MÜSTƏQİL
AZƏRBAYCANDA İNTELLEKTUAL TƏRƏQQİ
HƏRƏKATININ SON ON BEŞ İLİ:
HAKİMİYYƏTLƏ İNTELLEKTİN VƏHDƏTİ
Bu il bütün müsəlman
Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100-cü
ildönümü tamam olur. Ölkəmizin qədim dövlətçilik
ənənələrinə malik olmasının nəticəsidir
ki, yüz il bundan əvvəl, 1918-ci ildə bütün
müsəlman dünyasında ilk demokratik respublika məhz Azərbaycan
xalqı tərəfindən yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycan Xalq
Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin,
müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə
standartlarının bərqərar olmasında müstəsna
rol oynamışdır. Ona görə də bu yubiley
yalnız Azərbaycan xalqı üçün deyil,
bütün türk və İslam dünyası
üçün olduqca əlamətdar bir hadisədir. Bu əlamətdar hadisənin dövlət səviyyəsində
layiqincə qeyd edilməsi, eləcə də ölkəmizdə
və xaricdə silsilə tədbirlərin həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci
ilin “Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə
bağlı tarixi Sərəncam imzalamışdır.
Xalqımızın dövlətçilik
ənənələrini, azadlıq, müstəqillik
eşqini öz qəlbində daim yaşatmasının nəticəsidir
ki, 70 illik sovet hakimiyyətindən sonra Azərbaycan dövlət
müstəqilliyini yenidən bərpa etmiş, bütün
çətinliklərə baxmayaraq, müasir Azərbaycan
dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti
nəticəsində onu qoruyub saxlamağa nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq
qurulan müstəqil Azərbaycan artıq otuz ilə yaxın
bir müddətdə öz strateji hədəflərinə
doğru inamla addımlamaqda, dünya birliyinin bərabərhüquqlu
üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaqda,
sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə
inkişaf etməkdədir.
Müstəqil Azərbaycan
Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi
inkişafının son on beş illik tarixi bilavasitə Azərbaycan
Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri
sırasında intellektual potensialına görə xüsusilə
fərqlənən, müasir imicli siyasi xadim kimi böyük
nüfuza malik olan cənab İlham Əliyevin adı ilə
bağlıdır. Dövlətçilik ənənələri
baxımından olduqca əlamətdardır ki, bu il Azərbaycan
Xalq Cümhuriyyətinin yüz illik yubileyi həm də cənab
İlham Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin
on beşinci ilinin tamam olduğu bir vaxta təsadüf edir.
Təbii ki, hər bir tarixi mərhələnin
tamam olması bir tərəfdən həmin dövrün dəyərləndirilməsini,
obyektiv qiymətləndirilməsini, digər tərəfdən
isə növbəti inkişaf mərhələsi
üçün perspektivlərin müəyyənləşdirilməsini
tələb edir. Bizim bu məqalədə
əsas məqsədimiz İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi son on beş il ərzində Azərbaycan elminin
inkişaf tendensiyalarını, müxtəlif istiqamətlər
üzrə bu sahədə görülən işləri, həyata
keçirilən tədbirləri, əldə olunan nailiyyətləri
nəzərdən keçirməkdir. Cənab İlham
Əliyev on beş il bundan öncə Prezidentlik fəaliyyətinə
başlayarkən “Neft kapitalını insan kapitalına
çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan
iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin
strateji hədəfi elan etdi. Heç bir
mübaliğəyə yol vermədən deyə bilərik
ki, son on beş ildə ölkənin sosial-iqtisadi, mədəni-mənəvi
tərəqqisinə adekvat olaraq ardıcıl və sürətlə
inkişaf edən istiqamətlərdən biri elmi fəaliyyət
sahəsi olmuşdur. Bu illər ərzində
istər elmin maddi-texniki bazasının gücləndirilməsi,
istər onun infrastrukturunun müasir tələblər səviyyəsində
təşkili, istərsə də elmin prioritetlərinin
dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə
uyğunlaşdırılması istiqamətində bir
sıra əhəmiyyətli nailiyyətər əldə
edilmişdir.
Hesab edirik ki, son on beş ildə
elmi fəaliyyət sahəsinin hərtərəfli təhlili,
bu illər ərzində həyata keçirilən
çoxsaylı tədbirlərin sistemli şəkildə təqdimi,
bu istiqamətdə əldə edilmiş nailiyyətlərin
müəyyənləşdirilməsi üçün həmin
mərhələyə ayrılıqda götürülən
üç beşillik üzrə nəzər salmaq daha məqsədəuyğundur.
2003-2008-ci illər: “neft kapitalının insan
kapitalına çevrilməsi” sosial-iqtisadi inkişafın əsas
formulu kimi
2003-2008-ci illər müasir Azərbaycanın
tarixində müstəqil dövlət quruculuğu
baxımından mühüm əhəmiyyətə malik
ayrıca bir mərhələdir. Məhz
2003-cü ildən başlayaraq cənab İlham Əliyev
ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu
sahəsində həyata keçirdiyi siyasətə uğurla
rəhbərlik etməyə başladı. Davamlı
sosial-iqtisadi inkişafa nail olunması, beynəlxalq aləmdə
Azərbaycanın nüfuzunun sürətlə artması,
strateji məsələlərin həllində
müstəqil və prinsipial mövqeyin ardıcıl olaraq
güclənməsi, dünya enerji təhlükəsizliyində
ölkəmizin rolunun genişlənməsi, sosial-iqtisadi,
ictimai-siyasi və humanitar sahələri əhatə edən
çoxsaylı Dövlət proqramları və konsepsiyaların
uğurla həyata keçirilməsi ilə Azərbaycanda
vətəndaş cəmiyyəti və hüquqi dövlətin
daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli
uğurlar əldə edildi. Nəticədə,
2003-2008-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf
tempinə görə dünya dövlətləri arasında
ön sıralara yüksəldi, ən müxtəlif parametrlər
üzrə real rəqəmlərdə əks olunan göstəricilərinə
görə isə regionun lider dövlətinə
çevrildi. Belə bir şəraitdə elmi fəaliyyət
sahəsində müşahidə olunan inkişaf tempi getdikcə
sürətlənməyə və özünün keyfiyyətcə
yeni mərhələsinə qədəm qoymağa
başladı.
2003-2008-ci illərdə Azərbaycan elminin
inkişafını şərtləndirən mühüm
amilləri aşağıdakı istiqamətlər üzrə
qruplaşdırmaq mümkündür:
1. Elmin inkişafının
dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən
birinə çevrilməsi;
2. Ölkənin sosial-iqtisadi inkişaf
strategiyasının müəyyənləşdirilməsində
insan kapitalının prioritet istiqamətlərdən biri
olaraq dövlət siyasəti səviyyəsində təsbiti;
3. Dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda elmin yerinin və rolunun müəyyənləşdirilməsi;
4. Bütün bunların nəticəsi olaraq
dövlətin elmi fəaliyyət sahəsində
aşağıda qeyd olunan istiqamətlərdə
mühüm tədbirləri həyata keçirməsi:
lalimlərin sosial vəziyyətinin
yaxşılaşdırılması, elmi fəaliyyətin
stimullaşdırılması və elmin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
ardıcıl tədbirlərin həyata keçirilməsi;
lelmi kadr potensialının gücləndirilməsi
istiqamətində müvafiq tədbirlərin gerçəkləşdirilməsi;
lhumanitar siyasət sahəsində uzunmüddətli
layihələrə start verilməsi;
lelmi potensialın dövlət siyasətinin,
xüsusən milli təhlükəsizlik siyasətinin həyata
keçirilməsində yaxından iştirakı.
