Fındıqçılıq yaxşı gəlir məbəyidir
Genişmiqyaslı inkişafın davamlılığını
təmin etmək üçün neftlə
yanaşı, digər
sahələrin də
inkişaf etdirilməsi
prioritet istiqamətlərdəndir.
Bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı
ilin sosial-iqtisadi inkişafının yekunları
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən də aydın görmək olur.
Neftdən asılılığın azaldılması üçün
sənayenin inkişafı
ilə yanaşı, kənd təsərrüfatına
da çox böyük önəm verməyin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə ən çox gəlir gətirən bir sıra sahələrə
toxundu ki, bunlardan biri də spesifik sahə olan fındıqçılıqdır:
“Bizə kənd təsərrüfatı məhsulları
arasında ən çox valyuta gətirən fındıqçılıq
və xurma bağlarından əldə
edilən məhsulların
ixracıdır. Ona görə, biz bu iki istiqamətə
də çox ciddi fikir verməliyik.
Qarşıya məqsəd
qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq
bağları salaq və proses hazırda davam edir. Bu, fermerlərin
də böyük marağına səbəb
olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır.
Burada da dövlət öz üzərinə böyük
vəzifə götürüb.
Çünki bütün
lazımi avadanlıq,
texniki tədbirlər
və tinglərin alınması dövlət
hesabına həyata keçirilir. Dövlət
bunu alır və fermerlərə pulsuz verir. Dövlətin
siyasəti özünü
bu istiqamətdə də göstərir. Biz fındıqçılığın
coğrafiyasını da
genişləndiririk və
hazırda 13 rayonda bu sahədə işlər gedir”.
Göründüyü kimi, kənd təsərrüfatının ən
gəlirli sahələrindən
biri olan fındıqçılığın inkişafı dövlətin
hədəf dairəsində
olan sahələrdən
biridir. Elə bu səbəbdəndir ki, sözügedən sahənin inkişafı üçün dövlət
büdcəsindən sahibkarlara
kömək məqsədi
ilə 700 min manat vəsait ayrılıb. Ayrılan məbləğ yeni bağların salınması
üçün ting yetişdirən fermerlərə
subsidiya kimi paylanılacaq.
Fındıqçılığın kənd təsərrüfatı
sahəsində ciddi gəlir mənbələrindən
biri olduğunu nəzərə alaraq bir neçə fermer və rəsmi şəxslərlə
əlaqə saxlayıb
görülən işlər,
bu istiqamətdə dövlət tərəfindən
onlara verilən dəstəklə maraqlandıq.
Oğuz rayonunun Padar
kənd bələdiyyəsinin
sədri Afər İsrafilov qeyd etdi ki, cənab
Prezident İlham Əliyevin imzaladığı
məlum Sərəncamdan
sonra rayonda 2 min hektar ərazidə
fındıq bağı
salınıb ki, bunun da 140 hektarı
Padar kəndinin payına düşür:
“Hazırda rayonda, eləcə də kəndimizdə fındıqçılığın
inkişaf etdirilməsi
ilə bağlı işlər aparılır.
Cənab Prezidentimizin Sərəncamından sonra
fermerlərin də bu sahəyə marağı xeyli artıb. Kənddə bir neçə fermer var ki,
hektarlarla ərazidə
yeni fındıq bağları salıblar. Afər İsmayılov 50,
Akif Adıgözəlov
23, Hafiz Məmmədov
13, Ələsgər Həsənov
4, İlham Şirəliyev 2 hektar sahəyə yeni fındıq tingləri əkiblər. Bununla yanaşı, əvvəllər
fındıq bağları
olan kəndlilər də öz həyətyanı sahələrində
tinglər əkiblər.
Hazırda bu istiqamətdə
işlər davam etdirilir. Əhalidə ruh yüksəkliyi müşahidə olunur. Çünki becərilməsi
o qədər də zəhmət tələb etməyən fındığa
tələbat böyükdür
və qiyməti də əhalinin, fermerlərin maddi vəziyyətini xeyli yaxşılaşdıracaq”.
