antonio Qaska Meksikanın turizm şirkətlərini Azərbaycana daha çox diqqət yetirməyə ölkəmizə daha fəal şəkildə turların təşkil edilməsinə çağırıb, bu yeni istiqamətin olduqca səmərəli olduğuna əminliyini bildirib. Aparıcı Azərbaycanın müxtəlif ənənələri bayramları, o cümlədən turistlər arasında xüsusi populyarlığa malik Novruz şənlikləri, həmçinin ləziz müxtəlif mətbəximiz barədə danışıb. Hər hansı bir milli yeməyin nümunə gətirilməsi xahişinə cavab olaraq ləziz dolmanın adı çəkilib, onlarla cür plovun olması qeyd edilib.

 

Azərbaycana Meksikadan necə səyahət etmək olarsualına cavab verən diplomat hazırda bir çox aviaşirkətlər vasitəsilə ölkəmizə gəlməyin mümkünlüyü, Azərbaycan Hava Yolları aviaşirkətinin sərəncamında yeni təyyarələrin olduğunu, sərnişinlərə yüksək səviyyədə xidmət göstərildiyini hazırda Meksikaya nisbətən yaxın olan Nyu-Yorkdan Bakıya uçuşların həyata keçirildiyini deyib.

 

Ölkədə təhlükəsizliklə bağlı danışan müvəqqəti işlər vəkili bir neçə gün əvvəl işıq üzü görmüş 2017-ci il üzrə Qlobal Terrorizm Hesabatına görə Azərbaycanın Qafqaz regionunda ən təhlükəsiz ölkə olduğunu dünyada ən təhlükəsiz ölkələr sırasında yer aldığını vurğulayıb. Azərbaycan Hökumətinin bu məsələyə böyük diqqət ayırdığı qeyd olunub. Bundan əlavə, Azərbaycanın olduqca qonaqpərvər tolerant ölkə kimi tanındığı bütün turistlərin burada özlərini təhlükəsizlikdə hiss etdikləri bildirilib.

 

Bununla yanaşı, regionun təhlükəsizliyinə təhdid olan yeganə problemin Azərbaycan torpaqlarının 20 faizinin uzun illərdir Ermənistan tərəfindən işğal altında qalması buradan didərgin salınmış bir milyondan çox həmvətənimizin hələ öz doğma yurdlarına dönmək həsrəti ilə yaşadıqları bildirilib. Azərbaycan torpaqlarının azad olunması tələbi ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistanın indiyədək onlara məhəl qoymadığı vurğulanıb.

 

Verilişin aparıcısı son günlər Meksika mediasında geniş işıqlandırılan Meksika deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinə toxunaraq Azərbaycan səfirliyinin təmsilçisindən məsələyə münasibət bildirilməsini xahiş edib.

 

M.Talıbov bu hadisənin çox böyük təəssüf doğurduğunu bildirib. Qeyd edib ki, Meksika ilə Azərbaycan arasında əməkdaşlıq dostluq münasibətləri mövcuddur. Meksika həmişə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qətnamələrini dəstəkləyir, sadəcə adıçəkilən millət vəkillərinin bu addımı təxribatdan başqa ad vermək olmaz. Onlar bu qeyri-qanuni səfəri edərkən həm Azərbaycan qanunvericiliyi, həm Meksika Xarici Əlaqələr Katibliyinin tələblərini pozublar.

 

Aparıcı Xuan Antonio Qasqa efir vasitəsilə müraciət edərək Meksika deputatlarını beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Sonda aparıcı deyib: “Belə çıxır ki, Ermənistan dəvəti özünün deyil, qonşusunun evinə edib, özü xəbərsiz”.

 

Respublika.- 2017.- 21 noyabr.- S.13.