Bakıda V Beynəlxalq Kitab
Sərgi-Yarmarkasının açılışı olub
Sentyabrın 28-də Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə
reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı
olub.
AZƏRTAC
xəbər verir ki, Bakı İdman
Sarayında keçirilən
sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni
təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən
çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak
edir.
Açılışda çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən
builki kitab sərgi-yarmarkasına böyük
marağın olduğunu
bildirib. Son vaxtlar
Azərbaycanda mütəmadi
olaraq beynəlxalq tədbirlərin keçirilməsini
yüksək qiymətləndirən
nazir belə tədbirlərin beynəlxalq
ictimaiyyət tərəfindən
də rəğbətlə
qarşılandığını qeyd edib.
Poliqrafiya müəssisələrinin öz
məhsulları ilə
təmsil olunmasını
diqqətə çatdıran
nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab
təqdimatlarının, “dəyirmi
masa”ların, müzakirələrin
aparılacağını bildirib.
Nazir son
illər yeni, latın qrafikalı
nəşrlər hesabına
kitabxanaların zənginləşdirilməsi
istiqamətində xeyli
iş görüldüyünü
diqqətə çatdırıb.
Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 2004-cü il
12 yanvar tarixli Sərəncamına və
dünya ədəbiyyatının
Azərbaycan dilində
çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə.Qarayev bildirib ki, ölkəmiz
hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil
olunur və kitablarımız beynəlxalq
sərgilərdə ən
yüksək mükafatlara
layiq görülür.
Beynəlxalq kitab sərgilərinə
təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm
də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu
tərəfindən bir
sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət
daşıyır.
Əbülfəs Qarayev kitab nəşriyyatı
sahəsinin hər zaman dövlətin diqqət mərkəzində
olduğunu vurğulayıb. Bildirib ki,
əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların
ölkəmizə gətirilməsinə
nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin,
tərcümə və
elmi ədəbiyyatların
işıq üzü
görməsinə yönəlmiş
qərar və göstərişlərin
vaxtında icrasını
təmin etmək, gənc nəslin kitaba maraq və
sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı
nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.
Sərgi ilə
bağlı təəssüratlarını
bölüşən Baş
nazirin müavini, Xalq Yazıçısı
Elçin Əfəndiyev
bütün oxucuları
kitab bayramı münasibətilə təbrik
edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların
keçirilməsi artıq
bir ənənə halını alıb. Kitabın bəşəri
dəyər olduğunu
qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini
yüksək qiymətləndirib.
Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq
kitab sərgiləri, eyni zamanda, digər
beynəlxalq tədbirlər
ölkəmizdə yüksək
səviyyədə keçirilir.
Gələcəkdə bu yöndə
daha da böyük
işlər görüləcəyinə
əminliyini ifadə edən E.Əfəndiyev bildirib ki, iştirakçılar
builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının
tarixi, mədəniyyəti,
ədəbiyyatı və
bugünkü inkişaf
səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.
Sonra qonaqlar
sərgi ilə yaxından tanış olublar.
“Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”,
“Yazıçı”, “Əli
və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər poliqrafiya müəssisələrinin son
çap məhsullarının
sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya
Agentliyi (AZƏRTAC) də
ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara
təqdim etdiyi nəşrlər sırasında
son vaxtlar agentlik tərəfindən
buraxılmış “İnformasiya
yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində
AZƏRTAC-ın yeri: təşəkkül tarixi
və inkişaf mərhələləri”, “Keçid
cəmiyyətində demokratiya”, “Sivilizasiyaların
dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”,
“Dövlət siyasətinin
informasiya təminatı”,
“Türkdilli agentliklərin
Bakı görüşü”
və digər kitablar sərginin ziyarətçilərində daha
böyük maraq doğurub.
Respublika.- 2017.- 29 sentyabr.- S.3.