Atatürk Mərkəzində tədbir
Bu bir həqiqətdir ki, sözügedən kitab (“Bu dünya sənin
yerindi...”) ədəbi
fakt və ədəbi hadisə kimi çağdaş Azərbaycan poeziyası tarixində öz dəyərli yerini tutdu - bunu heç
kim inkar edə bilməz. Vətən dərdindən,
dünya qayğılarından
biçilmiş Qiymət
Məhərrəmlinin söz
aləmi onu sevənlərə, ümumiyyətlə
ədəbiyyatşünaslığa gözəllik görkünün
təcəssümüdür. Hərdən “kəndçiliyi
tutmuş”, üzü-gözü
boz şəhərdə
belə mənliyini qoruyub saxlamış gözəl Şəkinin
gözəl övladının
bu uğuru əlbəttə ki, danılmazdır. Poeziyasevərləri daima “İşığa sarı” aparan bu nurlu söz
ustası poetikası,
insansevərliyi ilə
ədəbiyyat mülkündə
özünə layiqli
yer tutub, desək, yanılmarıq...
İnamla deyə bilərik ki, bu cür kitabların
olması ədəbiyyatımızın,
xüsusən də şeirimizin hələ də yaşadığının
təsdiqidir. Yaradıcılığı ilə
“5”lərin fövqündə dayanan Qiymət Məhərrəmli dostlarını
hələ çox sevindirəcəkdir. Sözə
və onun yaradıcılarına eşq
olsun!
Yuxarıda yazılanların
təsdiqi kimi dekabr ayının 17-də
Bakıdakı Atatürk
Mərkəzində AMEA Folklor
İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhərrəmlinin 55 illik
yubiley tədbiri keçirildi. Mərasimdə şairin “Bu
dünya sənin yerindi...” şeir kitabının, yubilyara həsr olunmuş “Qiymət Məhərrəmli
- 55” Xüsusi Buraxılışın,
eləcə də Xalq artisti Eldost
Bayramın ifasında
şairin şeirlərindən
ibarət “Allaha dair oluram” audio-diskinin
təqdimatı oldu.
Mərasimin aparıcısı, kitabın redaktoru və Ön sözün müəllifi,
professor Rüstəm Kamal səmimiliyi ilə seçilən, oxucuların sevdiyi şair Qiymət Məhərrəmlinin yaradıcılıq
yoluna ekskurs edərək, Azərbaycan
poeziya gülşənindəki
özünəməxsus yerindən
danışdı.
İlk şeir kitabını
1996-cı ildə oxuyub-bəyəndiyi
şairin aradan keçən illər ərzində oxuculara daha bir neçə
şeir kitabını
ərməğan etdiyindən
söz açdı.
O, Qiymət Məhərrəmlini
səmimi, ləyaqətli,
öz sözü, öz izi olan
şair kimi xarakterizə etdi. Aparıcı vurğuladı ki,
Məhsətidən üzü
bəri bütün qadınların şair taleləri o qədər də hamar olmayıb.
Çünki bir çoxları şair-şairə
münasibətlərində doğma-ögeylik səddi
yaradaraq, ədəbiyyatı
cinsi prinsipə tabe etməkdə bulunurdular. Qiymət Məhərrəmlinin şeirləri
təsdiqlədi ki, ədəbiyyat heç bir cinsi fərqlənməyə
məruz qalmadığına
görə bütöv
bir yaradıcılıq
sahəsidir... Natiq fikrini müəyyən ədəbi paralellər gətirərək iştirakçılara
aydın şəkildə
çatdırdı.
Sonra söz
ədəbiyyat bilicilərinə
- şair və alimlərə verildi. Gürcüstan Aşıqlar Birliyinin
sədri, şair Dərviş Osman Əhmədoğlu, AMEA Tarix
İnstitutunun şöbə
müdiri, professor, şair Şahin Fazil, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Nurməmməd Məmmədov,
“Borçalı Cəmiyyəti”
İctimai Birliyinin sədri, həkim-politoloq Zəlimxan Məmmədli Qiymət Məhərrəmlinin poeziyasından,
ziyalı xanım olmasından danışdılar,
onu təbrik etdilər, daha böyük uğurlar arzuladılar.
Cümhuriyyətimizin qurucusu böyük
Məhəmməd Əmin
Rəsulzadənin nəvəsi,
Əməkdar rəssam,
eyni zamanda “Bu dünya sənin
yerindi...” kitabının
rəssamı Rais bəy Rəsulzadə Qiymət xanımın ünvanına xoş sözlər söylədikdən
sonra, kitabın üz qabığında əks olunmuş şəklin orijinalı olan gözəl əsəri yubilyara hədiyyə etdi.