Məlumdur ki, elmi fəaliyyət
sahəsində ən mühüm amillərdən biri onun
lazımi səviyyədə və effektiv mexanizmlər əsasında
maliyyələşməsinin, maddi-texniki bazasının
gücləndirilməsinin təmin edilməsidir. Ötən əsrin
doxsanıncı illərinin ortalarından ümummilli lider Heydər
Əliyev tərəfindən start verilən
bu istiqamətdəki tədbirlər 2003-cü ildən
ardıcıl olaraq davam etdirilməyə başlandı, alimlərin
şərəfli və ağır fəaliyyətinin
stimullaşdırılması sahəsində ölkə
başçısı tərəfindən bir sıra
mühüm sərəncamlar verildi. Konkret
olaraq, 2005 və 2006-cı illərdə alimlərin əməkhaqları
və doktorantların təqaüdləri, 2007-ci ildə isə
AMEA-nın həqiqi və müxbir üzvlərinin rütbə
maaşları əhəmiyyətli dərəcədə
artırıldı. Bundan əlavə, çoxsaylı alimlər
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
və müxtəlif dövlət mükafatları ilə
təltif edildilər. Bir faktı xüsusilə
qeyd etmək istərdik. 2008-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının elmi-tədqiqat müəssisələrindən
biri olan Geologiya İnstitutunun yubileyi münasibətilə
İnstitutun dörd əməkdaşı Prezidentin fərdi təqaüdünə,
üç əməkdaşı “Azərbaycan
Respublikasının əməkdar elm xadimi” fəxri adına,
iki əməkdaşı “Şöhrət” ordeninə, otuz
beş əməkdaşı isə digər təltiflərə
layiq görülmüşdür. Bu kimi faktları digər
institutlar haqqında da demək mümkündür.
2005-ci ildə zəngin elmi ənənələri
olan Azərbaycan xalqının intellektual potensialının
formalaşmasında, ümumən onun sosial-ictimai tərəqqisində
mühüm rol oynayan Azərbaycan Milli Elmlər
Akademiyasının yaradılmasının 60 ili tamam
olmuşdur. Bu əlamətdar hadisənin -
Akademiyanın 60 illik yubileyinin respublika miqyasında təntənəli
şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Sərəncam
imzaladı. Sərəncamdan irəli gələn vəzifələri
rəhbər tutaraq, 2005-ci ildə elmin populyarlaşdırılması və təbliği, beynəlxalq və
respublika miqyaslı çoxsaylı tədbirlərin - konfrans
və simpoziumların keçirilməsi, gənclərin elmi fəaliyyətə
cəlb edilməsi, Akademiyanın tarixi haqqında kitabların
nəşri və s. istiqamətdə çoxsaylı yubiley tədbirləri
həyata keçirildi. Cənab İlham Əliyev
özü şəxsən AMEA-nın 60 illik yubileyinə həsr
olunmuş tədbirdə iştirak etdi. Yubiley münasibətilə
AMEA-nın çoxsaylı əməkdaşları bir
sıra dövlət mükafatlarına layiq
görüldülər. Bütün bunlar Azərbaycanın
müqəddəs elm məbədi olan Elmlər Akademiyası əməkdaşlarında
dərin ruh yüksəkliyi yaratdı, burada aparılan elmi
araşdırmaların, elmi-təşkilati fəaliyyətin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına təkan verdi.
2003-2008-ci illərdə elmi fəaliyyət sahəsində
həyata keçirilən işlərin mühüm istiqamətlərindən
biri də elmin maddi-texniki bazasının
yaxşılaşdırılması olmuşdur. Məlum olduğu kimi, Akademiyanın, əsasən,
Bakı şəhərində yerləşən elmi-tədqiqat
müəssisələrinin binaları ötən əsrin
60-70-ci illərində istifadəyə verilmişdir. 2000-ci
ilin əvvəllərində isə paytaxtın sürətlə
yeniləşən siması fonunda bu binalar nisbətən arxaik
təsir bağışlamağa başlamışdır.
Məhz 2003-2008-ci illərdə Milli Azərbaycan
Tarixi Muzeyinin maddi-texniki bazasının
yaxşılaşdırılması, Azərbaycan Etnoqrafiya
Muzeyinin yaradılması, Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması, Nəsirəddin Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasının
yenidən qurulması haqqında ölkə
başçısı tərəfindən
ardıcıl sərəncamlar imzalandı. Həmin sərəncamların
icrası nəticəsində Akademiyanın çoxsaylı
binaları ən müasir səviyyədə təmir edildi,
lazımi avadanlıqlarla təchiz olundu.
2003-2008-ci illərdə yüksəkixtisaslı
kadr potensialının formalaşdırılması sahəsində
də əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Məlumdur ki, yüksəkixtisaslı
kadr potensialı, onların davamlı olaraq yenilənməsi, gəncləşdirilməsi
elmi fəaliyyətin əsasını təşkil edir. Məlumdur ki, ötən əsrin səksəninci
illərinin ortalarından əsrin sonlarına doğru Azərbaycanda
akademik kadr potensialı ciddi şəkildə zəifləmiş,
ölkədən xaricə beyin axını güclənmiş,
mövcud kadr sistemində kəskin qocalma tendensiyası
müşahidə olunmağa başlanmışdır.
Təkcə bircə faktı qeyd etmək istərdik. Akademik kadr potensialının formalaşması
baxımından olduqca mühüm əhəmiyyətə
malik AMEA üzvlüyünə seçkilər 1989-cu ildən
2001-ci ilədək ümumiyyətlə keçirilməmişdir.
2001-ci ildən sonra isə növbəti seçki məhz
2007-ci ildə keçirilmiş, elmin bu və ya digər
sahəsində xüsusi xidmətləri olan alimlər
Akademiyanın həqiqi və müxbir üzvləri, eyni
zamanda Rəyasət Heyətinin üzvləri
seçilmişlər.
2003-2008-ci illərdə elmin
inkişafından danışarkən milli-mənəvi dəyərlərin
qorunması, elmin informasiya təminatının gücləndirilməsi
baxımından olduqca mühüm əhəmiyyətə
malik uzunmüddətli humanitar layihələr üzərində
xüsusilə dayanmaq lazımdır. Bu layihələrin
də ilkin təşəbbüskarı kimi bilavasitə cənab
Prezidentimiz İlham Əliyev özü çıxış
etmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar
2004-cü il tarixində imzaladığı “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında” Sərəncam
buna parlaq nümunədir. Bu Sərəncamla
Milli Ensiklopediya Mərkəzinin yaradılması, onun təşkilati
strukturunun qurulması, kadr potensialının gücləndirilməsi,
respublikanın bütün elmi potensialının bu işə
səfərbər edilməsi sahəsində dövlət tərəfindən
olduqca böyük bir humanitar layihə gerçəkləşdirilməyə
başlandı.
Az bir müddət ərzində olduqca gərgin
zəhmətin, ən əsası, peşəkarlığın
nəticəsi olaraq Ensiklopediyanın “Azərbaycan” xüsusi
cildi ərsəyə gəldi. Azərbaycan haqqında bilik və
məlumatların bütün sahələrini əhatə edən
ilk fundamental və universal mənbə olan bu “Kitab”, təbii olaraq,
müasir mədəniyyətimizin hadisəsi
adlandırılmağa layiqdir.
Bu illər ərzində həyata
keçirilən humanitar tədbirlərdən biri kimi,
2004-cü ildə Prezidentin dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında Sərəncamını
da xüsusilə qeyd etmək istərdik. Bu Sərəncamla
nəhəng bir humanitar layihənin əsası qoyuldu. Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri latın
qrafikası ilə nəfis şəkildə nəşr edilməyə
başlandı. Hazırda istər Ensiklopediyanın cildlərinin
hazırlanması, istərsə də dünya ədəbiyyatının
nəşri sahəsində işlər uğurla davam etdirilməkdədir.
Məlum olduğu kimi, milli təhlükəsizliyin
təmin edilməsi hər bir ölkənin mühüm
prioritetlərindən biridir. İntellektual yanaşma və
elmi potensial olmadan isə bu məqsədə nail olmaq
mümkün deyildir. Bu baxımdan 2007-ci ildə
Prezidentin sərəncamı ilə intellektual məzmunlu və
elmi təhlükəsizliyi də əsas götürən Azərbaycan
Respublikasının Milli təhlükəsizlik
konsepsiyasının (elm, ərzaq, iqtisadi, ekoloji, enerji, hərbi,
informasiya, təhsil, mədəniyyət və s. təhlükəsizlik
istiqamətləri) qəbul edilməsini
xüsusi qeyd etmək istərdik. Konsepsiya
dövlətimizin müstəqilliyini, ərazi
bütövlüyünü, konstitusiya quruluşunu, xalqın
və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən
qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip
və yanaşmalarının müəyyən edilməsi məqsədi
ilə hazırlanmışdır. Konsepsiyada
qeyd edilir ki, elm, təhsil, mədəniyyət və mənəviyyatın
qorunması siyasəti Azərbaycan xalqının mədəni
irsinin, maddi və mənəvi dəyərlərinin
mühafizəsinə, onun mədəni tələbatlarının
ödənilməsi vasitələrinin və elmi-texniki
potensialının daxili və xarici təhdidlərdən
qorunmasına, mütərəqqi daxili və beynəlxalq
inkişafdan bəhrələnməsinə yönəlmişdir.
