Kitabxana bəşəriyyətin mədəniyyət və
elm xəzinəsidir
]Cəfər Cabbarlı adına
Respublika Gənclər
Kitabxanasının 90 illiyi
qeyd edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyinin
qeyd edilməsi kitabsevərlər üçün
əsl bayramdır. Gənclərdə mütaliəyə həvəsin formalaşması,
onlarda kitaba maraq və hörmət
yaratmağı qarşıya
məqsəd qoyan kitabxana, yeni nəslin bilik və savadlarının artırılmasında böyük
rol oynayır.AZƏRTAC
xəbər verir ki, bu sözləri
dekabrın 5-də Respublika
Gənclər Kitabxanasının 90 illiyinə həsr edilmiş tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev deyib.Azərbaycan Musiqili Teatrında reallaşan tədbirdə kitabxananın
son illər öz fəaliyyəti ilə seçildiyini söyləyən nazir bildirib ki, burada
bir sıra təlim kursları təşkil edilir, yeni layihələr reallaşdırılır. Kitabxana
fəaliyyətində hər
zaman innovativ yanaşmalarla rəqabət
aparır. Kitabxananın bazası o qədər
genişdir ki, burada həm Azərbaycanın, həm də digər ölkələrin hüquq
bazası haqqında məlumat almaq mümkündür.“Bir çox ictimai qurumlarla geniş əlaqə quran kitabxana gənclər üçün faydalı
və lazımlı olan layihələrə imza atır. İnanıram ki, Respublika
Gənclər Kitabxanası
həmişəki kimi,
gələcəkdə də
humanitar baza rolunu oynamaqla yanaşı, geniş spektrdə fəaliyyət
göstərəcək. Azərbaycanda kitabxana işinə dövlət tərəfindən hər
zaman diqqət göstərilib və bu ənənə bu gün də
davam edir. Ulu öndər Heydər Əliyev gənclərimizin savadlı
olması, onların biliklərinin artırlmasına
böyük önəm
verirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bunun nəticəsidir ki, Respublika Gənclər Kitabxanasının
dörd əməkdaşına
dövlət başçısının
müvafiq Sərəncamı
ilə “Tərəqqi”
medalı verilib. Bu gün ölkədə
fəaliyyət göstərən
kitabxana şəbəkələri
təkmilləşir, inkişaf
edir və imkanlarını genişləndirir.
Bu yaxınlarda Azərbaycan Milli Kitabxanasının 90 , Respublika
Uşaq Kitabxanasının
50 illiyini qeyd etdik. Eyni zamanda,
ölkəmizdə kitabxanaçıların
qurultayları, simpoziumları,
“dəyirmi masa”ları
keçirilir. Bir sözlə, ölkəmizdə
bu sahədə çoxlu işlər görülür, bu mənada, Respublika Gənclər Kitabxanası
da bu işə
töhfəsini verməkdə
davam edir, üzərinə düşən
vəzifələri uğurla
yerinə yetirir. Bir çox kitabxanalarımız
da beynəlxalq əməkdaşlığını genişləndirir”, - deyə
Əbülfəs Qarayev
bildirib.Sonra Respublika Gənclər Kitabxanasının
bir sıra əməkdaşlarına Mədəniyyət
Nazirliyinin fəxri fərmanları təqdim olunub.Azərbaycan Mədəniyyət
İşçiləri Həmkarlar
İttifaqı Respublika
Komitəsinin sədri
Cəmilə Səttarova
dövlət başçısı
tərəfindən kitabxana
işinə göstərilən
diqqətdən söz
açıb. Deyib ki, ölkəmizdə kitabxanaçılıq sahəsi
inkişaf edir, bu istiqamətdə yeni layihələr reallaşdırılır və
yeni üfüqlər
açılır: “Kitabxana
bəşəriyyətin mədəniyyət
və elm xəzinəsidir. Bu gün münasibətilə
Respublika Gənclər
Kitabxanası ilə yanaşı, digər kitabxanalarımızda da çalışan hər
bir kitabxanaçını
təbrik edirəm”.
Kitabxananın direktoru Oruc Quliyev rəhbəri olduğu qurumun keçdiyi tarixi yola nəzər salıb.
Bildirib ki,
bu gün ölkəmizdə 90 yaşı
olan az sayda
kitabxanalardan biri olan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Azərbaycanın mədəni-maarif
sahəsinin inkişafında
əvəzsiz rol oynayır. Azərbaycan gəncliyinin hərtərəfli
inkişafı, onun milli vətənpərvərlik
tərbiyəsi, yüksək
təhsil tələbləri,
dünyaya açılması,
yeniliyə, yeni texnologiyalara açıq olması, həyatında milli dəyərlərlə
bəşəri dəyərləri
uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin
əsas ideoloji platformasını təşkil
edir.
Göstərilən diqqətə görə Prezident İlham Əliyevə rəhbəri
olduğu qurum adından təşəkkür
edən O. Quliyev bundan sonra da
kollektivlə birgə
yorulmadan çalışacaqlarını
söyləyib.
Milli Məclisin deputatı
Fazil Mustafa Respublika Gənclər Kitabxanasının gənclərin
milli vətənpərvərlik
ruhunda tərbiyəsində,
onların mütaliə
marağının ödənilməsində
və asudə vaxtlarının səmərəli
təşkilindəki fəaliyyətindən
bəhs edib.
Tədbir konsert proqramı ilə davam edib.
Respublika.- 2018.- 6 dekabr.-
S.5.