Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin
öyrənilməsində “Azərbaycan” qəzetində
dərc olunmuş materialların böyük
əhəmiyyəti var
Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Tarix İnstitutunda
“Azərbaycan” qəzetinin
100 illiyinə həsr
olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
institutun direktoru, akademik Yaqub Mahmudov konfransın Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” müvafiq Sərəncamına əsasən
təşkil olunduğunu
bildirib. Qeyd edilib ki, Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixinin öyrənilməsində
“Azərbaycan” qəzetində
dərc olunmuş materialların əhəmiyyəti
böyükdür.
Akademik diqqətə
çatdırıb ki,
1918-1920-ci illərdə “Azərbaycan”
qəzetində ölkəmizin
ictimai-siyasi, iqtisadi, elmi və mədəni
həyatına dair yüzlərlə məqalə
dərc olunub. O deyib: “Qəzetdə,
həmçinin erməni-daşnak
qulduru Andronikin Zəngəzur, Naxçıvan,
Qarabağ və digər rayonlarda xalqımıza qarşı
törətdiyi vəhşiliklər,
Ermənistan ərazisində
yaşayan azərbaycanlıların
acı taleyi, onların kütləvi məhv edilməsi və ata-baba torpaqlarından qovulması
haqqında çoxlu məlumatlar dərc edilib”.
Y.Mahmudov Tarix İnstitutu
ilə “Azərbaycan” qəzeti arasında sıx əlaqələrin
qurulduğunu, azərbaycanlıların
soyqırımı, İrəvanın,
Naxçıvanın, Qarabağın
tarixi barədə məqalələrlə qəzetdə
mütəmadi çıxış
etdiklərini söyləyib.
Akademik XXI əsrin informasiya-kommunikasiya
dövrü olduğunu
və rəhbərlik
etdiyi müəssisədə
ermənilərin informasiya
təbliğatına qarşı
davamlı iş aparıldığını, son
14 il ərzində bu istiqamətdə 400-dən
artıq nəşrin
çap olunduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Tarix İnstitutu ermənilərin tarixi saxtalaşdırma siyasətinə
qarşı mübarizəsini
bundan sonra da davam etdirəcək.
Sonra Milli
Məclisin deputatı,
“Azərbaycan” qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu
kimi” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib
ki, “Azərbaycan” qəzeti 1918-ci il sentyabrın 15-də Gəncə
qubernatorunun mətbəəsində
çap edilmiş ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq
ideologiyasının geniş
təbliği ilə məşğul olub və rəsmi dövlət qəzeti statusunu qazanıb. B.Sadıqov deyib: “Azərbaycan Xalq
Cümhuriyyəti parlamenti
1918-ci il dekabrın
7-də işə başladıqdan
sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş
işıqlandırıb və
parlamentin mühüm
iclaslarından stenoqrafik
hesabatlar “Azərbaycan
Məclisi-Məbusanında” rubrikası altında dərc edilib. Qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf
xəbərləri”, “Türkiyədə”,
“Rusiyada”, “Ermənistanda”,
“Gürcüstanda”, “İrəvan
müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da mövcud olub”.B.Sadıqov qəzetdə görkəmli
bəstəkarımız Üzeyir
bəy Hacıbəylinin
Azərbaycan tarixinə,
siyasi vəziyyətinə,
iqtisadiyyatına, sənayesinə,
maarif və mədəniyyətinə aid
100-dən çox məqaləsinin
dərc olunduğunu bildirib. Bu gün dövlət
tərəfindən “Azərbaycan”
qəzetinə göstərilən
diqqət və qayğıdan danışan
baş redaktor vurğulayıb ki, bu mətbu orqan
müstəqil Azərbaycanın
quruculuq və inkişaf dövrünün
salnaməsini bundan sonra da səhifələrində
əks etdirəcək.
Daha sonra Tarix İnstitutunun Azərbaycan
xalqına qarşı
soyqırımları tarixi
şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin
“Azərbaycan” qəzeti
Cümhuriyyət dövründəki
ictimai-siyasi həyatın
aynasıdır”, Qafqaz
tarixi şöbəsinin
müdiri, tarix elmləri doktoru İradə Bağırovanın
“Cümhuriyyət dövründə Azərbaycan mətbuatı”,
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovun “Cümhuriyyət dövründə
dövlət quruculuğu
məsələləri “Azərbaycan”
qəzetinin səhifələrində”
mövzularında məruzələri
dinlənilib.
Konfrans çərçivəsində
Tarix İnstitutunun mühüm nəşrlərindən
ibarət kitab sərgisi təşkil edilib. Sərgidəki vəsaitlər “Azərbaycan”
qəzetinin redaksiyasına
hədiyyə olunub. Həmçinin “Azərbaycan”
qəzetinin 1993-2017-ci illərdə
dərc olunmuş nömrələri də çap və elektron variantda Tarix İnstitutuna hədiyyə edilib. Bildirilib ki, qəzetin Cümhuriyyət
dövründə çapdan
çıxmış nüsxələrinin
transliterasiyası hazırlanır.
Çapdan çıxan
kimi həmin kitabın təqdimatı keçiriləcək və
qəzetin redaksiyasına
hədiyyə ediləcək.
Respublika.-
2018.- 22 fevral.- S.6.