Ölkənin davamlı inkişafı üçün adekvat
sayda, müasir tələblər səviyyəsində təhsil
almış və təcrübə keçmiş peşəkar
insan potensialını, həmçinin elmi-texniki tərəqqini
təmin etmək zəruridir.
Konsepsiyanın tələblərinə
müvafiq olaraq, ölkədə yüksək
texnologiyaların, xüsusən də İKT sektorunun
inkişafı, kosmik sənayenin formalaşdırılması
kimi prioritet elm tutumlu istiqamətlərə böyük dəstək
verilməyə başlanılmışdır. Beləliklə,
2003-2008-ci illər dövlətin neft kapitalının insan
kapitalına çevrilməsi istiqamətində həyata
keçirdiyi siyasət nəticəsində Azərbaycan elmi
öz inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyur. Bu yeni mərhələ elmin
maddi-texniki bazasının gücləndirilməsi, alimlərin
sosial vəziyyətinin əsaslı olaraq
yaxşılaşdırılması, elmin prioritet fəaliyyət
sahəsi kimi cəmiyyətdə nüfuzunun
artırılması, dövlət siyasətinin həyata
keçirilməsində elmi potensialdan səmərəli
istifadə edilməsi, elmin informasiya təminatının
gücləndirilməsinə xidmət edən uzunmüddətli
layihələrə start verilməsi və s. kimi istiqamətlərlə
xarakterizə olunur.
2008-2013-cü illər: dövlətin modernləşmə
siyasəti kontekstində elmin inkişaf strategiyası
2008-2013-cü illər Azərbaycan elminin
inkişafında növbəti mühüm bir mərhələni
təşkil edir. Bunun başlıca səbəbi
bu illər ərzində Azərbaycanda elmin inkişafı
üzrə Strategiyanın və həmin Strategiya ilə
bağlı Dövlət Proqramının həyata
keçirilməsidir. 2008-ci ilin aprel ayında elmin
inkişafı üzrə Milli Strategiyanın
hazırlanması və həyata keçirilməsi məqsədilə
ölkə başçısı tərəfindən
Azərbaycan elmində islahatların aparılması
üçün Dövlət Komissiyası yaradıldı və
Elmin İnkişafı üzrə Milli Strategiyanın
hazırlanması qərara alındı. Komissiya tərəfindən
hazırlanan Strategiya 2009-cu ilin may ayında cənab Prezident
İlham Əliyev tərəfindən təsdiq edildi. Strategiyanın icrası istiqamətində dövlətin
elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri
müəyyənləşdirildi, elm və texnika sahəsində
idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi,
beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı
kadrların hazırlanması, xüsusən gənclərin
Avropanın xarici elmi mərkəzlərinə
göndərilməsi, Akademiyanın dövlət
proqramlarının icrasında yaxından iştirakı və
s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli
addımlar atıldı. Həmçinin elm və təhsilin
inteqrasiyası, elmi işçilərin sosial müdafiəsinin
gücləndirilməsi, elektron elmin formalaşması
sahəsində də bir sıra uğurlar əldə edildi.
S trategiyada elmin inkişafı üzrə
qarşıya qoyulan mühüm vəzifələrdən biri
respublikada elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı,
elmi və elmi-təşkilati fəaliyyətin dəyərləndirilməsi
idi. Bu sahədəki işin səmərəli təşkili
nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin
müasir dövrün standartlarına uyğun vahid meyar və
prinsipləri işlənib hazırlanmışdır. Həmçinin
elmi-tədqiqat müəssisələri ilə bağlı
toplanmış məlumatların müvafiq şəkildə
qiymətləndirilməsi əsasında elmi fəaliyyətin
göstəricilər sistemi yaradılmışdır. Müəyyənləşdirilmiş
meyarlar əsasında 2008-2013-cü illər ərzindəki
elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata
keçirilmişdir. Bundan əlavə, AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutu tərəfindən
ölkə üzrə elmi fəaliyyətdə informasiya
texnologiyalarının tətbiqinin monitorinqi də uğurla
başa çatdırılmış, monitorinqin nəticələri
nəşr olunaraq müvafiq qurumlara təqdim edilmişdir. Onu
da qeyd etmək istərdik ki, hazırda elmmetrik tədqiqatlar
müvafiq elmi qurumlarda prioritet sahələrdən birinə
çevrilmişdir. Strategiyada qarşıya qoyulan
mühüm vəzifələrdən biri elmi tədqiqatların
prioritetlərinin ölkənin strateji, sosial-iqtisadi və
ictimai-mədəni məsələlərinin həllinə
uyğun müəyyənləşdirilməsi idi. Strategiyada
Azərbaycan elminin müasir dövrün tələblərinə
müvafiq olaraq bir sıra prioritetləri müəyyənləşdirilmişdir:
lyanacaq-energetika kompleksinin inkişafı;
linformasiya-kommunikasiya sahəsində elmi tədqiqatlar;
lətraf mühitin mühafizəsi və bərpa
olunan təbii ehtiyatların davamlı inkişafı sahəsində
tədqiqatlar;
liqtisadiyyatın qeyri-neft sektorunun
inkişafına yönəldilmiş tədqiqatlar;
lcanlı
sistemlər haqqında fundamental tədqiqatlar (biologiya, tibb və
s.);
lölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi
ilə kənd təsərrüfatının inkişafı
üzrə tədqiqatlar;
lmilli təhlükəsizlik
və ölkənin müdafiəsinin təmin olunmasına
yönəldilmiş tədqiqatlar;
lmilli-mənəvi dəyərlərin qorunmasına, milli tariximizin, mədəniyyətimizin
və dilimizin obyektiv və konseptual tədqiqinə yönəldilmiş
humanitar və ictimai elmlər sahəsində
araşdırmalar və s.
Bu strategiyanın prioritetlərlə bağlı irəli
sürdüyü vəzifələrin icrası
üçün AMEA Rəyasət Heyətinin qərarı ilə
Azərbaycan Respublikasında aparılacaq elmi-tədqiqat
işlərinin prioritet istiqamətləri müəyyən
edilmişdir.
Bundan əlavə, qeyd olunan prioritetlər
üzrə peşəkar tədqiqatların aparılması məqsədilə
çoxsaylı digər elmi-təşkilati tədbirlər həyata
keçirilmişdir. Strategiyanın
icrası üzrə əsas koordinator Azərbaycan Milli Elmlər
Akademiyası olmaqla, onun həyata keçirilməsində
ayrı-ayrı istiqamətlər üzrə məsul qurumlar
da yaxından iştirak etmişlər.
2009-2013-cü illərdə Strategiyanın icrası
çərçivəsində Azərbaycan elminin maddi-texniki
bazası əhəmiyyətli dərəcədə güclənmiş,
neçə-neçə yeni binalar inşa edilmiş, əsaslı
təmir işləri aparılmış, elmi müəssisələr
müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Elmi fəaliyyət
sahəsində xüsusi narahatedici məqam olan maliyyələşmə
sahəsində də müəyyən qədər səmərəli
tədbirlər həyata keçirilmişdir. Strategiyanın qarşıya qoyduğu əsas məqsədlərdən
biri də elmin yeni mexanizmlər əsasında maliyyələşməsi
məsələsi idi. Bu baxımdan ölkəmizdə
prioritet elmi istiqamətlərin maliyyələşdirilməsi
sahəsində uğurla fəaliyyət göstərən Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun, Dövlət Neft Şirkəti tərəfindən
yaradılmış Elm Fondunun fəaliyyətini xüsusilə
qeyd edərdik. Bundan əlavə, Elmlər
Akademiyasında aktual elmi proqramların maliyyələşdirilməsinə
keçid istiqamətində də əhəmiyyətli tədbirlər
həyata keçirilməkdədir.
