Azərbaycanlı alim Özbəkistanın
“Turan” Elmlər Akademiyasının həqiqi
üzvü seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Teymur Əhmədov Özbəkistan
Respublikası “Turan” Elmlər Akademiyasının
akademiki seçilib.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə “Azərbaycan”
nəşriyyatının iclas
zalında keçirilən
tədbirdə “Turan” Elmlər Akademiyasının
rəyasət heyətinin
üzvü, akademik Səxavət Ociyev çıxış edib.
Akademik S.Ociyev bildirib ki, müstəqillik
illərində Azərbaycan
və Özbəkistan
xalqları arasında
qədim dostluq ənənələri və
əməkdaşlıq əlaqələri
daha da möhkəmlənib.
Həmçinin qardaş
ölkələrimizin alimlərinin
qarşılıqlı elmi
əlaqələri də
intensivləşib. Alim
deyib ki, mənim bu tədbirdə
iştirakım da əlaqələrimizin inkişafının
daha bir göstəricisidir. “Turan” Elmlər Akademiyasının rəyasət
heyətinin bu il yanvarın 28-də keçirilən yığıncağında
Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri Teymur Əhmədov yekdilliklə
akademiyamızın həqiqi
üzvü seçilib.
Rəyasət heyətinin
üzvləri müzakirə
zamanı professor Teymur Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini
yüksək qiymətləndiriblər.
Görkəmli ədiblər Nəriman
Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn
Şəhriyar, Səməd
Vurğun və başqalarının yaradıcılığı
ilə bağlı apardığı tədqiqatlar
professor Teymur Əhmədova Azərbaycanın
hüdudlarından kənarda
da dərin rəğbət hissi qazandırıb.
Sonra akademik
Səxavət Ociyev “Turan” Elmlər Akademiyasının həqiqi
üzvünün diplomunu
və döş nişanını Teymur Əhmədova təqdim edib.
Tədbirdə çıxış edənlər
Teymur Əhmədovun məhsuldar elmi və ictimai fəaliyyətindən söhbət
açıblar.
Akademik Teymur
Əhmədov ona göstərilən etimada
görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını
bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən
danışıb.
Respublika.- 2018.- 4 fevral.- S.3