Azərbaycanın 9 möcüzəsisilsiləsindənAbşeron Milli Parkısənədli filmi təqdim olunub

 

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olanAzərbaycanın 9 möcüzəsisilsiləsindənAbşeron Milli Parkısənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla ƏliyevaAbşeron Milli Parkıfilminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlərAzərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanıbölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başladı.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevaya təşəkkür etdi. “Bu ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, - deyən rejissor bizim özümüzün təbiətin bir hissəsi olduğumuzu bildirdi.

Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəlAzərbaycan. Ceyranların xilasıfilmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park - Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, sosial şəbəkələrdə paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söylədi. Vurğuladı ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirdi bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirdi. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu dedi.SonraAbşeron Milli Parkı” sənədli filmi nümayiş etdirildi. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

Azərbaycanın 9 möcüzəsilayihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur Samur-Yalama milli parklarından söhbət açılacaq.

IDEA-nınAzərbaycanın 9 möcüzəsilayihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Respublika.- 2018.- 4 aprel.- S.4.