E lmin inkişafı üzrə bu Strategiyanın həyata
keçirilməsi prosesində bəzi obyektiv çətinliklər
olsa da, bütövlükdə Strategiyanın müasir Azərbaycan
elminin inkişafında rolu olduqca mühüm olmuşdur. Əvvəlki
illərdə olduğu kimi, 2008-2013-cü illərdə də
elmi fəaliyyət sahəsi birbaşa ölkə rəhbərliyinin
daim diqqət və qayğısı ilə əhatə
olunmuşdur. Bu baxımdan 2011-ci il aprel ayının
26-da Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Bakı şəhərinin unikal
memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər
Akademiyası binasının əsaslı təmir və yenidən
qurulmasından sonra onun açılış mərasimində,
həmçinin respublika elmi ictimaiyyətinin həyatında əlamətdar
hadisə olan Akademiyanın illik Ümumi
yığıncağında iştirakını xüsusilə
qeyd etmək istərdik. Prezidentin xüsusi
tapşırığına əsasən AMEA-nın əsas
binasında 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma
işlərinə başlanılmış, 2011-ci ildə isə
bina klassik memarlıq xüsusiyyətləri ilə modern
memarlıq üslubunu özündə birləşdirən
möhtəşəm sənət abidəsi kimi alimlərin
ixtiyarına verilmişdir. İlham
Əliyev Ümumi yığıncaqda dərin məzmunlu nitq
söyləmiş, həmin iclasda alimlərimiz tərəfindən
qaldırılan bir sıra problemlərin həlli istiqamətində
əməli addımlar atmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin elmin
inkişafı baxımından mühüm əhəmiyyət
kəsb edən digər bir addımı 2012-ci ilin dekabr ayında
xüsusi fərmanla təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasıdır. Bu Konsepsiya Azərbaycan dövlətinin dünyada
baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə
adekvat reaksiyası olmaqla yanaşı, həmçinin
güclü və müasir dövlət naminə son dərəcə
uğurlu bir elmi inkişaf proqramıdır. Konsepsiya bütün digər sahələrlə
yanaşı, Azərbaycan elmi qarşısında da bir
çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın
gələcək inkişafı ənənəvi
iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid, insan kapitalının
adekvat inkişafı, mövcud imkan və resursları nəzərə
almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah,
səmərəli dövlət idarəetməsi və qanunun
aliliyi kimi prinsiplərin reallaşdırılmasında
götürülür ki, bu prinsiplərin də həyata
keçirilməsi ilk növbədə elmi-innovativ
yanaşmanın gücləndirilməsini, elm və istehsalat
arasında əlaqələrin artırılmasını,
innovasiya fəallığının yüksəldilməsini
tələb edir. Xüsusən, bilik və mədəniyyət
sahəsinin vəzifələri ilə informasiya
texnologiyalarının inkişafı arasında əlaqələrin
müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan
mümkün deyildir.
2008-2013-cü
illər mərhələsində Azərbaycan elminin
mühüm nailiyyətlərindən biri də 2010-cu ildə
müstəqil dövlətimizin tarixində ilk dəfə
verilən Azərbaycan Respublikasının dövlət mükafatlarının
“Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi
və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə
görə Geologiya İnstitutunun əməkdaşlarına, həmçinin
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”
kitabına görə Ədəbiyyat İnstitutunun əməkdaşlarına
təqdim edilməsi olmuşdur. Fərəhli
haldır ki, laureatlara Dövlət Mükafatını Azərbaycan
Respublikasının Prezidenti şəxsən özü təqdim
etmişdir.
2008-2013-cü illərdə Azərbaycan elminin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
əhəmiyyətli tədbirlər həyata keçirildi. Azərbaycan
Respublikası Prezidentinin sərəncamlarına əsasən
ayrılmış vəsaitlər hesabına AMEA-nın Tarix,
Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarında, muzeylərində
yüksək səviyyədə təmir-bərpa, yenidənqurma
işləri aparılmış, elmi müəssisələr
müasir avadanlıqlarla təchiz edilmişlər.
AMEA-nın Geologiya, Fizika, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyi, Polimer Materialları, Aşqarlar
Kimyası institutları əsaslı olaraq təmir
edilmişdir. Bundan əlavə, müasir tələblərə
cavab verən elmi-tədqiqat işlərinin aparılması, təcrübə
və tətbiq imkanlarının genişləndirilməsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2010-cu
il tarixli qərarı ilə elmi cihaz və
avadanlıqların idxalı gömrük rüsumundan azad olunmuşdur.
Bu gün əminliklə demək olar ki,
Akademiyanın institutlarında müasir tələblər səviyyəsində
tədqiqatların aparılmasına imkan verən cihaz və
avadanlıqlar mövcuddur.
D övlət başçısı cənab İlham
Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc
alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında” müvafiq sərəncamının icrası ilə
əlaqədar son illər AMEA-nın xeyli sayda gənc alimi
Avropanın elmi mərkəzlərinə göndərilmişdir.
2013-2018-ci
illər: elmi fəaliyyətdə çoxprofilli islahatlar zəminində
yüksək texnologiyaların və innovasiya
potensialının inkişafı
2013-2018-ci illər Azərbaycan elminin inkişafı
baxımından olduqca mühüm bir tarixi mərhələdir. 2013-cü ilin
aprel ayında AMEA Rəyasət Heyətinin yeni tərkibi
seçilmiş, onun gələcək fəaliyyət istiqamətləri
müəyyənləşdirilmiş, elmi fəaliyyət sahəsində
köklü islahatlara start verilmişdir. Nəzərdə
tutulan islahatyönlü işlərin həyata keçirilməsi
üçün ilk növbədə Rəyasət Heyətinin
Mərkəzi aparatının strukturunda əsaslı dəyişiklik
edilmişdir. Rəyasət Heyəti, sözün əsl
mənasında, ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati
məsələlərin professional və multidistiplinar səviyyədə
müzakirə olunduğu intellektual beyin mərkəzinə
çevrilmişdir. Rəyasət Heyətinin
iclaslarında müasir dünya elminin ən aktual problemləri
ilə səsləşən, eyni zamanda, respublikanın
sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət
kəsb edən bir sıra elmi məruzələr geniş
müzakirə olunmuşdur. Həmçinin fundamental
elmlər üzrə araşdırmaların müasir tələblər
səviyyəsinə çatdırılması, multidistiplinar
tədqiqatların elmi fəaliyyətin perspektivli sahəsi
kimi dəyərləndirilməsi, nano-, bio-, informasiya və
digər qabaqcıl texnologiyaların
araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi,
elmi potensialın inkişafında dövlət, biznes və
qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin
təşkili və s. məsələlər barəsində
müvafiq qərarlar qəbul edilmişdir.
2013-2018-ci illərdə əldə olunan nailiyyətlərin
mühüm bir hissəsi bilavasitə elmi araşdırmalarla
bağlıdır. Bu illər ərzində Azərbaycan alimləri
dünyanın ən böyük proton sürətləndiricisi
olan Böyük Adron Kollayderin ATLAS qurğusunun həm fiziki
proqramının hazırlanmasında, həm
quraşdırılmasında, həm də bu qurğunun
müxtəlif hissələrinin sınağında
yaxından iştirak edirlər. Fizika
İnstitutunda Milli GRİD - seqmenti yaradılıb. Böyük Adron Kollayder təcrübələrində
bir sıra mühüm nəticələr əldə olunub.
Azərbaycan alimlərinin Dubna şəhərində
yerləşən Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunda, Avropa Nüvə Tədqiqatları Mərkəzində
aparılan qlobal elmi layihələrdə də iştirakı
diqqətəlayiqdir.
Akademiya alimlərinin yaxından iştirakı ilə
yeni sinif unikal funksional materiallar - topoloji izolyatorlar sintez
olunmuş, Avropa Birliyi ölkələrinin və
Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq
edilmişdir.
Alınan nəticələr yüksək impakt
faktorlu jurnallarda çap olunan seriya məqalələrdə
öz əksini tapmışdır. Yaxın
gələcəkdə topoloji izolyatorlar əsasında keyfiyyətcə
yeni elektronikanın - spintronikanın yaradılması nəzərdə
tutulur.
