Görkəmli opera müğənnisi
Şövkət Məmmədovanın
xatirəsi anılıb
Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın
120 illiyinə həsr
olunan konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər
verir ki, respublikanın tanınmış
elm, mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdiyi tədbir Prezident İlham Əliyevin “Şövkət
Məmmədovanın 120 illik
yubileyi haqqında” Sərəncamına əsasən
gerçəkləşib.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edərək görkəmli
ifaçının həyat
və yaradıcılığından
danışıb. Ş.Məmmədovanın
milli mədəniyyətimizin
inkişafındakı xidmətlərindən
bəhs edən nazir müavini onu sənətinə sadiq müğənni kimi səciyyələndirib.
Ə.Vəliyev deyib ki, Xalq Artistinin
həyatının keşməkeşli
olmasına baxmayaraq o,
hər zaman yaradıcılıq axtarışında
olub, sənəti üçün əlindən
gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək
qiymətləndirilib.
Unudulmaz sənətkarın
insani keyfiyyətlərindən
söz açan nazir müavini onun pedaqoji fəaliyyətindən
də danışıb.
Sonra Ş.Məmmədovanın
Azərbaycan opera sənəti tarixindəki
xidmətləri, habelə
ölkəmizdə musiqi
mədəniyyətinin tərəqqisi
naminə səmərəli
fəaliyyəti haqqında
məlumat verilib.
Tədbir Xalq
Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri
səsləndirilib.
Respublika.-
2017.- 8 oktyabr.- S.3