Mədəniyyət və turizm naziri Yevlax şəhərində
vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri hər
ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev noyabrın 28-də
Yevlax şəhərindəki
Heydər Əliyev Mərkəzində Mingəçevir,
Yevlax şəhərlərindən,
Bərdə, Tərtər,
Ağcabədi, Ağdam
və Laçın rayonlarından vətəndaşları
qəbul edib.
Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Əbülfəs Qarayev
daha sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti
ilə tanış olub.
Əvvəlki görüşlərdə olduğu
kimi, bu dəfə də müraciətlər yerlərdə
mədəniyyət müəssisələrinin
fəaliyyəti, tarixi-mədəni
abidələrin təmir-bərpası
və digər məsələlərlə bağlı
olub.
Mingəçevirdən qəbula gələn
sakinlər şəhərdəki
Rəsm qalereyasının
fondlarında saxlanılan
Azərbaycanın tanınmış
rəssamlarının əsərlərinin
regionda sərgilənməsi,
şəhərin tarix
və mədəniyyət
abidələrini, turizm
potensialını nümayiş
etdirmək üçün
Mərkəzi kitabxanada monitorların quraşdırılması və
başqa məsələlərlə
xahişlərini diqqətə
çatdırıblar.
Yevlaxdan qəbula yazılan
vətəndaşların müraciətlərində
şəhərdə Rəsm
qalereyasının yaradılması,
gənclər arasında
mütaliəyə marağın
gücləndirilməsi üçün
istirahət və əyləncə parklarında
"book kafe"lərin,
mədəniyyət işçiləri
üçün ixtisasartırma
kurslarının
təşkili, Xalq teatrının bazasında
kukla teatrının yaradılması və müvafiq ləvazimatla təmin olunması xahiş edilib.
Bərdə sakinləri Kür
çayı sahilində
yerləşən Tuğay
meşələrində ekoturizmin
inkişaf etdirilməsi
üçün düşərgələrin
yaradılması, xarici
dillərdə incəsənət
sahəsində metodiki
vəsaitlərin Azərbaycan
dilinə tərcümə
olunması, folklor nümunələrinin təbliği
istiqamətində müsabiqə
və festivalların keçirilməsi,
abidə mühafizəçiləri
üçün nümunəvi
uniformaların hazırlanması
və digər məsələlərlə bağlı
nazirə müraciət
ediblər.
Qəbula gələn Tərtər
sakinlərinin xahişləri
rayonda qeydiyyatı olmayan tarixi abidələrin dövlət
qeydiyyatına alınması,
tanınmış incəsənət
ustalarının cəbhə
bölgəsində konsertlərinin
təşkili, "Marağa-150" abidəsinə turistlərin
cəlb olunması, Buzxana abidəsinin təmir olunmasına köməklik göstərilməsi barədə
olub.
Ağcabədi, Ağdam və
Laçın rayonlarından
vətəndaşlar rayonların
mərkəzləşdirilmiş kitabxana sistemlərinə
(MKS) texniki vasitələrin
və metodiki materialların verilməsi,
Laçın rayonu üzrə Mədəniyyət
mərkəzinin statusunun
genişləndirilməsi, MKS-nin kitab fondlarının
Azərbaycan dilində
elmi-metodiki, kənd təsərrüfatı,
uşaq ədəbiyyatı,
ali və orta ixtisas məktəbləri
üçün dərs
vəsaitləri ilə
zənginləşdirilməsi ilə bağlı xahiş ediblər.
Qəbulda vətəndaşların müraciətlərinin bir
qismi həllini tapıb, qaldırılan digər məsələlər
araşdırılması üçün
nəzarətə götürülüb
və lazımi tədbirlərin görülməsi
ilə bağlı tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət
dairəsinə aid olmayan müraciətlər
aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydə alınıb.
Nazir Əbülfəs
Qarayev jurnalistlərə
müsahibəsində ölkə
başçısının tapşırığı ilə
mütəmadi olaraq keçirilən bu cür görüşlərin
əhəmiyyətini bir
daha diqqətə çatdırıb. Bildirib
ki, qəbullar zamanı vətəndaşlar
tərəfindən irəli
sürülən təşəbbüslər
yerlərdə mədəniyyət
və turizm işinin daha səmərəli təşkilinə
zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların
yenilənməsi ilə
bağlı məsələləri
xüsusi qeyd edib: “Budəfəki görüşdə də
vətəndaşlarımızın mədəniyyət müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması
istiqamətində maraqlı
təklifləri oldu. Xüsusi ilə Qarabağın tarixinin ölkəmizə gələn
xarici turistlərə
dəqiq şəkildə
çatdırılması kimi həssas məsələlərin qaldırılması
çox sevindirici haldır. Eyni zamanda bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.
Regionlarda turizmin
inkişaf etdirilməsinin
dövlət başçısının
daim diqqət mərkəzində olduğunu
deyən Əbülfəs
Qarayev bütün qəbullarda bununla bağlı səslənən
təkliflərin nəzərdən
keçirildiyini bildirib.
Vurğulanıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm
sənayesinin inkişafına
da təsir göstərməkdədir. Dövlət
başçısının sərəncamı ilə
yaradılan regional mədəniyyət və
turizm idarələri bu sahədə idarəçiliyin daha səmərəli təşkilini
təmin edir.
Respublika.-
2017.- 29 noyabr.- S.11.