İnformasiya texnologiyaları sahəsində tədqiqatçılar
tərəfindən əldə olunmuş bir sıra elmi-nəzəri
nəticələr ölkəmizin qloballaşan dünyada
dayanıqlı inkişafı üçün mühüm əhəmiyyətə
malikdir. Belə ki, virtual məkanda ölkəmizə
qarşı informasiya müharibəsi aparan gizli sosial şəbəkələrin
aşkarlanması, həmçinin Bigdata şəraitində
elektron-dövlətin informasiya təhlükəsizliyinin təmin
olunması üçün bir sıra effektiv texnologiyalar
işlənilmişdir. Alimlərimiz
riyaziyyatın müasir sahələri olan riyazi modelləşdirmə,
freymlər nəzəriyyəsi, aktuar riyaziyyat, kompüter
modelləşdirilməsi, riyazi informatika sahələrində,
habelə proqramlaşdırmanın riyaziyyatın müxtəlif
sahələrinə tətbiqi ilə bağlı istiqamətlərdə
uğurlu tədqiqatlar aparırlar. Neft
kimyası istiqamətində kimyaçı alimlərin
iştirakı ilə yaradılmış çoxfunksiyalı
kimyəvi reagentlərin təcrübi-sənaye istehsalı təşkil
olunmuşdur. Geofiziklər kosmik geodeziya məlumatı
əsasında Qafqazın müasir geodinamik proseslərinin
qanunauyğunluqlarını müəyyən etmişlər.
Molekulyar Biologiya və Biotexnologiyalar sahəsində
alimlərin apardığı sekvens analiz nəticəsində
Azərbaycanda ilk dəfə olaraq xüsusi bitkilərdə
fitoplazma patogeni aşkar olunmuş, genetik müxtəlifliyi tədqiq
edilmiş və dünya elmi üçün dörd yeni
genotip müəyyən edilmişdir. Dünyada
ilk dəfə olaraq müxtəlif fitoplazma növləri
arasında rekombinasiya aşkar edilmişdir. Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş
“Azərbaycan ədəbiyyatı müstəqillik
dövründə” çoxcildli ədəbiyyat tarixinin
hazırlanması ədəbiyyatçı alimlərin
müstəsna xidmətlərindəndir. Tarixçi
alimlər ölkə tarixinin yazılmasında,
xalqımıza qarşı əsrlər boyu törədilmiş
soyqırımları haqqında faktların
açılmasında və onların beynəlxalq elmi
ictimaiyyətin diqqətinə çatdırılmasında
xüsusi fəallıq göstərirlər.
2013-2018-ci illərdə elmi fəaliyyət sahəsində
həyata keçirilən tədbirlərin mühüm bir
istiqamətini elmi-təşkilati tədbirlər təşkil
edir. Belə ki, qeyd olunan mərhələdə respublika
Prezidentinin müvafiq Sərəncamına əsasən Gəncə
Regional Elmi Mərkəzinin bazasında Gəncə Bölməsi
yaradılmışdır. Bu addım
respublikamızın Qərb bölgəsində elmi fəaliyyətin
gücləndirilməsi, eləcə də regionlarda elmi-mədəni
mərkəzlərin təşkil edilməsi baxımından
olduqca mühüm əhəmiyyətə malik bir hadisə
olmuşdur.
H aqqında bəhs etdiyimiz mərhələnin ən
mühüm hadisələrindən biri müasir dünya
elminin inkişaf tendensiyalarına müvafiq olaraq Akademiyada bir
sıra yeni institutların yaradılması olmuşdur. Bilavasitə müasir
dövrün tələblərindən irəli gələrək
Biofizika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq
İnstitutu və Neft və Qaz İnstitutu bu dövrdə fəaliyyətə
başlamışdır. Bundan əlavə, Geologiya
İnstitutunun Geologiya və Geofizika İnstitutu, Mərdəkan
Dendrarisinin Dendrologiya İnstitutu, Kimya Problemləri
İnstitutunun Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu,
Kibernetika İnstitutunun İdarəetmə Sistemləri
İnstitutu, İnsan Hüquqları İnstitutunun Hüquq və
İnsan Haqları İnstitutu adlandırılması
haqqında müvafiq qərarlar qəbul edilmiş, bu qərarların
icrası ilə əlaqədar institutların elmi profilləri
tamamilə yeniləşdirilmişdir.
Son illər akademik həyat üçün əlamətdar
olan hadisələrdən biri də AMEA-nın
üzvlüyünə seçkilərin keçirilməsi
olmuşdur.
Əvvəlki mərhələlərdə ən yaxşı
halda beş ildən bir keçirilən
seçkilər son beş ildə Nizamnamədə nəzərdə
tutulduğu kimi, üç ildən bir - 30 iyun 2014-cü il və
2 may 2017-ci il tarixlərində keçirilmişdir. Dövlətin
elmi fəaliyyət sahəsinə göstərdiyi
böyük diqqət və qayğı sayəsində
demokratik və şəffaf şəraitdə keçirilmiş
hər iki seçkidə elmin müvafiq istiqamətləri
üzrə geniş tədqiqatlar aparan, elmimizi yeni biliklərlə
zənginləşdirən, ölkənin ictimai və mədəni
həyatında yaxından iştirak edən Azərbaycan alimləri
Akademiyanın həqiqi və müxbir üzvü
seçilmişlər.
Müasir
dünyanın çağırışlarına müvafiq
olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə
uyğunlaşdırmaq, ölkədə və xaricdə
yaşayan azərbaycanlı alimlər arasında əlaqələri
gücləndirmək məqsədi ilə 19 dekabr 2014-cü
il tarixində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar və
Təhsil nazirliklərinin birgə təşkilatçılığı
ilə Azərbaycan alimlərinin I Qurultayı
keçirilmişdir. Qurultayda ölkəmizin
akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti
sektorlarında çalışan alim və tədqiqatçılar,
o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı
alimlər iştirak etmişlər.
2013-2018-ci illərdə Akademiyada həyata keçirilən
islahatların mühüm bir istiqaməti elmi fəaliyyətin
əsas resursları olan yüksəkixtisaslı kadrların
hazırlanması ilə bağlıdır. Hazırda
Akademiyada yüksəkixtisaslı kadrların
hazırlanması sahəsində ciddi, gələcək
perspektivlərə hesablanmış islahatlar həyata
keçirilməkdədir.
Bildiyiniz
kimi, 2015-ci ildə AMEA-da ilk dəfə olaraq ali
təhsilin ikinci pilləsi olan magistratura yaradılmış və
həmin ildən başlayaraq magistratura təhsili uğurla həyata
keçirilməkdədir. 2017-ci ilin iyul
ayında Akademiyanın ilk magistrlərinin
buraxılışı böyük təntənə ilə
qeyd edildi. Sevindirici hal odur ki, onların
hamısı Akademiyada qalıb öz elmi karyeralarını
davam etdirirlər. Akademiyada magistratura təhsilinin
müasir səviyyədə qurulması və
magistrantların peşəkar mütəxəssis kimi
yetişmələri üçün mühüm addımlar
atılmaqdadır. Belə ki, bu gün
Akademiyanın elmi müəssisələrində müasir tələblərə
cavab verən tədris mühiti yaradılmışdır.
Hazırda Akademiyada 123 magistrant təhsil
alır. Akademiyanın 30-a yaxın
üzvü, 100-ə yaxın elmlər doktoru və 150-yə
yaxın fəlsəfə doktoru magistraturada tədris prosesinə
cəlb olunmuşdur. Tədris prosesinə
zəruri hallarda xaricdən alimlər də dəvət olunur.
Magistrantlara xarici dil və informatika fənləri
yüksək səviyyədə tədris olunur. Eyni zamanda İnformasiya Texnologiyaları
İnstitutunda yaradılmış AzScienceNet şəbəkəsinin
geniş imkanları hesabına magistraturada təlim, tədris
və imtahan prosesi ən müasir tələb və qaydalar əsasında
uğurla həyata keçirilir. 2013-2018-ci
illərdə innovativ fəaliyyət sahəsində də bir
sıra uğurlar əldə edilmişdir. İlk növbədə onu qeyd etmək istərdik
ki, AMEA-nın elmi müəssiələri respublika Prezidenti tərəfindən
təsdiq olunmuş 19 Dövlət Proqramının həyata
keçirilməsində yaxından iştirak edir. Ən müxtəlif sosial-iqtisadi və mədəni-mənəvi
sahələri əhatə edən bu Dövlət
proqramlarında respublika elmi potensialının yaxından
iştirakı olduqca təqdirəlayiqdir. Məlum
olduğu kimi, respublika Prezidenti Azərbaycan Respublikasında
2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı
sərəncam imzalamışdır. Sərəncamda
digər dövlət qurumları ilə yanaşı,
AMEA-nın da qarşısına bir sıra mühüm vəzifələr
qoyulmuşdur ki, bunların həyata keçirilməsi istiqamətində
müvafiq qərarlar qəbul edilmiş və konkret əməli
addımlar atılmışdır.
