Əbülfəs
Qarayev: Qəbələ Beynəlxalq Musiqi Festivalına maraq ildən-ilə
daha da artır
X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə artıq öz işinə başlayıb. İldən-ilə bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən ona göstərilən diqqət və maraq artmaqdadır. İlk illərdə bu təşəbbüs irəli sürüləndə kimsə düşünmürdü ki, dünya musiqisi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunaraq böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki,
ötən illər ərzində şəxsən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın himayəsi, dəstəyi
və təşkilatçılığı sayəsində
dünya miqyasında ən
tanınmış musiqi kollektivlərinin
Qəbələyə gəlməsinə imkan
yaranıb. London, Yohanesburq,
İsrail, Rusiya, Fransa, İtaliya və digər
ölkələrin aparıcı musiqi
kollektivləri Qəbələyə gəlib. “Hesab edirəm ki, bu, öz-özlüyündə bir göstəricidir. İlbəil genişlənən
beynəlxalq auditoriya məhz Qəbələyə
mədəni turizm məqsədləri üçün gəlməkdədir və bu, bizi olduqca
sevindirir”, - deyə Əbülfəs Qarayev qeyd edib.
AZƏRTAC
Respublika.- 2018.- 2 avqust.- S.6.