Aktyor Abbas Mirzə Şərifzadənin 125 illiyinə
həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi,
Yasamal Rayon MKS-nin əməkdaşları
və fəal oxucuların təşkil etdiyi Yasamal rayon A.M.Şərifzadə
adına Mədəniyyət
Mərkəzində tanınmış
aktyor Abbas Mirzə Şərifzadənin
125 illiyinə həsr
olunmuş tədbir keçirildi.
Tədbirdə tanınmış ziyalılar, mədəniyyət
və incəsənət
xadimləri, professor İlham Rəhimli, Xalq artisti Azər
Paşa Nemətov, görkəmli ədəbi
tənqidçi, filologiya
üzrə fəlsəfə
doktoru Əsəd Cahangir, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının
sabiq baş rejissoru Ağakişi Kazımov, Xalq artisti Hacı
İsmayılov, Xalq artisti, Dövlət Pantomima Teatrının direktoru Bəxtiyar Xanızadə və başqaları iştirak etdilər.
Tədbiri giriş
sözü ilə Yasamal Rayon İcra
Hakimiyyəti başçısının
müavini Təravət
Muradova açaraq bildirdi ki, Yasamal
rayonunda böyük quruculuq işləri aparılır, rayon günü-gündən abadlaşır.
Rayonun ərazisində
çoxlu ali məktəblər, Milli Elmlər Akademiyasının
bir çox institutları fəaliyyət
göstərir. O, A.M.Şərifzadə
haqqında qısa məlumat verərək bildirdi ki, rayonun
ərazisində aktyorun
adını daşıyan
küçə və
Mədəniyyət Mərkəzi
vardır.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli elmi araşdırmalarından danışaraq
qeyd etdi ki, A.M.Şərifzadə novator-aktyor olub. Onun təklifi ilə istedadlı insanlar Xarkov və Moskva şəhərlərinə oxumağa
göndərilib. İ.Rəhimli
vurğuladı ki, Həştərxanda teatrın
əsasını azərbaycanlılar
qoyub. Simferopol, Oş, Buxara, Səmərqənd, Aşqabad
teatrlarının yaranması
da azərbaycanlılarla
bağlıdır. Professor
bildirdi ki, 1921-1937-ci illərdə A.M.Şərifzadə
dəfələrlə H.Cavidin
“Şeyx Sənan” tamaşasında baş rolu ifa edib.
Onun bir çox uğurlu rollarından danışaraq,
“İblis”, “Topal Teymur”, “Aydın”, “Od gəlini” və başqa tamaşaları da qeyd etdi və
A.M.Şərifzadəni həm
də “böyük rejissor” adlandırdı.
Xalq artisti,
professor Ağakişi
Kazımov bildirdi ki, A.M.Şərifzadə
1938-ci ildə güllələnib.
O, tanınmış aktyoru
bənzərsiz bir insan kimi tədbir
iştirakçılarına təqdim etdi və qeyd etdi
ki, o, bütün aktyorların müəllimi
olub, aktyor, rejissor, tərcüməçi,
pyeslərin müəllifi
və kino rejissoru kimi də tanınmışdı.
Xalq artisti, Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri
Azər Paşa Nemətov professor İlham Rəhimlinin yorulmaz əməyini qeyd edərək bildirdi ki, o, A.M.Şərifzadə haqqında
bir çox sənədləri araşdırıb
üzə çıxara
bilmişdir.
Xalq artisti,
aktyor Hacı İsmayılov A.M.Şərifzadəni
teatrımızın işığı
adlandırdı və
“Yaşıl eynəkli
adam” tamaşasından
maraqlı fraqment söylədi.
Ədəbi tənqidçi Əsəd
Cahangir bildirdi ki, A.M.Şərifzadə çox çətin və təhlükəli bir dövrdə yaşayıb yaratmışdır.
Xalq artisti
Bəxtiyar Xanızadə
çıxışında bildirdi ki, A.M.Şərifzadə
böyük aktyor olmaqla yanaşı, həm də böyük insan idi.
Sonda tədbir
iştirakçıları A.M.Şərifzadə haqqında
videoçarxı, “Molla
Mirza Abdulraqim“ və “Cavid ömrü” filmlərindən
fraqmentləri izlədilər.
Kamil İSMAYILOV
Respublika.-
2018.- 8 dekabr.- S.5.