İ nnovativ fəaliyyətlə bağlı digər
bir məsələni də qeyd etmək istərdik. Azərbaycan Respublikası
Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı
ilə AMEA-da Yüksək Texnologiyalar Parkı
yaradılmışdır. Elm və biznesin qovuşduğu
AMEA-nın Yüksək Texnologiyalar Parkı
yarandığı gündən Akademiyada innovasiya ekosisteminin
inkişafı istiqamətində bir çox layihələrin
uğurla həyata keçirilməsinə nail olmuşdur. AMEA Yüksək Texnologiyalar Parkında
çalışan gənc alimlər startap müsabiqələrində
fəal iştirak edirlər. Həmin
Texnoparkda bu gün fəaliyyət göstərən 6 rezident
sırasında təsisçisi gənclər olan rezidentlər
də vardır. 2013-2018-ci illərdə
innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi,
o cümlədən texnoparklar, texnoloji mərkəzlər,
biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi
innovasiya sisteminin formalaşdırılmasının
mühüm istiqamətlərindən birini təşkil
etmişdir. Bu istiqamətdə də bir
sıra uğurlar əldə edilmişdir. Bu baxımdan AMEA-da elmlə istehsalat arasında
birbaşa əlaqənin yaradılması, təcrübə və
təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin
mənimsənilməsi, eyni zamanda neft-kimya, kimya və texniki təyinatlı
məhsulların istehsalı və satışı üzrə
bir sıra texnoparklar, təsərrüfathesablı müəssisə
və zavodlar yaradılmışdır. 2013-2018-ci
illərdə Akademiyada həyata keçirilən
islahatların mühüm bir istiqamətini hüquqi islahatlar
təşkil edir. Bu istiqamətdə
Akademiyada çoxprofilli tədbirlər həyata keçirilməkdədir.
Son beş ildə hüquqi islahatlar
baxımından olduqca mühüm əhəmiyyətə
malik olan iki mühüm hadisəni xüsusilə qeyd etmək
istərdik. Onlardan birincisi Akademiyanın yeni
Nizamnaməsinin təsdiq olunması ilə bağlıdır.
11 dekabr 2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
Akademiyanın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Bu Akademik elmin daha effektiv təşkili
baxımından olduqca mühüm əhəmiyyətə
malik bir hadisədir.
Elmi fəaliyyət sahəsində hüquqi
islahatların ən böyük uğuru, heç şübhəsiz,
“Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul
edilməsidir.
Azərbaycan Respublikasının Milli Məclisi
2016-cı ilin 14 iyun tarixində “Elm haqqında” Azərbaycan
Respublikasının Qanununu qəbul etmişdir. Bununla əlaqədar
olaraq Azərbaycan Respublikasının Prezidenti “Elm haqqında”
Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli
Qanununun tətbiqi barədə” 9 avqust 2016-cı il tarixli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi
“Elm haqqında” qanun müstəqil dövlətimizin elm siyasətinin
əsaslarını təşkil edir. Qanun
ölkədə müasir elmi məktəblərin
yaradılması, yeni elmi nəsillərin
formalaşdırılması və inkişafı, ən
başlıcası isə cəmiyyət quruculuğunun
bütün sahələrində elm faktorunun hərəkətverici
amillərdən birinə çevrilməsi, həmçinin
müstəqil dövlətimizin elm siyasətinin həyata
keçirilməsini təmin edəcək mühüm dövlət
sənədidir. 2013-2018-ci illərdə
Akademiyada gənclərin intellektual potensialının
inkişafı, onların daha geniş miqyasda elmi fəaliyyətə
cəlb edilməsi, biliklər cəmiyyətinin qurulmasında
onların rolunun artırılması istiqamətində bir
sıra işlər görülmüşdür.
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Gənclər
üçün Prezident Mükafatı”nın təsis edilməsi
haqqında” 2 iyul 2013-cü il tarixli fərman
imzalamışdır. Hər il Rəyasət
Heyətinin qərarı ilə “Gənclər
üçün Prezident Mükafatı”na layiqli gənclər
təqdim olunur. 2017-ci ilin dekabrında Azərbaycan
Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil,
Gənclər və İdman nazirliklərinin təşkilatçılığı
ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı
keçirildi. Ölkə
başçısı cənab İlham Əliyevin təbrik məktubu
göndərdiyi Qurultayda gənc alimlərlə bağlı ən
müxtəlif məsələlər dərindən
müzakirə olundu, geniş fikir mübadiləsi
aparıldı. 2013-2018-ci illərdə Akademiyada
həyata keçirilən islahatlar içərisində elm və
təhsilin inteqrasiyası olduqca mühüm yer tutur. Bunun nəticəsidir ki, AMEA-nın elmi müəssisələrinin
əməkdaşlarının təhsil prosesində
yaxından iştirak etmələrinə böyük dəstək
verilir, elmi yeniliklərin tədrisdə tətbiqi istiqamətində
müvafiq işlər görülür.
Təhlillər göstərir ki, AMEA-nın yüksəkixtisaslı
kadrlarının təhsil prosesinə qoşulması elmi
nailiyyətlərin tədrisdə tətbiqi ilə
yanaşı, gələcək elmi kadrların da Akademiya
mühitinə cəlb olunmasına münbit şərait
yaradır.
Bütün bunlarla yanaşı, AMEA-nın bir sıra elmi
müəssisələri ilə bəzi ali
təhsil müəssisələri arasında baza
kafedralarının yaradılması, birgə kadr
hazırlığına dair əməkdaşlıq
memorandumları imzalanmışdır. Bu əməkdaşlıq
münasibətləri yalnız ali təhsil
müəssisələrini deyil, orta məktəbləri də
əhatə etmişdir. Doktorluq təhsilinin və
elmi tədqiqatlarn modernləşdirilməsi üzrə
“Nizami” layihəsi də elm və təhsilin inteqrasiyası sahəsində
mühüm nailiyyətlərdən biri kimi qeyd oluna bilər.
2016-cı ilin dekabrında Azərbaycan Milli Elmlər
Akademiyası Ümumi Yığıncağı ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Kollegiyası arasında birgə
elmi sessiya keçirildi. Tədbirdə elm
və təhsilin inteqrasiyası ilə bağlı geniş
fikir mübadiləsi aparıldı, müvafiq fəaliyyət
proqramı qəbul edildi. Hazırda həmin
fəaliyyət proqramı çərçivəsində bir
sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
2013-2018-ci illərdə AMEA-da aparılan
islahatlar, həmçinin ölkə səviyyəsində
İKT-yə böyük diqqət “Elektron Azərbaycan”ın
tərkib hissəsi kimi elektron elmin formalaşması və
inkişafına da zəmin yaratmışdır. Bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları
tədqiq olunur, onun şəbəkə platforması olan
AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu
inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə
inteqrasiyası davam etdirilir.
Bildiyiniz
kimi, dövlət başçısı İlham Əliyev tərəfindən
2013-cü il ölkədə İKT ili
elan olunmuşdur. Bununla əlaqədar Elmlər
Akademiyasında kompleks tədbirlər həyata
keçirilmişdir. AMEA-nın elmi müəssisələrinin
İKT ilə təminatı vəziyyətinin monitorinqi nəticəsində
müəyyən edilmişdir ki, Akademiyada internetdən istifadə
üçün heç bir problem yoxdur.
Son beş ildə əldə edilən
uğurlardan biri kimi Azərbaycanın kosmik klubun üzvünə
çevrilməsini də xüsusi qeyd etmək
lazımdır. Bu istiqamətdə dövlət
tərəfindən həyata keçirilən məqsədyönlü
siyasətin və elmi araşdırmalar sahəsində əldə
olunan uğurların nəticəsidir ki, Azərbaycanın
telekommunikasiya peykləri 2013-cü ilin 8 fevralında orbitə
buraxılmışdır. Bu nailiyyət
Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində
məqsədyönlü, müdrik və uzaqgörən siyasətinin
həyata keçirilməsi, eləcə də ölkəmizdə
ən yeni texnologiyaların tətbiqinin
reallaşdırılması sayəsində əldə
olunmuşdur. Heç də təsadüfi
deyildir ki, dövlət başçısı ilk peykin orbitə
buraxılmasını müstəqillik dövründə imza
atdığımız ən böyük uğurlardan biri,
dövlətimizin qələbəsi kimi dəyərləndirmişdir.
