Polşada Azərbaycan
Ticarət Evi açılıb
Polşanın paytaxtı Varşavada
Azərbaycan Ticarət
Evi açılıb.
Bu barədə Trend-ə İqtisadiyyat
Nazirliyindən məlumat
verilib.Nazirlik tərəfindən
yaradılmış Azərbaycan
Ticarət Evi “Made in
Azerbaijan” brendinin Polşa
bazarında daha çox tanıdılmasına,
Azərbaycan məhsullarının
ixracının təşviqi
və genişləndirilməsinə
dəstək göstərəcək,
yerli məhsullarımızın
Polşada satışını
təşkil edəcək,
sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata
keçirəcək.Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif
növ məhsullarının
sərgisi təşkil
olunub. Daimi fəaliyyət göstərəcək
sərgidə 30-a yaxın
Azərbaycan şirkətinin
istehsal etdiyi məhsullar, o cümlədən
spirtli içkilər,
quru meyvələr, nar, fındıq, çay, mürəbbə,
meyvə suları,
mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.Azərbaycan
Ticarət Evinin fəaliyyətə başlaması
ilə əlaqədar
təşkil olunmuş
tədbirdə iqtisadiyyat
naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri
və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən
Ş.Mustafayev Polşada
Azərbaycan Ticarət
Evinin açılmasının
dövlət başçılarının
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
inkişafına verdikləri
böyük önəmin,
Polşada Azərbaycan
məhsullarına olan
marağın göstəricisi
olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə
ticarət nümayəndəsi
də məhz 2017-ci ildə Polşada təyin olunub. Qeyd olunub ki, strateji
tərəfdaşlıq, qarşılıqlı
hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa
əlaqələri uğurla
inkişaf edir. Polşanın paytaxtı Varşavada
Azərbaycan Ticarət
Evinin açılması
iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar
dairələr arasında
əlaqələrin genişləndirilməsinə
öz töhfəsini
verəcəkdir.
Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin inkişafını
vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu
ilin ilk 9 ayı ərzində ölkələrimiz
arasında ticarət dövriyyəsi 57% artıb.
İndiyədək Polşa Azərbaycana
20 mln. dollardan
çox, Azərbaycan
isə Polşaya 6,5 mln. dollar investisiya
yatırıb. Hazırda
Azərbycanda xidmət,
sənaye və ticarət sahələrində
21 Polşa şirkəti
fəaliyyət göstərir.Əməkdaşlığın
inkişafı perspektivlərindən
danışan İqtisadiyyat
naziri ölkələrimiz
arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat,
təhsil, turizm və digər sahələrdə böyük
potensialı diqqətə
çatdırıb.Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç və xarici işlər nazirinin müavini Maciej Lang Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli
iqtisadi əlaqələrin
inkişafında mühüm
addım olduğunu, ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
və işgüzar münasibətlərin inkişafında
əhəmiyyətini vurğulayıb,
qarşılıqlı iqtisadi
əlaqələrin genişləndirilməsi
istiqamətlərinə dair
fikirlərini bölüşüblər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov
Polşada Azərbaycan
Ticarət Evinin iqtisadi əlaqələrin
genişlənməsində önəmini qeyd edib, iş adamlarını
bu imkandan yararlanmağa dəvət
edib.
Sonra tədbir
iştirakçıları Azərbaycan Ticarət Evi və burada
daimi fəaliyyət göstərən Azərbaycan
məhsullarının sərgisi
ilə tanış olublar.
Tədbir çərçivəsində
Azərbaycan Ticarət
Evi ilə Polşanın “STX ONE” şirkəti
arasında fındıq
və nar şirəsi konsentratının
satışına dair
Anlaşma Memorandumu imzalanıb.
Polşaya səfər
çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayev Polşanın
sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviçlə görüşüb.
Görüşdə Ş.Mustafayev
Azərbaycanda qeyri-neft
sektorunun inkişafı
istiqamətində həyata
keçirilən islahatlar,
yaradılmış əlverişli
biznes və investisiya mühiti barədə məlumat verib, polşalı sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib. Polşanın sahibkarlıq
və texnologiyalar naziri xanım Y.Emileviç Polşanın
Azərbaycanla əlaqələrin
inkişafında maraqlı
olduğunu vurğulayaraq
əməkdaşlıq perspektivləri
barədə fikirlərini
bölüşüb.
Azərbaycan Prezidentinin tapşırığına
əsasən, Azərbaycanda
istehsal edilən məhsulların ixracının
təşviqi və genişləndirilməsi, "Made
in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması,
satışının təşkili
və əlaqələndirilməsi
məqsədilə xarici
ölkələrdə ticarət
evlərinin yaradılması prosesi davam etdirilir.
Respublika.-
2018.- 8 dekabr.- S.3.