Ceyhun Hacıbəylinin varisləri
bu gün Bakının bir neçə ali məktəbində olub
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
olan Ceyhun Hacıbəylinin Bakıda
səfərdə olan
varisləri bu gün bir neçə
ali məktəbdə
görüş keçirib.
Diasporla İş üzrə
Dövlət Komitəsindən
AZƏRTAC-a bildirilib ki,
Ceyhun Hacıbəylinin
gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar
Üzeyir Hacıbəyli
nəslinin davamçıları
sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bu gün bəstəkarın
adını daşıyan
Bakı Musiqi Akademiyasını ziyarət
ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.
Sonra qonaqlar
ADA Universitetində olublar. Universitetin rektoru
Hafiz Paşayevlə keçirilən
görüşdə Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri Fuad Muradov da iştirak edib. Görüşdə
Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr
aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər
göstərmiş Ceyhun
Hacıbəylinin Azərbaycanın
tarixində oynadığı
misilsiz rolu vurğulanıb.
Paskal Hacıbəyli
Buşe və Benjamin Hacıbəyli görüşlərdən
sonra İçərişəhərdə
Azərbaycanın tarixi
və mədəni abidlərini ziyarət edib, daha sonra
Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.
Qeyd edək
ki, Ceyhun Hacıbəylinin varisləri
Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin
100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər
çərçivəsində Azərbaycanda səfərdədir.
Respublika.- 2018.- 7 dekabr.-
S.5.