Tinglərin növünə
gəldikdə isə
bələdiyyə sədri
bildirdi ki, əkilən tinglər hamısı yerlidir: “Bunun da səbəbi
iqlimə və torpağın münbitliyinə
uyğun olması, ən əsası isə yağlılıq faizinin çox olmasıdır. Hazırda
əkilən sortlar İtaliya, Türkiyə və Amerika sortlarından daha yağlıdır. Belə
fındığa isə
bazarda tələbat çoxdur”.
Mövzu ilə
bağlı 13 hektar sahədə ting salan fermer Hafiz
Məmmədovla əlaqə
saxlayıb fikirlərini
öyrəndik. Cənab
Prezident İlham Əliyevin sahibkarlara, fermerlərə hər zaman dəstək olduğunu deyən müsahibimiz bildirdi ki, dövlət tərəfindən onlara bir sıra köməklik
göstərilir: “Təbii
ki, bu, çox
yaxşı bir haldır. Rayonlarda əkinə yararlı ərazilər boş qalmamalıdır. Bu, insanların rifah halının yüksəldilməsi,
məhsuldarlığın artımı, rəqabətin
güclənməsi baxımından
həm dövlətimiz,
həm də sakinlər üçün
vacibdir. Fındıqçılıq
da ən gəlirli sahələrdən
biridir. Sevindirici haldır ki, cənab Prezidentimiz belə bir sərəncam
imzaladı və bu sahədə canlanma yaratdı”.
Subsidiyaların verilməsinə də münasibət bildirən
fermer H.Məmmədov
bunu sahibkarlara dəstəyin bariz nümunəsi kimi qiymətləndirdi: “Mən
hazırda Padar kəndində 13 hektar sahədə yeni ting əkmişəm. Dövlət tərəfindən
bütün fermerlərə,
o cümlədən mənə
də tinglər pulsuz paylanılıb. 1 hektara 160 çala, hər çalaya isə 4-5 ting əkilib. Bundan başqa istifadə olunan gübrənin və suvarma sisteminə çəkilən
vəsaitin 40 faizi də dövlət tərəfindən ödənilir.
Eyni zamanda bir hektar ərazinin
əkinə hazırlanması
üçün sərf
olunan yanacaq üçün də 50 manat subsidiya verilir”.
Məhsulun yığımı
və satışı
məsələsinə də
toxunan həmsöhbətimiz
qeyd etdi ki, hazırda rayonun Kərimli kəndində fındıqtəmizləmə
müəssisəsi tikilir:
“Yəqin ki, qısa zaman kəsiyində zavod işlək vəziyyətə
gətiriləcək. Bundan
başqa ətraf rayonlarda da fəaliyyətdə
olan xeyli zavod var. Yəni, satışla bağlı problem olmayacaq. Məhsul yığımına gəldikdə
isə 3 ildən sonra ilk yığım
planlaşdırılır. 4-5 ildən sonra isə tam məhsul
yığmaq olacaq”.
Yazını hazırlayarkən Kənd
Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri Murtuzəli
Hacıyevlə əlaqə
saxlayıb bir neçə statistik məlumatı da aldıq. Mətbuat xidmətinin rəhbəri
bildirdi ki, cənab Prezident İlham Əliyevin Sərəncamından sonra
ölkə üzrə
13 rayonda olmaqla 13 min hektar ərazidə
yeni bağlar salınıb. Əkilən
hər tingə görə fermerlərə
0.10 manat subsidiya verildiyini deyən M.Hacıyev hazırda 32 min hektar sahədən
fındıq tədarük
olunduğunu bildirdi.
2015-ci ildə bu ərazilərdən 32 min
tona yaxın fındıq yığılaraq
daxili və xarici bazarlarda satılır ki, bu da ölkəmizə
külli miqdarda valyuta gətirib.
Ziyafəddin
Bayramov
Respublika.-
2017.- 22 oktyabr.- S.22.