Leonid Yakuboviç: Heydər
Əliyev yüksək
intellekt, güclü xarizma sahibi idi
“Heydər Əliyev
yüksək intellekt,
güclü xarizma sahibi idi. Mən
həyatımda yalnız
iki və ya üç bu cür adamla
rastlaşmışam”. Rusiyalı
məşhur teleaparıcı
Leonid Yakuboviç “Moskva-Baku” portalına müsahibəsində söyləyib.
AZƏRTAC xəbər verir ki, L.Yakuboviç
Azərbaycanın ümummilli
lideri Heydər Əliyevlə görüşünü
xatırlayaraq deyib:
-Bu hadisə çoxdan, lap çoxdan olub. Hətta hansı ildə görüşdüyümüzü unutmuşam. Bizim
“Pole çudes” komandası
Bakıya gəlmişdi,
idman zalında oyun keçirdik, ertəsi gün Heydər Əliyevlə görüşdük.
Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev
stolun yuxarı başında əyləşmişdi.
O, Azərbaycanın siyasi
və iqtisadi vəziyyətini qısaca
izah etdi, amma əslində mən heç nə başa düşmədim. İyirmi
dəqiqəlik söhbətdən
sonra o dedi: “Hamınız azadsınız,
siz isə, Leonid, əyləşin”.
Beləcə, 20 dəqiqəlik görüş
2 saat yarımlıq söhbətə çevrildi. Daha
doğrusu, bu, mənim monoloqum idi, Heydər Əliyev susur, mən isə bütün həyatımı,
lap doğulduğum vaxtdan ona söyləyirdim.
O, heç nə soruşmur, amma məni diqqətlə dinləyirdi. Hərdən
başını tərpədir,
mən yorulanda söhbəti istiqamətləndirirdi.
O, özünü əsla
məndən yuxarı
tutmur, öz mövqeyini qabartmırdı.
Hərdən sakit səslə nə isə soruşurdu. Mən ona hər
şeyi danışdım:
atam və anam haqqında, atamın harada vuruşması barədə,
necə dolanmağımız
haqda – hər şeyi! O vaxt mən hiss etmirdim
ki, danışan təkcə mənəm. Onun yanında özümü çox rahat hiss edirdim.
Heydər Əliyev
yüksək intellekt,
güclü xarizma sahibi idi. Mən
həyatımda iki və ya üç
bu cür adamla rastlaşmışam.
Onun gözləri çox şeydən xəbər verirdi.
Heydər Əliyev
təpədən-dırnağa qədər bilik, intellekt sahibi idi. Bizim yeganə
görüşümüzün təsirindən hələ
də özümə
gələ bilmirəm.
Mən bütün söhbətimizi
kağıza köçürmək
istədim, amma nədənsə alınmadı.
Məndə belə hiss yaranmışdı ki, onunla min
ildir tanışıq
və o, sanki mənim gəlməyimi, hər şeyi ona danışmağımı
gözləyirdi.
Sonradan onunla
söhbətimizi təhlil
edərək xalqın
nə üçün
onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir.
Mən güman etmirəm ki, ondan qorxurdular. Xalq ona hədsiz
hörmət bəsləyir
və ümid edirdi ki, respublikanı
yalnız o, xilas edə bilər.
Heydər Əliyevin
oğlu İlham ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət
edir. Təbiət bu genin qüdrətini
İlham Heydər oğluna ötürüb.
O, atasına xas olan daxili qüvvəni,
güclü xarakteri əxz edib.
Respublika.-
2018.- 8 dekabr.- S.1.