Şairin poeziyasından
ibarət diskdəki şeirlərin qiraətçisi,
sevilən diktorumuz, Xalq artisti Eldost
Bayram şairi onun “Mən qəribəm” şeirini söyləməklə təbrik
etdi.
Azərbaycan, Gürcüstan və
Rusiya Yazıçılar
Birliklərinin üzvü,
tanınmış şair-tərcüməçi
Givi Qiymət xanım üçün dostları tərəfindən
hazırlanmış sürprizlərin
- “Xüsusi Buraxılış”ın
və “Allaha dair oluram” diskinin
yubilyarın halal haqqı olduğunu vurğuladı. O, orijinal fikrləri ilə iştirakçıları
özünə cəlb
etdi. Belə ki, Givi: “Çoxları
Qiymətin yaradıcılıq
xüsusiyyətləri və
poeziyasından danışdılar.
Mən isə Qiymətin bacarmadıqlarını
dilə gətirmək
istərdim - o, yaltaqlanmağı,
yararlanmağı, özünü
gözə soxmağı
bacarmır. Mən Qiymət Məhərrəmlini
bu “bacarıqsızlığına”
görə çox sevirəm” - deyə gurultulu alqışlar qazandı.
Givinin həyat
yoldaşı Xatirə
xanım şairin Qiymət xanıma ünvanlanmış “Şəkidə”
şeirini böyük
məmnuniyyətlə səsləndirdi.
AMEA Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri,
Filologiya elmləri doktoru Mətanət xanım Abbasova Qiymət xanımın istedadlı şair, jurnalist, elm adamı olmaqla yanaşı, ləyaqətli
Azərbaycan xanımı
kimi də örnək olduğunu vurğuladı, ona, sədaqətli rəfiqəsinə
daha böyük
yaradıcılıq uğurları
dilədi.
“Dərkənar”
qəzetinin təsisçisi
və baş redaktoru, “Qiymət Məhərrəmli - 55” Xüsusi
Buraxılışının müəlliflərindən olan
Pünhan Şükür
və kitabın texniki redaktoru, mahir dizayner Oqtay Oruc da
öz səmimi təbrikləri ilə Qiymət Məhərrəmli
şəxsiyyətinə və
yaradıcılığına
yüksək dəyər
verərək, ona yeni zirvələr fəth etməyi arzuladılar.
Folklor İnstitutu “Aşıq
yaradıcılığı” şöbəsinin müdiri,
folklorşünas-alim Elxan
Məmmədli, “Xarici
əlaqələr” şöbəsinin
müdiri, tədqiqatçı-alim
Əli Şamil, akademik Telman Əliyev, şair-jurnalist Mədəd Coşqun, Memarlıq və İnşaat Universitetinin dosenti, arxitektor Hüseyn Artıkoğlu,
AMEA Əlyazmalar İnstitutunun
laboratoriya müdiri, ağac üzərində oyma sənətkarı Seyfəddin Mənsimoğlu,
tanınmış şairlərdən
Mübariz Məsimoğlu,
İlham Qəhrəman,
Elbəyi Cəlaloğlu,
Akəm Xaqan (o, Şəki ədəbi mühiti nümayəndələrinin
yubilyara ünvanlanmış
təbrik məktubunu səsləndirdi), Raifə
Sərxanqızı, Arzu
Nehrəmli, İlham Qazaxlı,
Səbinə Yusif, Eldar Həsrət, Xatirə Rəhimli, Qubadan gəlmiş şair Qüdrət Minhacoğlu Azərbaycan poeziyasının tanınmış
simalarından olan Qiymət Məhərrəmlini
təbrik edərək,
ona yeni yaradıcılıq uğurları
dilədilər.
AMEA-nın əməkdaşı Sarvan
Kərimov, H.Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi,
ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirov, jurnalist Şahin Abbas və başqaları da öz çıxışlarında
gözəl şeirlər
müəllifi, istedadlı
jurnalist, yorulmaz elm adamı, səmimi dost Qiymət xanım barədə arzularını bölüşdülər.
Sonda söz
yubilyara verildi. Qiymət Məhərrəmli “Səni
oxşamaz bu şəhər” şeirini
poeziyasevərlərə ərməğan
edərək, bu möhtəşəm tədbirin
keçirilməsində əməyi
olan, eləcə də yubiley günü ilə əlaqədar sürprizlər
hazırlayan bütün
dostlara öz minnətdarlığını bildirdi. Ənənəvi
olaraq xatirə şəkilləri çəkildi
və səbəbkara
gül dəstələri
və hədiyyələr
təqdim olundu.
Giya PAÇXATAŞVİLİ
Respublika.-
2018.- 20 dekabr.- S.7.