Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi həvəskarları qarşısında bu dəfə festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin Janna Qandelman (violin, İsrail), Annel Greqori (violin, ABŞ), Olqa Yermakova (piano) və Şükür Səmədov (klarnet) çıxış ediblər.

Konsertdə Sergey RaxmaninovunRomans lya-minor”, Anton RubinşteyninViolinfortepiano üçün 3 nömrəli sonata”, Reynqold QilerinViolinviolonçel üçün 8 duet”, İohannes Bramsın “Klarnet, violonçelfortepiano üçün trio” əsərləri səsləndirilib.

 

AZƏRTAC

 

Respublika.- 2018.- 1 avqust.- S. 6.