Xocalı
soyqırımı ilə bağlı rəsm sərgisi
Qazaxda Xocalı
soyqırımının ildönümü ilə əlaqədar
silsilə tədbirlər həyata keçirilir.
Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı
ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr
olunmuş rəsm sərgisi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Xocalı soyqırımını özündə
əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Qalereyanın
dərnək üzvlərinin,
Uşaq Gənclər
İnkişaf Mərkəzinin
və rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işlərinin nümayiş
olunduğu sərgidə
soyqırım qurbanlarını
əks etdirən rəsmlər yer alıb.
Sərgiyə qatılan Qazax
rayon İcra Hakimiyyətinin başçısı
cənab Rəcəb Babaşov Xocalı soyqırımının Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olduğunu qeyd edərək məktəblilərin əl
işləri ilə tanış olub. Bildirib ki, uşaqlar
Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə
baxmayaraq çəkdikləri
rəsmlərdə faciəni
canlandıra biliblər.
Rəsmlərdə düşmənlərə
nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub.
Sərgidə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Qərənfillərdən
və yanan şamlardan hazırlanmış
kompozisiya sərgi iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Uşaqlar çəkdikləri
rəsmlər haqqında
məlumat verməklə
yanaşı, Xocalıya
həsr edilmiş şeirlər söyləyib,
vətənpərvərlik ruhunda mahnılar oxuyublar.
Vəliyev
Vəli
Respublika.-
2018.-22 vevral.- S.6.