Mürəkkəb hesablama və böyük
yaddaş resursları tələb edən elmi problemlərin həlli
üçün AzScienceNet-in bazasında böyük imkanlara
malik verilənlərin emal mərkəzi yaradılmışdır.
Bununla yanaşı, ölkə üzrə
regionlarda distant tədris mərkəzləri şəbəkəsi
yaradılmışdır.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə
Şərq Tərəfdaşlığı təşəbbüsü
çərçivəsində apardığı siyasətin
nəticəsində Azərbaycanın elm və təhsil cəmiyyətinin
Avropanın elm və təhsil cəmiyyətinə
inteqrasiyası istiqamətində əhəmiyyətli
addımlar atılmışdır. Bu məqsədlə
AzScienceNet kompüter şəbəkəsi Avropanın
yüksək sürətli elm və təhsil
üçün internet şəbəkəsinə (GEANT)
inteqrasiya olunmuşdur. Son zamanlar AMEA-da aparılan
islahatlar, yeni texnologiyaların meydana gəlməsi science.az
portalının təkmilləşdirilməsini də zəruri
etmişdir. Bu məqsədlə
portalın yeni versiyası hazırlanmış, onun tərkibində
“Elm TV” internet televiziyası yaradılmışdır. 2013-2018-ci illərdə bütün sahələrdə
olduğu kimi, AMEA-nın beynəlxalq elmi əməkdaşlığı
sahəsində də siyasəti yenidən qurulmuşdur.
Bu illər ərzində AMEA-nın beynəlxalq
əməkdaşlığının səviyyəsində
artım dinamikası müşahidə olunmuş, elmi müəssisə
və alimlərimizin beynəlxalq elm məkanına inteqrasiya
prosesi sürətlənmişdir.
Bu
müddət ərzində Polşa Elmlər Akademiyası,
Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun
(TÜBİTAK) və Başqırdıstan Elmlər
Akademiyası arasında anlaşma memorandumları
imzalanmış, Avropa Birliyinin Şərq Tərəfdaşlığı
proqramı olan “Horizon - 2020” layihəsi üzrə fəal
iş aparılmış, həmçinin NATO ilə əməkdaşlıq
istiqamətində çox əhəmiyyətli addımlar
atılmışdır. Eyni zamanda, bir sıra
nüfuzlu beynəlxalq təşkilatlarla qlobal problemlərin tədqiqi
və elmi nailiyyətlərin tətbiqi istiqamətində
müzakirələr aparılmış, səmərəli
münasibətlər qurulmuşdur. Bununla yanaşı,
ABŞ-ın Massaçuset Texnologiya İnstitutu, Almaniyanın
Humbolt və Rostok universitetləri, İtaliyanın Neapol,
Genuya universitetləri, Fransanın Sofiya-Antipolis Universiteti və
digər elmi mərkəzlərlə müqavilələr
imzalanmışdır. 2013-2018-ci illərdə
AMEA-da gedən islahatların tələblərinə uyğun
olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində
siyasət tamamilə yenidən qurulmuş, elmi nailiyyətlərin
və biliklərin cəmiyyətdə populyarlaşdırılması
sahəsində bir sıra konseptual addımlar
atılmışdır.
AMEA-nın elmi həyatında baş verən
bütün əlamətdar hadisə və faktlar barədə
Azərbaycan, ingilis və rus dillərində fəaliyyət
göstərən science.az rəsmi internet portalında
informasiyalar yerləşdirilmişdir. Elmi mühitdə baş verən
proseslərlə mütəmadi olaraq cəmiyyətin məlumatlandırılması
üçün “Azərbaycan Milli Elmlər
Akademiyasının Xəbərləri məcmuəsi” və
“Elm dünyası” jurnalları təsis olunmuş, “Elm və həyat”
jurnalının işi təkmilləşdirilmişdir.
A zərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Azərbaycan regionun elm mərkəzinə
çevrilməlidir!” - çağırışına cavab olaraq, elmimizin
nailiyyətlərini, yeni elmi innovasiyaları nümayiş
etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər
müasir innovativ üsullar əsasında elmin təbliğinə
nail olmaq, elmin populyarlaşdırılması vasitəsilə
cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin
elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək
məqsədilə 10-11 noyabr 2014-cü il tarixində Azərbaycan
Milli Elmlər Akademiyasının təşkilatçılığı
ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə
olaraq Bakı Elm Festivalı keçirilmişdir. Festival geniş ictimaiyyət tərəfindən
yüksək səviyyədə qarşılanmış, gənclərin,
tələbə və şagirdlərin elmə həvəs və
maraqlarının artmasında mühüm rol
oynamışdır. 2016-cı ilin noyabr
ayında isə ölkənin bütün regionlarını əhatə
edən Respublika Elm Festivalı uğurla keçirilmişdir.
Bir sıra sərgiləri, mühazirələri, elmi səyahətləri,
maraqlı şou və digər əyləncəli
proqramları əhatə edən tədbirdə xarici qonaqlar,
respublikamızın dövlət və özəl
qurumlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin
çoxsaylı şagird və tələbələri, həmçinin
adi vətəndaşlar iştirak etmişlər. Növbəti beynəlxalq elm festivalının
2018-ci ilin noyabr ayında keçirilməsi
planlaşdırılır. Daim diqqət mərkəzində
saxlanılan məsələlərdən biri respublikada elmin
maddi-texniki bazasının modernləşdirilməsi, maliyyə-təsərrüfat
fəaliyyətinin gücləndirilməsidir. Bu istiqamətdə 2013-2018-ci illərdə də
intensiv olaraq bir sıra tədbirlər həyata
keçirilmişdir.
AMEA-nın elmi müəssisə və təşkilatlarının
maddi-texniki bazasının gücləndirilməsi və elmi-tədqiqat
işlərinin günün tələbləri səviyyəsində
aparılması məqsədi ilə müasir avadanlıqlar
alınmışdır.
2013-cü
ilin may ayında cənab Prezident İlham Əliyevin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının
əsaslı təmirdən sonrakı vəziyyəti ilə
tanış olmaq üçün rəsədxanaya gəlməsi,
Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı
orada söylədiyi fikirlər Akademiya üçün,
sözün əsl mənasında, əlamətdar bir hadisəyə
çevrilmişdir. Belə ki, cənab
Prezidentin həmin açılış mərasimində
söylədiyi “Azərbaycan regionun elm mərkəzinə də
çevrilməlidir” çağırışı Azərbaycan
elmi və alimləri qarşısında mühüm vəzifələr
qoymuşdur. “Akademiya şəhərciyi”də
inşa olunan Mərkəzi Elmi Kitabxananın, “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının
istifadəyə verilməsi də əlamətdar hadisələrdən
olmuşdur. AMEA-nın “Aspirantlar
yataqxanası”nda yaşayan alimlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
yataqxanın yerləşdiyi ərazidə mənzil tikintisi
başa çatdırılmış və bir sıra AMEA əməkdaşlarına
mənzillər təqdim edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2013-2018-ci illərdə
də alimlərin əməyinin
stimullaşdırılması sahəsində mühüm tədbirlər
həyata keçirilmişdir. Elmin inkişafına böyük
töhfələr verən və mühüm nailiyyətlər
qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar
aparmağa həvəsləndirmək məqsədilə
“Nizami Gəncəvi adına Qızıl medal”, həmçinin
Azərbaycanın görkəmli alim və mütəfəkkirləri
Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Üzeyir
Hacıbəyli, akademik Mirəsədulla Mirqasımov, akademik
Yusif Məmmədəliyev, akademik Musa Əliyev adına
AMEA-nın mükafatları təsis edilmişdir. Son illər Rəyasət Heyətinin iclaslarında
mütəmadi olaraq xüsusi fərqlənən əməkdaşlar
AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişlər.
Beləliklə, 2013-2018-ci illər ərzində
görülən işləri, həyata keçirilən tədbirləri
nəzərdən keçirərkən aydın olur ki, bu mərhələdəki
fəaliyyət əsasən islahatyönlü olması ilə
fərqlənir.
