Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə S.Raxmaninovun “Fortepiano və violonçel üçün sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo, R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano və viola üçün Sonata” əsərləri səsləndirilib.

Kamera musiqisi axşamında festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin avstriyalı viola ifaçısı Nora Romanov-Şvartsberq və Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Adıgözəlzadə çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Kubadan gəlmişJovenes Clasicos Del Son” ansamblının konserti olacaq.

 

Respublika.- 2018.- 2 avqust.- S.5.