Bu gün Azərbaycan elmi bəzi obyektiv və subyektiv
problemlərlə xarakterizə olunan, tənəzzülə
aparan mərhələni arxada qoyaraq islahatlarla müşayiət
olunan yeni inkişaf yoluna qədəm qoymuşdur. Təqdirəlayiq
haldır ki, Azərbaycan elmində baş verən bu müsbət
tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks
olunan konkret rəqəmlərdə təsdiq olunur. Belə ki, nüfuzlu beynəlxalq informasiya
bazalarından olan SCOPUS-un rəsmi hesabatına görə,
2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycan
alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində
nəzərəçarpacaq irəliləyiş
müşahidə olunmuşdur. Başqa
sözlə, Azərbaycan alimlərinin çap olunmuş elmi əsərlərin
ümumi sayında xarici alimlərlə birgə dərc
etdirdiyi elmi əsərlərin payı 39.82%-dən 45.34%-ə
yüksəlmişdir. Bu isə bir il ərzində 5,52 % artım deməkdir. Tədqiqat
göstəricilərinə görə də AMEA-nın
mövqeyi 2012-ci illə müqayisədə 2013-cü ildə
66 pillə, 2014-cü ildə isə 169 pillə yüksəlmişdir.
Bu göstəricilər 2015, 2016 və 2017-ci illərdə
də yüksələn xətt üzrə inkişaf
etmişdir.
Azərbaycan
elminin son beş illik tarixinin ən
mühüm hadisələrindən biri 2015-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının 70 illik yubileyinin təntənə
ilə qeyd edilməsi olmuşdur. Olduqca əlamətdar bir
hadisədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Akademiyanın 70 illik yubileyinə həsr
olunmuş Ümumi yığıncaqda iştirak etmiş, dərin
məzmunlu nitq söyləmişdir. Cənab
İlham Əliyev Ümumi yığıncaqdakı parlaq
çıxışı ilə müasir şəraitdə
Azərbaycan elminin prioritetlərini müəyyənləşdirdi,
onların həyata keçirilməsi üçün
Akademiyamız qarşısında mühüm vəzifələr
qoydu.
Son illər ölkəmizdə kosmik sənayenin
inkişafı istiqamətində böyük addımlar
atılıb, Azərbaycan üçün strateji əhəmiyyətə
malik peyklər kosmosa buraxılmışdır. Bütün
bunlar ölkəmizdə kosmik elmin inkişafı zərurətini
yaratmışdır. Öz
çıxışında bu istiqamət üzərində
xüsusi dayanan cənab İlham Əliyev yüksək
texnologiyalara dair araşdırmaların Akademiyada,
bütövlükdə ölkəmizdə xeyli gücləndiyini
qeyd etmişdir.
D övlət başçısının proqram
xarakterli çıxışında vurğuladığı
mühüm sahələrdən biri də ölkənin
müdafiə qüdrətinin gücləndirilməsidir. Ermənilərin
Qarabağa təcavüz etməsi, torpaqlarımızın bir
hissəsinin işğal altında olması hərbi sənayenin
gücləndirilməsi zərurətini ortaya qoymuşdur.
Prezident İlham Əliyev bunu xüsusi
vurğuladı ki, müdafiə qüdrətinin gücləndirilməsi
hərbi sənayenin inkişafı ilə bilavəsitə
bağlıdır. Bu baxımdan AMEA alimlərinin
qarşısında hərbi sənayenin daha da gücləndirilməsi
istiqamətində tədqiqatlarını genişləndirmək
kimi mühüm bir vəzifə durur.Dövlət
başçısının çıxışında Azərbaycanın
neft-qaz sənayesinin inkişafı ilə əlaqədar
araşdırmaların bundan sonra da davam etdirilməsinin zərurəti
vurğulanmışdır. Bu,
geoloqlarımız, neft-kimya sənayesi sahəsində
çalışan alimlərimiz qarşısında olduqca
mühüm vəzifələr qoyur. Öz
çıxışında humanitar və ictimai elmlər
qarşısında da çox ciddi tapşırıq və vəzifələr
də qoyan cənab Prezident qeyd etdi ki, müasir dünyada
çox mürəkkəb bir vəziyyətin
yarandığı, terrorizmin olduqca geniş
yayıldığı, regionda mürəkkəb geosiyasi bir
şəraitin hökm sürdüyü halda Azərbaycanda
multikulturalizm konsepsiyasının təbliği və onun
elmi-nəzəri əsaslarının tədqiqi ön
sıralara keçir. Azərbaycan dilinin
saflığının qorunması dövlət
başçısının nitqində xüsusi
vurğulanmışdır. Milli
varlığımızın ayrılmaz tərkib hissəsi
olan dilimizin saflığının qorunması və gələcək
nəsillərə çatdırılması zərurəti
cənab Prezidentin ana dilimizlə bağlı sərəncamlarının
icrası istiqamətində görüləcək işlərin
daha da gücləndirilməsini tələb edir.
Cənab İlham Əliyevin çıxışında
tarix elmimiz qarşısında da mühüm vəzifələr
qoyulmuşdur.
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycan
tarixinin saxtalaşdırılmasına qarşı tarix elmimiz
sahəsində həyata keçirilən addımlar cənab
Prezident tərəfindən yüksək qiymətləndilməklə
yanaşı, onun daha da inkişaf etdirilməsi zərurəti
ortaya qoyulmuşdur. Beləliklə, son beş
ildə müxtəlif elmi, elmi-təşkilati istiqamətlər
üzrə reallaşdırılan tədbirlərin mahiyyəti
və miqyası onu göstərir ki, bu mərhələni Azərbaycan
elmi üçün köklü islahatlar mərhələsi
kimi xarakterizə etmək mümkündür.
Müstəqil
Azərbaycan elminin son on beş illik tarixi
alim və mütəxəssislərin gərgin, şərəfli
fəaliyyəti haqqında cəmiyyət qarşısında
bir hesabat olmaqla yanaşı, gələcək vəzifələrimizin
müəyyənləşdirilməsini də zəruri edir. Azərbaycan
elmi əvvəlki dövrlərdən fərqli olaraq, yeni
missiyası çərçivəsində artıq dövlətin
iqtisadi siyasətinin həyata keçirilməsində
yaxından iştirak etməklə biliklər
iqtisadiyyatının formalaşmasına elmi dəstək verməlidir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası Azərbaycan alimləri
qarşısındabiliklər cəmiyyətinin qurulmasında
yaxından iştirak, mövcud elmi potensialın müasir tələblərə
uyğun səfərbər edilməsi, bununla bağlı
effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqi və
bütövlükdə müstəqil Azərbaycan dövlətinin
elmi prioritetlərinin hazırlanması kimi zəruri vəzifələr
qoymuşdur. İlk növbədə Azərbaycanda dövlət,
biznes və vətəndaş cəmiyyəti sektorlarında
aparılan elmi araşdırmaların, fundamental və tətbiqi
tədqiqatların prioritetlərinin ölkənin mühüm
ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin
həllinə uyğun müəyyənləşdirilməsi
və həyata keçirilməsi istiqamətində tədbirlər
gücləndirilməlidir. Belə ki, Azərbaycan alimlərinin
ölkənin enerji, informasiya, ərzaq, iqtisadi təhlükəsizliyinin
qorunmasında və hərbi potensialının gücləndirilməsində
yaxından iştirakına nail olmalıyıq. Həmçinin
Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft
sektorunun inkişafına yönəlmiş tədqiqatların
genişləndirilməsi də qarşımızda duran
mühüm vəzifələrdəndir.
Hazırda qloballaşan və virtuallaşan
müasir dünyada ölkəmizə, xalqımıza
qarşı bir sıra təhdidlər və təhlükələr
vardır ki, onların qarşısının alınması
üçün elmi potensial səfərbər
olunmalıdır. Yad ideologiyalara qarşı ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq
ideologiyasını daha da inkişaf etdirməliyik.
Müasir dövrün tələbləri
səviyyəsində intellektual insan resurslarının
formalaşdırılmasına nail olmaq üçün
qarşımızda duran əsas məsələlərdən
biri də “elm, təhsil, innovasiya” qızıl
üçbucağının
formalaşdırılmasıdır. Həmçinin elm,
təhsil və innovasiya arasındakı əlaqələr
multidissiplinar yanaşmanın prioritetliyi şərtilə həyata
keçirilməlidir. Biz əminik ki, elmimiz bir tərəfdən
müasir zamanın çağırışlarından, digər
tərəfdən ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi
inkişafından irəli gələn vəzifələrin həyata
keçirilməsinə, bütövlükdə müstəqil
Azərbaycanımızın çiçəklənməsinə
bundan sonra da öz töhfələrini verəcəkdir.
Akif
ƏLİZADƏ
Respublika.-
2018.- 2 fevral.- S.3.